AP Bakıdan “ordunu çıxarmağı” necə “tələb edə” bilər?


Siyasət 19 Yan 2023 21:31:00 302 0

AP Bakıdan “ordunu çıxarmağı” necə “tələb edə” bilər?

Avroparlament dünənki addımı ilə AB və Azərbaycan münasibətlərinə xələl gətirmək əzmini nümayiş etdirdi.

Bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.

"Dünən Avroparlamentin Laçın yolunda baş verənlərlə bağlı ölkəmizi günahlandıran bəyanat qəbul etməsi, Azərbaycandan dəhlizi açmaq istəməsi və Bakını Qarabağdakı ermənilərin hüquqlarını qormağa çağırması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması kimi tələbləri qərəzli və birtərəfli münasibətinin bariz nümunəsi idi. Aydın məsələdir ki, Azərbaycan üçün dünən Avroparlamentdə səsləndirilən bəyanatların heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur.

Əgər Avroparlament həqiqəti demək istəyirsə, onda ərazi bütövlüyü məsələsində niyə Azərbaycanın adını çəkmədi? Avropalıların erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması tələbini səsləndirmək əvəzinə Azərbaycan hərbçilərini Ermənistandan çıxarılma bəyanatı qərəzin son həddi sayıla bilər", - politoloq bildirib.

Ekspert vurğulayıb ki, beləliklə, Fransa və Ermənistan AB Şurası Prezidenti Ş.Mişelin son 1 ildə Bakı və İrəvan arasında effektiv vasitəçi kimi nailiyyətlərinin üstündən xətt çəkmiş olur:

"Görünən odur ki, Şarl Mişel və Ursula fon der Leyen kimi fiqurlara qarşı erməni diasporu, Fransa hökuməti tərəfindən təzyiq mexanizmi məhz Avroparlament, Avropa Komissiyası qismində meydana buraxılıb. Bu cür avantürist çıxışlar isə davamlı olacaq.

Əlbəttə, baş verənlər XİN və Diaspor Komitəsinin Avroparlamentlə, ABŞ ilə, AB ilə siyasət konsepsiyasına göz gəzdirməyi, bəzi düzəlişlər etməyi tələb edir. Avropalılarla iş mexanizmləri, metodları yeni yanaşmalarla nəzərdən keçirilməlidir.

Dünən qəbul olunan bəyanat sözsüz ki, Azərbaycan və AB arasında yeni sazişin imzalanmasının vaxtını bir qədər də uzadacaq və mümkünsüz edəcək. Əgər Avropa strukturları Cənubi Qafqaza məhz erməni məsələsi prinsipi ilə yanaşacaqlarsa, sözsüz ki, qitənin siyasi institutunun bölgədəki nüfuzuna zərbə vurmuş olacaqlar".

Z.Məmmədov həmçinin bildirib ki, bu gün Avroparlamentin bir çox üzvü erməni diasporu tərəfindən maliyyələşdirilir:

"Buna görə də müvafiq Avropa strukturları Avroparlamentin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand başda olmaqla, bir çoxları ilə bağlı araşdırmalara başlamalıdır. Ötən ilin sonunda Avroparlamentdə bəzi ölkələrlə bağlı araşdırılmaların da başlanılması buna bir sübutdur. Ancaq digər ölkələrin rüşvət məsələsində adları çəkilsə də, erməni milyonçuları ilə bağlı susqunluq nümayiş etdirilir".

Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər  SİYAHI like
  • 19 Yan 21:30  
Digərləri Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər SİYAHI

Çox insan uzun ömür yaşamaq istəyir. Amma etiraf edək ki, elə çoxumuz or

arrow Ətraflı
Toyuq ətini yuyub bişirmək təhlükəlidir – like
  • 19 Yan 21:25  
Digərləri Toyuq ətini yuyub bişirmək təhlükəlidir –

ABŞ Kənd təsərrüfatı nazirliyi Şimali Karolina universiteti ilə birgə e

arrow Ətraflı
Paşinyanın şok Qarabağ planı: “Bu ssenari üzrə like
  • 19 Yan 21:23  
Siyasət Paşinyanın şok Qarabağ planı: “Bu ssenari üzrə

"Zəngəzur dəhlizinin açılması üçün cəhdlər edilir".

arrow Ətraflı
Prokuroru şantaj edən şəxslərin valideynləri danışdı: like
  • 19 Yan 21:22  
Digərləri Prokuroru şantaj edən şəxslərin valideynləri danışdı:

Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Nati

arrow Ətraflı
“Hər iki tərəf hücuma hazırlaşır” like
  • 19 Yan 21:21  
Siyasət “Hər iki tərəf hücuma hazırlaşır”

"Vəziyyət gərgindir, hər iki tərəf güc yığır və zərbə vurmağa

arrow Ətraflı
Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər... like
  • 19 Yan 21:20  
Digərləri Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər...

Rəsulallah (s) valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq o

arrow Ətraflı
49 yaşlı qadın yorğanına ərə getdi like
  • 19 Yan 21:18  
Digərləri 49 yaşlı qadın yorğanına ərə getdi

49 yaşlı Paskal Sellik adlı ingiltərəli qadın öz yorğanına ərə gedib.

arrow Ətraflı
Beynin qocalmasının qarşısını alan like
  • 19 Yan 21:15  
Digərləri Beynin qocalmasının qarşısını alan

Bədənimiz daim qocalır. Bu, heç kimə sirr deyil, bütün səylərimizi qoca

arrow Ətraflı
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib  FOTO like
  • 19 Yan 21:11  
Siyasət Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi feysbuk səhifəs

arrow Ətraflı
Valideynə yaxşılıq etmək – günahların bağışlanma səbəbidir like
  • 19 Yan 21:10  
Digərləri Valideynə yaxşılıq etmək – günahların bağışlanma səbəbidir

Valideynə yaxşılıq etməyin çox bərəkətli və səmərəli faydalarından

arrow Ətraflı
Azərbaycan bu tamaşaya imkan verməyəcək, like
  • 19 Yan 21:08  
Siyasət Azərbaycan bu tamaşaya imkan verməyəcək,

"Aydındır ki, Ruben Vardanyan emissardır, onu Xankəndiyə Moskvadan gö

arrow Ətraflı
Arutyunyan yaxınlarda “qurban” veriləcək: like
  • 19 Yan 21:07  
Siyasət Arutyunyan yaxınlarda “qurban” veriləcək:

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf.com-un suall

arrow Ətraflı
Ziyilər insandan insana keçə bilərmi? like
  • 19 Yan 21:05  
Digərləri Ziyilər insandan insana keçə bilərmi?

Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir.

arrow Ətraflı
Canı şirniyyat və şoraba çəkənlərdə nə çatışmır? like
  • 19 Yan 21:01  
Digərləri Canı şirniyyat və şoraba çəkənlərdə nə çatışmır?

Şokolad, konfet, şirniyyat və duzlu qidalara meyl edən insanlarda maqniy ele

arrow Ətraflı
Rus döyüşçüləri bu istiqamətdə irəliləyir like
  • 19 Yan 20:54  
Dünya Rus döyüşçüləri bu istiqamətdə irəliləyir

Rusiya ordusu Artemovsk rayonunda uğurla irəliləyir.

arrow Ətraflı