Qanlı 20 Yanvar faciəsindən 33 il ötür


Siyasət 20 Yan 2023 00:00:00 272 0

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M.Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə Azərbaycan SSR-nin nəzarətindən çıxarmaq və Ermənistan SSR tərkibinə qatmaq, Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti və bu siyasəti Azərbaycan Kommunust Partiyasının birinci katibi Ə.Vəzirovun xüsusi canfəşanlıqla həyata keçirməsi Azərbaycan SSR-də 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Bu siyasət, eyni zamanda, 1990-cı il 20 yanvar faciəsinə gətirib çıxartdı.

1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri, marşal D.Yazov şəxsən rəhbərlik edirdi.

Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Qaçıb sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılır, gülləbaran edilirdilər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, adamları tankların tırtılları altına salıb əzabla öldürür, eybəcər hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.

Rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdür.160 Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. Xalq başsız qalmışdı, vahimə içində idi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Heydər Əliyev yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

H.Əliyev çıxışında qeyd etdi ki, "Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki hala çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin yaranmazdı". Ölkə rəhbərliyini ciddi tənqid edən Heydər Əliyev ona yarınan respublika başçılarının da yarıtmaz fəaliyyətini ifşa etdi və göstərdi ki, Vəzirov "bu yüksək vəzifədə olduğu müddətdə... Azərbaycanda vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır". Heydər Əliyev qorxmadan, özü və ailəsi üçün yaranmış real təhlükə ilə hesablaşmadan imperiya rəhbərlərini "qatillər" adlandırırdı. Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında onu bu ağır gündə "ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə" çağırdı. Azərbaycan, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də şəhidlər ilə vidalaşdı. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994 cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək.

Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir.

Artıq Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib.

Xatırladaq ki, hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Bakıda qardaş hamilə bacısını like
  • 19 Yan 23:57  
Digərləri Bakıda qardaş hamilə bacısını

Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi b

arrow Ətraflı
Türkiyə NATOnun hərbidəniz komponentinə like
  • 19 Yan 23:56  
Siyasət Türkiyə NATOnun hərbidəniz komponentinə

Türkiyə Hərbi Dəniz Qüvvələri NATO-nun Çevik Reaksiya Qüvvələrinin h�

arrow Ətraflı
Allahın dinində möhkəm və sabit olma yolları like
  • 19 Yan 23:55  
Digərləri Allahın dinində möhkəm və sabit olma yolları

Müsəlmanların yaşadığı hazırkı cəmiyyə tlərin vəziyyəti, od-alovun

arrow Ətraflı
Uşaqların tərbiyəsində lazım olan mühüm məsələlər like
  • 19 Yan 23:50  
Digərləri Uşaqların tərbiyəsində lazım olan mühüm məsələlər

1. Valideyn və tərbiyəçilərin nəsihətləri, sözləri o vaxt uşağa təs

arrow Ətraflı
Ərarvad arasında etibarnamə söhbətinə Ədliyyə Nazirliyi də CAVAB VERDİ like
  • 19 Yan 23:49  
Digərləri Ərarvad arasında etibarnamə söhbətinə Ədliyyə Nazirliyi də CAVAB VERDİ

Birgə nikah dövründə əldə edilən nəqliyyat vasitəsini idarə etmək ü�

arrow Ətraflı
Ailədaxili münaqişələr nədən qaynaqlanır? like
  • 19 Yan 23:45  
Digərləri Ailədaxili münaqişələr nədən qaynaqlanır?

Bizim əsas işimiz ailə zəminində baş verən münaqişənin cinayətə çev

arrow Ətraflı
Hədiyyə verərək sevginizi gücləndirin like
  • 19 Yan 23:40  
Digərləri Hədiyyə verərək sevginizi gücləndirin

Dinimiz kişiləri həmişə həyat yoldaşına öz sevgilərini bildirməyi və

arrow Ətraflı
Bakıda ayaqqabı sexi like
  • 19 Yan 23:37  
Digərləri Bakıda ayaqqabı sexi

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləş�

arrow Ətraflı
Barmaqları şaqqıldatmaq təhlükəlidirmi? like
  • 19 Yan 23:35  
Digərləri Barmaqları şaqqıldatmaq təhlükəlidirmi?

Çoxları gün ərzində azı 10 dəfə barmaqlarını "qırır" şaqq

arrow Ətraflı
Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qazdan like
  • 19 Yan 23:34  
Dünya Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qazdan

Parisdə Fransa hökumətinin pensiya islahatlarına qarşı çıxan həmkarlar

arrow Ətraflı
Üzüüstə yatmağın ZƏRƏRİ like
  • 19 Yan 23:30  
Digərləri Üzüüstə yatmağın ZƏRƏRİ

Üzüüstə yatmaq Altsheymer xəstəliyinin inkişafına təkan verə bilər. B

arrow Ətraflı
Uzaq durmalı olduğunuz 5 kişi tipi like
  • 19 Yan 23:25  
Digərləri Uzaq durmalı olduğunuz 5 kişi tipi

Xoşbəxt münasibət qurmaq üçün düzgün insan seçməlisiniz. Bəzi kişil

arrow Ətraflı
İslamda ağvalideyn olduğu kimi “övlada ağ olmaq” anlayışı varmı? like
  • 19 Yan 23:20  
Digərləri İslamda ağvalideyn olduğu kimi “övlada ağ olmaq” anlayışı varmı?

İnsanliq məhəbbəti ilahi bir nemətdir. Bu insanlıq məhəbbəti olmasa bir

arrow Ətraflı
Ekoaksiya: Etirazçılar gecə saatlarında da like
  • 19 Yan 23:19  
Siyasət Ekoaksiya: Etirazçılar gecə saatlarında da

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalları

arrow Ətraflı
Sosial şəbəkədə söyülsək, nə edək? like
  • 19 Yan 23:17  
Digərləri Sosial şəbəkədə söyülsək, nə edək?

Az qala, hər il Azərbaycanda sosial şəbəkələrdə insanların, xüsusilə

arrow Ətraflı