Uşaqların tərbiyəsində lazım olan mühüm məsələlər


Digərləri 19 Yan 2023 23:50:00 272 0

Uşaqların tərbiyəsində lazım olan mühüm məsələlər

1. Valideyn və tərbiyəçilərin nəsihətləri, sözləri o vaxt uşağa təsir edər ki, onlardan hər biri uşaq üçün əməli şəkildə həqiqi nümunə olsunlar.

2. Gərək həmişə səy göstərib uşaqların sözlərini səbir, hovsələ və diqqətlə dinləyək ki, o da öz növbəsində həmişə öz sözlərini ata və anası ilə müzakirə edə.

3. Heç vaxt uşaqları birbaşa və açıq şəkildə təhqir edib yalanını çıxartmayaq. İbrətamiz nağıllar danışmaqla onu dolayı yolla xoşagəlməz əməllərindən çəkindirək.

4. Uşağın dostları ilə öz qonaqlarımız kimi hörmətlə rəftar edib, heç vaxt dostları qarşısında onu məzəmmət etməyək.

5. Əgər uşaqdan hansısa xoşagəlməz bir rəftar gördükdə elə o andanca ona qarşı əkstəsir göstərməyək. Belə ki, tələsik qərara gəlməyin həmişə əvəzedilməz zərərləri olur. Həmişə uşağa qarşı səbrli və hövsələli olub çalışmalıyıq ki, heç vaxt sabit halımızı əldən verməyək.

6. Gərək qorxulu və qəmli xəbərləri, narahat edici və sərt sözləri ona deməyək. Çünki uşağın ruhu incə və lətif olub tez təsirlənərək narahat olur. Eyni zamanda uşağın böyüklərin problemlərinə qarşı dözüm və qüdrəti olmur. Gərək uşaq asudə fikirlərlə öz dərs və əyləncələri ilə məşğul ola.

7. Hər nə qədər mümkünsə, çalışmaq lazımdır ki, uşağın özünə aid olan işlərini özünə tapşıraq. Əgər hansısa bir çətinliklə qarşılaşdığı zaman o çətiniyi aradan qaldırmaqdansa, onun özünə vəziyyətdən necə çıxma yolunu göstərək ki, özü onun öhdəsindən gələ bilsin. Bu iş ona gələcəkdə də, necə deyərlər, öz çulunu sudan çıxarmaqda kömək edə bilər.

8. Övladlar arasında gərək fərq qoyulmaya, necə ki, əvvəldə qeyd edildi. Və əgər ailədə ata hansısa bir övladı yersiz olaraq tənbeh edərsə, ana onun səhvini övladların qarşısında deyil, təklikdə özünə söyləməlidir ki, övlad ata və ana arasında qarşıdurmanın olduğunu güman etməsin.

9. Gərək söhbətlərimiz əsnasında maddi şeylərin mənəvi şeylərə nisbətən daha az dəyərli olduğunu uşağın düşüncə və nəzərində cilvələndirək. Hər işlərində və anbaan, sadə və ürəyə yatımlı dillə onun üçün ilahi nemətlər barəsində söhbət açaq, bununla da yanaşı Allah anlamını onun qəlbində dirçəldək.

10. Çalışmalıyıq ki, uşağın yanında həmişə özümüzü olduqca səliqəli və mətanətli aparaq. Qəlb sındıran zarafatlardan və xoşagəlməz kəlmələrdən çəkinək. Eləcə də həyat yoldaşına övladlar yanında deyilməsi məsləhət olmayan sözlər deməkdən özümüzü saxlamalıyıq.

11. Valideynlər gərək qız və oğlan uşaqlarının yataq otaqlarını ayıralar. Və əgər buna imkan olmazsa, heç olmasa onlar üzərində lazımi diqqət və nəzarəti edələr. Ümumiyyətlə, uşaqların bikar və boş vaxtlarına dair həmişə diqqətli olmağımız gərəklidir.

12. Eləcə də övladların söhbət və danışiqları əməl və rəftarları tədbirli şəkildə kontrol olunub nəzarət edilməlidir.Belə ki, axmaq və namunasib dostlar tərbiyəçi və böyüklərin uzun müddətli zəhmətini heç eləyirlər. Əsasən də diqqəti tətil vaxdlarında bir az da çoxaltmaq lazımdır. Əgər günorta vaxdı ata və ana istirahət edərlərsə,uşağı öz başına qoymayalar. Çünki müəyyən bir məşğuliyyət və qrafikaya malik olmayan uşaq bekarçılığından növbənöv xoşa gəlməz işlərə əl ata bilər.

13. Gərək övladlarını məktəbə qoyan valideynlər özlərini onların tərbiyəsindən asudə və məsuliyyətsiz olduqlarını zənn etməyələr. Əksinə uşaqların inkşafı dərs və əxlaqi baxımdan irəliləməsi valideynlərin müəllim və tərbiyəçilərlə sıx və qırılmaz əlaqələri olub uşaq barədə daima onlarla fikir bölüşdürməlidirlər.

14. Məktəbə gələn övladın sinif tapşırıqlarına aid olan diqqət və nəzarət istintaq və təhqiq şəklini almamalıdır.Bu şəraitdə valideyn onunla bir məsləhətçi və yol göstərən kimi rəftar edib ona həmkarlıq və kömək göstərməlidir. Burada nəbada kömək adiyla onun sinif tapşırıq və çalışmalarını özü həll edə!

15. Uşağın verdiyi suallara uyğun cavab vermək və onu təhqir və ya lağ etmək qətiyyən düzgün iş deyil.

16. Uşağa qarşı göstərdiyiniz məhəbbət ona həyatında olduqca kömək edir. Əhəmiyyət və nəticəsi isə tənbeh etmədən qat-qat üstündür. Bilin ki, uşaq əmniyyət və asudə xəyal içərisində böyüyərsə bu ona gələcəkdə qarşılaşacağı hər hansı bir çətinliklərlə mərdanə mübarizə etməyə kömək edəcək.

17. Uşağın hisslərinə qarşı hörmət bəsləyib qiymətləndirin. Onların hisslərini atifəylə əlaqəsiz olduğunu güman etməyin. Eyni zamanda çalışmalıyıq ki, uşağın yaş və inkşafına uyğun olmayan şeyləri ondan gözləməyək.

18. Yadınızda qalmalıdır ki, uşağa qarşı məhəbbət göstərməklə yanaşı qətiyyətli olmağınızda gərəklidir. Uşaqlara qarşı qətiyyətli və möhkəm iradəli olmaq onlara qorxu, nigarançılıq, iradəsizlik və məyusluq kimi neqativ hallara qarşı qələbə çalmaqda ruhlandıra bilər.

19. Heç vaxt həyata keçirməyəcəyiniz cəza tədbirləri ilə uşağı qorxutmayın. Məsələn: Əgər sözə baxmasan səni evdən qovacam! kimi sözləri ona deməyin.

20. Bacardıqca səy etməlisiniz ki, uşaq üçün qanunlar təyin edərkən sayını nisbətən az edəsiniz. Lakin bununla yanaşı qoyduğunuz qanunlarda möhkəm və qətiyyətli olun ki, uşaq (öhdəsinə düşən) vəzifəsini və sizin nəzərinizdə əhəmiyyətli olan şeyi dərk etsin.

21. Çalışın övladlarınızı başqa uşaqlarla muqayisə etməyin və aldıqları aşağı qiymətə görə onları məzəmmət edib danlamayın. Uşaqlar bir-birlərindən fərqli və müxtəlifdirlər. Sizin onları bir-birləri ilə müqayisə etməyiniz rəftar və xasiyyətlərinin dəyişməsinə səbəb ola bilməz. Əksinə bu iş hətta onlarda paxilliq hissini də oyada bilər. Nəticədə uşaq bir tərəfdən narahat digər tərəfdən də o işə qarşı soyumuş olacaq.

22. Həmişə əşyaları öz yerinə qoymağa çalışın. Eləcə də nizam intizama ciddi şəkildə riayət edin. Deyilməsi zəruri lazım olan nəsihət və göstərişlərin xoş əhval-ruhiyyə və münasib vaxtda övladınıza deməlisiz ki, sözlərinizi daha meylli şəkildə qəbul etsinlər. Heç vaxt yorğun və halsız olduğu surətdə yorucu tapşırıqlar verməyin.

