İki yüz illik tarixə şahidlik edən və hər zaman məğrurluğunu qoruyan qala FOTO
Digərləri 22 Yan 2023 20:49:00 362 0
Əlverişli hərbi-strateji mövqeyə malik olan Zaqatala hələ qədim zamanlarda xarici qəsbkarların diqqətini çəkib. 1804-cü ildə Car-Balakən camaatlığı Rusiya tərəfindən işğal edildikdən sonra çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdi. Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general Paskeviçin əmri ilə tikilib. Qalanın tikintisi 1830-cu ilədək davam edib.
Bu xəbəri də oxu: Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ cihaz
Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 24 yanvar tarixli qərarına əsasən Zaqatala qalası tarix-mədəniyyət qoruğu elan olunub. Qala tarixi abidə kimi, vaxtaşırı müəyyən bərpa işləri aparılmaqla bu günədək qorunub saxlanılıb.
Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Zaqatala qalasında olub, Tarix-Mədəniyyət Qoruğunun direktoru Anar Laçınovla qalanın tarixi barədə maraqlanıb.
Qoruğun direktorunun sözlərinə görə, qalanı tikdirməkdə çar hökuməti iki məqsəd güdürdü: qala rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamalı, həmçinin Dağıstanı cənubdan tutmaq üçün istifadə edilməli idi.
Üçbucaq şəklində olan qalanın iki tərəfi Şərq və Qərbdən sıldırımlı, Şimal tərəfdən isə yer səviyyəsindədir. Qalanın tikintisində əhəng və çay daşından istifadə olunub. Mühafizə məqsədi ilə divarın çöl tərəfində eni 10, dərinliyi 5 metr olan xəndək qazılıb. Qalanın ümumi sahəsi 11,5 hektar, qala divarlarının uzunluğu 3 min, eni 1,5, hündürlüyü isə 3-5 metrdir. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 17 yerli əhəmiyyətli tarixi abidə var.
Anar Laçınov bildirib ki, qalada Çar Rusiyasının daimi olaraq 2500 nəfərlik ordusu saxlanılırdı. Bu ordu yerli əhaliyə müxtəlif növ vergilər təyin edirdi. Vergiləri ödəyə bilməyən yerli əhali 1830-cu, 1863-cü və 1864-cü illərdə üsyanlar qaldırmış, qala bir neçə yerdən dağıdılmışdır. 1864-cü ildə Qafqaz Rusiyaya birləşdirildikdən sonra Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdir. 1905-ci ildə "Potyomkin" gəmisinin matrosları Çar Rusiyası zülmünə qarşı üsyan qaldırdıqlarına görə məhz bu qalaya sürgün olunmuşdular.
Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Elizabet Bornun reytinqi pensiy
Ukrayna Ordusunun Baş Qərargahı Rusiyanın müharibədəki itkilərini açıq
Rusiya sülhməramlılarına məxsus 1 minik maşını Laçından Xankəndi isti
Müvəqqəti zəbt altında olan Mariupolda kazarma divarlarında "Ukrayna
Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Yunanıstanın sərhədlərini qorumaq üçün Avropa Birliyinin dəstəyinə eh
"Toppuş bacı" kimi tanınan əməkdar artist Tünzalə Əliyeva vəf
Tovuzda gəlin və qaynanası naməlum cismin partlaması nəticəsində xəsar�
İran Avropa Parlamentinin SEPAH-ı terror təşkilatları siyahısına daxil et
Ötən həftə Milanda keçirilən kişi moda həftəsində modellər podiuma yu
Milyarder İlon Maskın "Twitter"-i almasından sonra şirkətin əmə
Qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdə