Aromaterapiya hansı xəstəlikləri müalicə edir?
Digərləri 22 Yan 2023 18:40:00 333 0
Qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdən məlumdur. Elə ona görə də hələ qədimdən tibb aləmində bir çox metodlarla yanaşı, özünəməxsusluğu ilə fərqlənən aromaterapiya - qoxu ilə müalicə də xüsusi yer tutur.
Bu xəbəri də oxu: İnsanların taleyini dəyişmək qabiliyyətinə malik yeganə BÜRC
Son.az Axşam.az-a istinadən xəbər verir ki, bəzi mənbələrə görə, aromaterapiyanın tarixi 6 min il əvvələ gedib çıxır. Qədim misirlilər mumiyalama prosesində müxtəlif bitki cövhərlərindən istifadə edirdilər. Bitki cövhərlərinin müalicə və gözəllik məqsədilə istifadəsi isə Qədim Yunan mədəniyyəti ilə bağlıdır. Roma İmperiyası dövründə bitkilərdən alınan yağlar masaj vasitəsilə tətbiq olunmağa başladı. Müasir aromaterapiyanın banisi isə fransız kimyaçısı Rene Qattefosse hesab olunur.
Aromoterapiyada müalicə məqsədilə müxtəlif efir yağlarından istifadə edilir. Efir yağları - bitki cövhərlərindən (ekstrakt) əmələ gəlir. Bu yağları əldə etmək o qədər də asan deyil. Belə ki, bir çay qaşığı qızılgül yağı əldə etmək üçün 5000 çiçəkdən istifadə edilir. Aromaterapistlər müalicə üçün 400-dək bitkinin yağlarından yararlanırlar. Efir yağları ilə müalicə insanın sağlamlığına və əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə yanaşı, immuniteti möhkəmləndirir, zehni itiləşdirir. Çünki bu yağların tərkibində 300-ə qədər aktiv maddə var. Bu yağlar insanın dərisi üçün də xeyirlidir. Həmçinin efir yağlarından bir sıra keyfiyyətli kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur. Aromaterapiya prosedurası mütəxəssis tərəfindən həyata keçirilməlidir. Və ya qabaqcadan həkimlə məsləhətləşərək, heç bir ciddi xəstəliyin olmadığı müəyyənləşdirilməlidir. Ümumiyyətlə, aromaterapiyadan yalnız xəstəliklərin müalicəsi üçün istifadə etmək düzgün deyil. Heç bir xəstəliyi olmayan, sadəcə sağlamlığını qorumaq istəyən hər bir kəs aromaterapiyandan faydalana bilər.
Aromaterapiya metodları
Qoxu ilə müalicə prosesini müxtəlif yollarla həyata keçirmək olar. Bunlardan efir yağları ilə masaj edilməsi çox effektiv üsuldur. Bu zaman istənilən efir yağından 1ml. götürülür və ona 49 ml. digər yağlardan (zeytun, badam və s.) əlavə edilərək, masaj olunur. Tənəffüs yolu ilə aromaterapiya da geniş yayılıb. İsti suyun içərisinə, bir dəsmalın üzərinə və ya balışa bir neçə damcı efir yağı tökməklə bu müalicəni həyata keçirmək olar. Aromaterapik şamlar və ətirli tüstülərlə də müalicə etmək mümkündür. Geniş yayılmış üsullardan biri də vanna qəbul edilən suya bir neçə damcı efir yağının qatılmasıdır. Bu zaman vanna edilən suya 8 damcıya qədər efir yağı tökülür.
Hansı xəstəliklərə yaxşı təsir edir?
Bel və kürək ağrıları, revmatizm, dəri ilə bağlı yaranan problemlər, qaşınmalar, ekzema xəstəliyi, menstruasiya ağrıları, klimaks dövründə ortaya çıxan narahatlıqlar, hipertoniya, həzm problemləri, qəbizlik zamanı aromaterapiya xəstələrə yaxşı təsir göstərir. Həmçinin baş gicəllənməsi, baş ağrıları, miqren, stress, gərginlik və yuxusuzluq, enerji azlığı, halsızlıq, psixoloji problemlər olduqda da aromaterapiya məsləhət görülür. Üz dərisini təravətləndirmək, sellülitdən qurtulmaq üçün də qoxu ilə müalicəni həyata keçirmək olar.
Ötən gecə Qusarın Cağar kəndində yerləşən "Park Qusar" hotel
Bakıda arvadını və qayınatasını öldürməyə cəhddə ittiham olunan Abb
ABŞ və digər NATO ölkələri dinc şəhərlərə hücum etmək və ərazilə
Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva dünyasını dəyi�
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün m
Əməkdar artist Elnarə Abdullayeva açıqlaması ilə diqqətləri üzərinə
Tanınmış saç ustası Viki-Ann Hoskin boz saçları rəngləməyin üsullar�
Türkiyə taxılın rublla ödənilməsi ilə bağlı sövdələşməni uğurla
Qar təmizləyərkən yıxılaraq ağır yaralanan alan Hollivud ulduzu Cere
Qadın və kişi arasındakı bioloji fərqlilik sağlamlıq baxımından da də
Almaniyada istehsal olunan və ilk dəfə 1979-cu ildə təqdim olunan "Leo
Bu il 90-cı illərdə trend olan həcmli saç düzümləri dəbdə olacaq.
"Cahadın 32 yaşı var. Oğlumuzun başına pərvanə kimi fırlanmışıq
Son.az Kulis.az-a istinadən jurnalist, Milli Qəhrəman Salatın Əsgərova haq
Misirin paytaxtı olan Qahirə şəhəri yaxınlığında aparılan arxeoloji qa