Azərbaycan bu tamaşaya imkan verməyəcək,


Siyasət 19 Yan 2023 21:08:00 270 0

Azərbaycan bu tamaşaya imkan verməyəcək,

"Aydındır ki, Ruben Vardanyan emissardır, onu Xankəndiyə Moskvadan göndəriblər. Azərbaycan tərəfi də elan edib ki, onunla heç bir danışıq aparılmayacaq. Azərbaycan orada olan faydalı qazıntıların qanunsuz istismarının qarşısını almaq, ekoloji durumla bağlı monitorinq aparmaq üçün hərəkətə keçdi. Ancaq Rusiya sülhməramlı kontingentinin vasitəsi və Vardanyanın iştirakı ilə Azərbaycan nümayəndələrini mədənlərə buraxmaqdan imtina etdilər. Əslində Vardanyan aldığı təlimatla Azərbaycanın Qarabağda keçirmək istədiyi siyasəti əngəlləməyə çalışdı. Rusiyanın Qarabağ ərazisində fəallığı Azərbaycan Prezidentinin avqustun sonlarında Basqal kəndinə səfəri zamanı verdiyi açıqlamaların ardınca gəldi. Prezident Basqalda Qarabağ erməniləri ilə müəyyən təmasların qurulduğunu bildirdi. Bu da Moskvanın maraqları ilə ziddiyyət təşkil edirdi. Rusiyada düşünürlər ki, gərginliyi saxlamaqla onun buradakı rolu qalacaq. Bu baxımdanda Vardanyan vasitəsilə gərginliyi saxlamağa çalışır".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu siyasi şərhçi Oqtay Qasımov deyib.

O bildirib ki, Azərbaycan Rusiya və Qarabağdakı separatçı Vardanyanın niyyətlərini bildiyi üçün 40 günə yaxındır ki, eko-fəallar Şuşa yaxınlığında Laçın-Xankəndi yolunda aksiyalar keçirir:

"Məhz bu aksiyaların nəticəsi olaraq Qarabağdakı separatçılar arasında gərginlik görünür. Artıq bu ixtilaflar açıq müstəviyə keçir. Bunun ilk siqnalı Vitali Balasanyanın "təhlükəsizlik şurası"dakı vəzifəsindən çıxarılması oldu. Onu Azərbaycan tərəfi ilə danışıqlar aparmaqda ittiham edirlər. Moskva və emisarı olan Vardanyan Azərbaycanla təmas qura biləcək şəxsləri kənarlaşdırmaqla əslində Azərbaycanla təmas qura biləcək şəxsləri prosesdən bir növ uzaqlaşdırdılar. Amma məncə, təmaslar tam kəsilməyib".

Oqtay Qasımov söyləyib ki, Nikol Paşinyan Vardanyanın yalnız Xankəndi ilə qane olmayacağını yaxşı bilir: "Aydındır ki, planın gələcəkdə tərkib hissəsi kimi Vardanyanın Ermənistanda hakimiyyəti ələ keçirməsi olduğunu düşünür, bunda da haqlıdır. Ona görə də Ermənistan hakimiyyətində Vardanyana müsbət yanaşma yoxdur. Vardanyan Qarabağda Ermənistan hökumətinə yaxın qruplaşmlar tərəfindən də düşmən kimi qəbul edilir.

Son dövrlər Xankəndidə gərginliyin digər istiqaməti kimi orada "seçkilərin" keçirilməsi ilə bağlı yayılan məlumatlardır. Qondarma qurum parlament sədrinin guya növbədənkənar "seçkilər" keçirilməsi, özünün seçkilərdə iştirak edəcəyi haqda fikirləri göstərir ki, orada fikir ziddiyyəti var. Vardanyan "seçkilərə" qarşı çıxdı, istefa vermək niyyətində olmadığını ifadə etdi. Araik Arutyunyan isə deyir ki, seçki olsa namizəd olmayacaq. Daha ağıllıları bulir ki, orada seçki adına məzhəkə Azərbaycanın sərt təpkisi ilə üzləşəcək və belə tamaşaya imkan verilməyəcək. Bu baxımdan hazırda Xankəndinin özündə də gərgin və mürəkkəb durum mövcuddur"

Arutyunyan yaxınlarda “qurban” veriləcək: like
  • 19 Yan 21:07  
Siyasət Arutyunyan yaxınlarda “qurban” veriləcək:

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf.com-un suall

arrow Ətraflı
Ziyilər insandan insana keçə bilərmi? like
  • 19 Yan 21:05  
Digərləri Ziyilər insandan insana keçə bilərmi?

Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir.

arrow Ətraflı
Canı şirniyyat və şoraba çəkənlərdə nə çatışmır? like
  • 19 Yan 21:01  
Digərləri Canı şirniyyat və şoraba çəkənlərdə nə çatışmır?

Şokolad, konfet, şirniyyat və duzlu qidalara meyl edən insanlarda maqniy ele

arrow Ətraflı
Rus döyüşçüləri bu istiqamətdə irəliləyir like
  • 19 Yan 20:54  
Dünya Rus döyüşçüləri bu istiqamətdə irəliləyir

Rusiya ordusu Artemovsk rayonunda uğurla irəliləyir.

arrow Ətraflı
İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri ilə görüşüb  FOTO like
  • 19 Yan 20:45  
Siyasət İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli

arrow Ətraflı
İnsanlardan daha yaxşı qoxu bilən robot hazırlanıb like
  • 19 Yan 20:29  
Digərləri İnsanlardan daha yaxşı qoxu bilən robot hazırlanıb

Təl-Əviv Universitetinin alimləri çəyirtkələrin antenalarından və süni

arrow Ətraflı
Prezident: Biz Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik like
  • 19 Yan 20:24  
Siyasət Prezident: Biz Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik

Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qır

arrow Ətraflı
Təbrizli xanım fəala 3 il həbs cəzası verildi like
  • 19 Yan 20:18  
Dünya Təbrizli xanım fəala 3 il həbs cəzası verildi

Molla rejimi Təbrizdən olan xanım fəal Leyli Purbabanı qeyri-müəyyən və

arrow Ətraflı
Azərbaycanda nadir maşın: 1,5 milyona satılır like
  • 19 Yan 20:07  
Digərləri Azərbaycanda nadir maşın: 1,5 milyona satılır

Azərbaycanda 1938-ci il istehsalı olan "Mersedes Benz" avtomobili sa

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir like
  • 19 Yan 20:02  
Siyasət İlham Əliyev: Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir

Nisbətən sonra yaratdığımız və hazırda Azərbaycanı, Gürcüstanı, Tü

arrow Ətraflı
Qarabağda yataqları talan edən beynəlxalq şirkətlər Avropatlamentdə qətnamə qəbuluna nail oldular, like
  • 19 Yan 19:58  
Siyasət Qarabağda yataqları talan edən beynəlxalq şirkətlər Avropatlamentdə qətnamə qəbuluna nail oldular,

Yanvarın 18-də Avropa parlamenti növbəti dəfə Azərbaycanın əleyhinə q�

arrow Ətraflı
İlham Əliyevin Davosda Xorvatiyanın Baş naziri ilə görüşü olub like
  • 19 Yan 19:55  
Siyasət İlham Əliyevin Davosda Xorvatiyanın Baş naziri ilə görüşü olub

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosd

arrow Ətraflı
Nüşabə İlhamə Quliyevanı parodiya etdi like
  • 19 Yan 19:45  
Şou-biznes Nüşabə İlhamə Quliyevanı parodiya etdi

Əməkdar artist Nüşabə Ələsgərli mərhum Xalq artisti İlhamə Quliyevan�

arrow Ətraflı
İlham Əliyev: Biz üçtərəfli əməkdaşlıq formatının bəhrəsini görürük like
  • 19 Yan 19:44  
Siyasət İlham Əliyev: Biz üçtərəfli əməkdaşlıq formatının bəhrəsini görürük

Bizim üçtərəfli əməkdaşlığımızın bir neçə formatı var - xarici i�

arrow Ətraflı
Prezident: Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq like
  • 19 Yan 19:37  
Siyasət Prezident: Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq

Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası aç

arrow Ətraflı