Məşhurlar “Toppuş bacı”dan yazır...
Şou-biznes 22 Yan 2023 17:43:00 384 0
Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva dünyasını dəyişib.
Bu xəbəri də oxu: Azərbaycanlı aktyorun lüks maşınının fantastik qiyməti
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, bir çox məşhur öz sosial şəbəkə hesablarında T.Əliyevanın vəfatından kədərləndiklərini bildiriblər.
"Toppuş bacı"nın ən yaxın dostu olan Əməkdar artist Ülviyyə Əliyeva onun ölümünə kədərləndiyini qeyd edib: "Canım bacım, mələk oldun".
Aktrisa Sonaxanım Əliyeva Tünzalənin vəfatına inanmaq istəmədiyini bildirib: "Heç inanmaq bələ istəmirəm. Həyat dolu, mübariz insan və son. Allah sənə rəhmət eləsin, Tünzalə. Məkanın cənnət olsun".
Aparıcı Zaur Baxşəliyev əməkdar artistin yaşamaq üçün hər şeyi etdiyini deyib: "Sən yaşamaq üçün hər şey etdin... Allah rəhmət etsin...".
Aktrisa Oksana Rəsulova Tünzalənin ölümündən kədərləndiyini bu şəkildə ifadə edib: "Heç səni belə paylaşmaq istəməzdim, Tünzalə...çox üzüldüm...hər dəfə səni görəndə düşünəndə, fikirləşərdim ki sağalacaq mütləq, çünki səndə olan iradəni çoxlarında görmədim. Allah sənə rəhmət eləsin...Allah ailənə səbr versin, bir övladına can sağlığı, gözəl ömür versin. Ehhh həyat...".
Əməkdar artist Əkbər Əlizadə həmkarının ölümünə üzüldüyünü vurğulayıb: "Hər zaman gülüş bəxş edən Tünzalə Allah sənə rəhmət etsin. Sevimli tərəf müqabili, istedadlı aktrisa...Sən xatirələrdə sevimli, şən, zarafatcıl olaraq qalacaqsan. Sənin üçün çox darıxacam.
Bir ömür bəxş edib bizlərə tanrı, Ötüb keçir günlər şirin bir yuxu. Sabaha yol alır arzu qatarı Ətrafda azalır dostların sayı!".
Müğənni Bahar Lətifqızı Əməkdar artistin ölümünə kədərləndiyini bildirib: "Can Tünzalə, nə tez getdin bu vəfasız, etibarsız həyatdan? Sən də bezdin naxələf və ikiüzlü, yalançı insanlardan? Allah məkanını cənnət etsin. Doğmalarına səbr versin. Bircə övladını Allahımız qorusun. Bilimirəm nə deyim, nə yazım ki, ürəyim rahatlaşsın? Allah rəhmət eləsin Tünzaləmizə".
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün m
Əməkdar artist Elnarə Abdullayeva açıqlaması ilə diqqətləri üzərinə
Tanınmış saç ustası Viki-Ann Hoskin boz saçları rəngləməyin üsullar�
Türkiyə taxılın rublla ödənilməsi ilə bağlı sövdələşməni uğurla
Qar təmizləyərkən yıxılaraq ağır yaralanan alan Hollivud ulduzu Cere
Qadın və kişi arasındakı bioloji fərqlilik sağlamlıq baxımından da də
Almaniyada istehsal olunan və ilk dəfə 1979-cu ildə təqdim olunan "Leo
Bu il 90-cı illərdə trend olan həcmli saç düzümləri dəbdə olacaq.
"Cahadın 32 yaşı var. Oğlumuzun başına pərvanə kimi fırlanmışıq
Son.az Kulis.az-a istinadən jurnalist, Milli Qəhrəman Salatın Əsgərova haq
Misirin paytaxtı olan Qahirə şəhəri yaxınlığında aparılan arxeoloji qa
Yuxu orqanizm üçün ən önəmli məlhəmdir. Bir çox xəstəliklərin yaranm
Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı n