Prokuroru şantaj edən şəxslərin valideynləri danışdı:


Digərləri 19 Yan 2023 21:22:00 891 0

Prokuroru şantaj edən şəxslərin valideynləri danışdı:

Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə cinayət işi üzrə məhkəməyə gələ bilməyən şahidlərin ifadəsi elan olunub. Onlardan biri də təqsirləndirilən Ümman Əliyevin valideynləridir.

Ümman Əliyevin anası Hədiyyə Əliyeva bildirib ki, həyat yoldaşı Bəhruz Sultanov və xəstə övladı Vüsal Əliyevlə birlikdə Quba rayonunun Çiçi kəndində yaşayır: "Üç oğlan, bir qız övladım var. İki oğlum - Ümman və İlqar uzun müddətdir Bakıda müxtəlif yerlərdə işləyib, orada yaşayıblar. Oğlum Vüsal epilepsiya xəstəliyindən əziyyət çəkir. Qızım ailəlidir".

Hədiyyə Əliyevanın sözlərinə görə, Ümman 2013-cu ilin aprelində hərbi xidmətə gedib, 2014-cü ilin sonunda isə hərbi xidmətdən qayıdıb: "Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərinə getdi, orada işləməyə başladı. Ümman bildirdi ki, müxtəlif hamamlarda ofisiant və kisəçi işləyir. 2019-cu ilin dekabrında işlədiyi hamamların birindən pul oğurladığına görə həbs olundu, 2 il 6 ay cəza çəkəndən sonra 2021-ci ilin yay aylarında vaxtından əvvəl cəzasını bitirdi, Çiçi kəndinə gəldi. Bizimlə yaşamağa başladı".

Şahid bildirib ki, həmin ilin noyabrın sonlarında Ümman yenidən Bakı şəhərinə gedib: "Telefonla danışan zaman bildirdi ki, yenidən hamamda işə düzəlib.

Ümman tutulmamışdan əvvəl işlədiyinə görə evə ayda bir dəfə, ya da iki aydan bir 50-100 manat göndərirdi. 2022-ci ilin yanvarın əvvəllərində isə xəstə qardaşının müalicəsinə görə əməkhaqqı kartıma 500 manat göndərdi. Həmin pulu Vüsalın müalicəsinə xərcədik.

Ümmandan həmin pulu haradan əldə etdiyini soruşdum. Təxminən 5 il olar işlədiyi hamama müştəri kimi gələn tanışı Tariyel müəllimdən aldığını bildirdi. Tariyel müəllimi uzun müddətdir ki, tanıyıram. Ümman həbsdə olduğu müddətdə pul lazım olduğuna görə Tariyel müəllimlə əlaqə saxlamağı, onun pul verəcəyini demişdi. O vaxt Tariyel müəllimlə əlaqə saxladım, pul lazım olduğuna görə borc istədim. O da Ümmanı tanıdığını, pulu borc olaraq deyil, xərcləməyə verdiyini bildirdi.

Tariyel müəllim bank kartıma 2019-2000-ci illərdə təxminən üç dəfə olmaqla ümumilikdə 900 manat göndərdi".

Hədiyyə Əliyevanın sözlərinə görə, oğlu İlqar da Ümman həbsdən çıxmamışdan qabaqkı dövrdə Tariyel Qurbanovla pul borcu verməsinə görə danışıb: "Lakin İlqarın Tariyel müəllimlə görüşməsindən və hansı söhbətlər etməsindən xəbərim olmayıb. 2021-ci ilin dekabrında İlqar bildirdi ki, Tariyel müəllim əməkhaqqı kartıma 2000 manat göndərib. Həmin pulları İlqar hesabdan bankomat vasitəsilə çıxardı. Həmin pulla İlqar mənə 150 manata mobil telefon, 240 manata evi qızdırmaq üçün odun aldı. Təxminən 200 manatlıq kənd mağazasına olan borcumuzu bağladı, 50 manatlıq bazarlıq etdi. Pulun qalan hissəsindən isə xəbərim yoxdur".