23. Oyun və zarafat uşağın çətin anlarının keçib getməsinə olduqca kömək edir. Əgər övladınız hər bir məsələyə qarşı gülərüzlə yanaşdığınızı görərsə, o da hər bir vəziyyətdə mümkün qədər xoşrəftarlıqla keçinməyi öyrənəcək.

24.Uşağın hansısa bir rəftarı barəsində tələsik nəticə çıxartmayın, lakin işin həqiqəti sizə məlum oduğunda isə sözünüzün üstündə möhkəm durun. Əgər onu hansısa cəza ilə hədələmişsinizsə ona əməl etməyə hazır olun.

Məsələn: Əgər övladınızın hansısa bir işdən əl götürməyini tələb etmisinizsə, gərək ciddi şəkidə davamını izləyib o işdən əl götürməsinə məcbur edəsiniz. Bu əməl ona sizin ciddi olub boş yerə danışmadığınızı öyrədər. Ancaq təəssüflər olsun ki, bəzi valideynlərin davranışından uşaqları "olmaz" sözünü "eybi yoxdur" kimi başa düşürlər.

25. Bacardıqca əmr və qadağalarınızın sayını azaldın. Bir çox ata və analar diqqət etdikdə görürlər ki, bütün günü uşağa müraciətləri "əl vurma", "etmə", "sakit qal", "olmaz" və s kimi sözlərdən ibarət olmuşdur. Gəlin "bunu et!" "onu etmə!" kimi sözlərlə uşağın şirin oyunlarının qarşısını almayaq. Çünki uşağın şirin aləminə yersiz müdaxilələr onu hər şeydən soyudub guşənişin olmağa vadar edə bilər.

26. Səy göstərməliyik ki, davranışımız məntiq əsasında olsun. Əgər belə olmazsa övladımız çaş-baş qalaraq nəyin tələb olunduğunu anlamayacaq .Hətta, çox güman ki, sözlərimizin əsassız olduğunu belə zənn edəcək. Məsələn, əgər bir gün hansısa bir iş etməyə və ya harasa getməyə, yaxud dostunu evə gətirməyə ona icazə verib sonrakı gün bu işləri görməyə haqqın yoxdur, -deyə qadağan etsəniz övladınız tələblərinizin arxasında hansı məntiqin olduğunu başa düşməyəcək. Buna görə də əvvəlcədən götür-qoy edib düşünülmüş sözlər danışmalısınız ki, sonradan öz rəyinizi tez-tez dəyişməyəsiniz.

27. Övladınızın ona tapşırılan işi yerinə yetirdikdə öz razılıq və sevincinizi büruzə verin. Belə ki, təşəkkür, tərif və təşviq (həvəsləndirmə) uşaq üçün son dərəcə gözəl və əhəmiyyətlidir. Eləcə də övladınızın qadağan etdiyiniz hansısa bir işdən çəkindiyi vaxtı və yaxud bir işə məcbur etdiyinizdə sözünüzə qulaq asdığı zaman ona mehribancasına yaxşı övlad olduğunu deməyiniz övladınızın öz xasiyyətinin düzəltməyində olduqca təsir və kömək edir.

28. Həmişə öz sözünüzə əməl edin, çünki çox vaxt belə hallarda uşaq artıq istəklərindən əl götürərək sizi də rahat buraxır. Ümumiyyətlə, hər bir halda ona sözünüzün üstündə durduğunuzu göstərməyin çox əhəmiyyəti var. Eləcə də hansısa istəyin qarşısında cavabınız mənfi olacaqsa açıqca "olmaz!" sözünü deyin. Mümkündür ki, belə olarsa istədiyini unuda. Ona görə də burada "olmaz!" sözünün əvəzinə "səbr et" sözünü deməyin.

29. Bildiyiniz kimi kiçik yaşlı uşaqlarla rəftar etmək o qədər də asan iş deyil. Bunun üçün özümüzün çox şeydən xəbərdar və düzgün davranışlı olmağımız gərəkdir. Ona görə də bu məsuliyyətli və çətin işdə İmam Səccaddan (ə) nümunə götürüb həmişə dualarımızda Allahdan bu cür diləyək: (Pərvərdigara!) Övladlarıma yaxşılıq edib onlara tərbiyə verməkdə mənə kömək et!.

Ərarvad arasında etibarnamə söhbətinə Ədliyyə Nazirliyi də CAVAB VERDİ like
  • 19 Yan 23:49  
Digərləri Ərarvad arasında etibarnamə söhbətinə Ədliyyə Nazirliyi də CAVAB VERDİ

Birgə nikah dövründə əldə edilən nəqliyyat vasitəsini idarə etmək ü�

arrow Ətraflı
Ailədaxili münaqişələr nədən qaynaqlanır? like
  • 19 Yan 23:45  
Digərləri Ailədaxili münaqişələr nədən qaynaqlanır?

Bizim əsas işimiz ailə zəminində baş verən münaqişənin cinayətə çev

arrow Ətraflı
Hədiyyə verərək sevginizi gücləndirin like
  • 19 Yan 23:40  
Digərləri Hədiyyə verərək sevginizi gücləndirin

Dinimiz kişiləri həmişə həyat yoldaşına öz sevgilərini bildirməyi və

arrow Ətraflı
Bakıda ayaqqabı sexi like
  • 19 Yan 23:37  
Digərləri Bakıda ayaqqabı sexi

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləş�

arrow Ətraflı
Barmaqları şaqqıldatmaq təhlükəlidirmi? like
  • 19 Yan 23:35  
Digərləri Barmaqları şaqqıldatmaq təhlükəlidirmi?

Çoxları gün ərzində azı 10 dəfə barmaqlarını "qırır" şaqq

arrow Ətraflı
Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qazdan like
  • 19 Yan 23:34  
Dünya Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qazdan

Parisdə Fransa hökumətinin pensiya islahatlarına qarşı çıxan həmkarlar

arrow Ətraflı
Üzüüstə yatmağın ZƏRƏRİ like
  • 19 Yan 23:30  
Digərləri Üzüüstə yatmağın ZƏRƏRİ

Üzüüstə yatmaq Altsheymer xəstəliyinin inkişafına təkan verə bilər. B

arrow Ətraflı
Uzaq durmalı olduğunuz 5 kişi tipi like
  • 19 Yan 23:25  
Digərləri Uzaq durmalı olduğunuz 5 kişi tipi

Xoşbəxt münasibət qurmaq üçün düzgün insan seçməlisiniz. Bəzi kişil

arrow Ətraflı
İslamda ağvalideyn olduğu kimi “övlada ağ olmaq” anlayışı varmı? like
  • 19 Yan 23:20  
Digərləri İslamda ağvalideyn olduğu kimi “övlada ağ olmaq” anlayışı varmı?

İnsanliq məhəbbəti ilahi bir nemətdir. Bu insanlıq məhəbbəti olmasa bir

arrow Ətraflı
Ekoaksiya: Etirazçılar gecə saatlarında da like
  • 19 Yan 23:19  
Siyasət Ekoaksiya: Etirazçılar gecə saatlarında da

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalları

arrow Ətraflı
Sosial şəbəkədə söyülsək, nə edək? like
  • 19 Yan 23:17  
Digərləri Sosial şəbəkədə söyülsək, nə edək?

Az qala, hər il Azərbaycanda sosial şəbəkələrdə insanların, xüsusilə

arrow Ətraflı
“Rusiya Ukraynaya yeni hücum planlaşdırır” like
  • 19 Yan 23:16  
Siyasət “Rusiya Ukraynaya yeni hücum planlaşdırır”

Rusiya yazda Ukraynaya yeni hücum planlaşdırır.

arrow Ətraflı
Arıqlamaq istəyənlərə 7 tövsiyə like
  • 19 Yan 23:15  
Digərləri Arıqlamaq istəyənlərə 7 tövsiyə

Amerikanın məşhur diyetoloqu Liza Yanq arıqlamaq və ondan sonra kökəlməm

arrow Ətraflı
ABŞnin bir çox ştatları TikToku like
  • 19 Yan 23:14  
Dünya ABŞnin bir çox ştatları TikToku

ABŞ-nin bir çox ştatları TikToku qadağan edir.

arrow Ətraflı
Bu ölkədə Covid19un “Kraken” alt variantı like
  • 19 Yan 23:13  
Dünya Bu ölkədə Covid19un “Kraken” alt variantı

Qərbi Balkanların ən kiçik ölkəsi Monteneqroda Covid-19-a səbəb olan &qu

arrow Ətraflı