Hədiyyə Əliyeva qeyd edib ki, 2022-ci ilin yanvarın əvvəllərində Ümman yaşadıqları kəndə "Opel" markalı avtomobillə gəlib: "Avtomobili Tariyel müəllimin verdiyi pulla 10200 manata aldığını bildirdi. Sonradan həmin avtomobili 7000 manata satdı, "VAZ-2107 markalı avtomobil aldı. Həmin avtomobili də fevral ayında satdı, yenidən "VAZ-2107" markalı başqa bir avtomobil aldı.

Bunları telefonda danışarkən Ümmandan eşitmişəm. Tariyel müəllimin oğluma niyə görə bu məbləğdə pul verməsinin səbəbini soruşanda, yaxşı münasibəti olduğuna görə həmin pulu verdiyini bildirdi".

“Hər iki tərəf hücuma hazırlaşır” like
  • 19 Yan 21:21  
Siyasət “Hər iki tərəf hücuma hazırlaşır”

"Vəziyyət gərgindir, hər iki tərəf güc yığır və zərbə vurmağa

arrow Ətraflı
Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər... like
  • 19 Yan 21:20  
Digərləri Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər...

Rəsulallah (s) valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq o

arrow Ətraflı
49 yaşlı qadın yorğanına ərə getdi like
  • 19 Yan 21:18  
Digərləri 49 yaşlı qadın yorğanına ərə getdi

49 yaşlı Paskal Sellik adlı ingiltərəli qadın öz yorğanına ərə gedib.

arrow Ətraflı
Beynin qocalmasının qarşısını alan like
  • 19 Yan 21:15  
Digərləri Beynin qocalmasının qarşısını alan

Bədənimiz daim qocalır. Bu, heç kimə sirr deyil, bütün səylərimizi qoca

arrow Ətraflı
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib  FOTO like
  • 19 Yan 21:11  
Siyasət Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi feysbuk səhifəs

arrow Ətraflı
Valideynə yaxşılıq etmək – günahların bağışlanma səbəbidir like
  • 19 Yan 21:10  
Digərləri Valideynə yaxşılıq etmək – günahların bağışlanma səbəbidir

Valideynə yaxşılıq etməyin çox bərəkətli və səmərəli faydalarından

arrow Ətraflı
Azərbaycan bu tamaşaya imkan verməyəcək, like
  • 19 Yan 21:08  
Siyasət Azərbaycan bu tamaşaya imkan verməyəcək,

"Aydındır ki, Ruben Vardanyan emissardır, onu Xankəndiyə Moskvadan gö

arrow Ətraflı
Arutyunyan yaxınlarda “qurban” veriləcək: like
  • 19 Yan 21:07  
Siyasət Arutyunyan yaxınlarda “qurban” veriləcək:

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf.com-un suall

arrow Ətraflı
Ziyilər insandan insana keçə bilərmi? like
  • 19 Yan 21:05  
Digərləri Ziyilər insandan insana keçə bilərmi?

Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir.

arrow Ətraflı
Canı şirniyyat və şoraba çəkənlərdə nə çatışmır? like
  • 19 Yan 21:01  
Digərləri Canı şirniyyat və şoraba çəkənlərdə nə çatışmır?

Şokolad, konfet, şirniyyat və duzlu qidalara meyl edən insanlarda maqniy ele

arrow Ətraflı
Rus döyüşçüləri bu istiqamətdə irəliləyir like
  • 19 Yan 20:54  
Dünya Rus döyüşçüləri bu istiqamətdə irəliləyir

Rusiya ordusu Artemovsk rayonunda uğurla irəliləyir.

arrow Ətraflı
İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri ilə görüşüb  FOTO like
  • 19 Yan 20:45  
Siyasət İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli

arrow Ətraflı
İnsanlardan daha yaxşı qoxu bilən robot hazırlanıb like
  • 19 Yan 20:29  
Digərləri İnsanlardan daha yaxşı qoxu bilən robot hazırlanıb

Təl-Əviv Universitetinin alimləri çəyirtkələrin antenalarından və süni

arrow Ətraflı
Prezident: Biz Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik like
  • 19 Yan 20:24  
Siyasət Prezident: Biz Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik

Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qır

arrow Ətraflı
Təbrizli xanım fəala 3 il həbs cəzası verildi like
  • 19 Yan 20:18  
Dünya Təbrizli xanım fəala 3 il həbs cəzası verildi

Molla rejimi Təbrizdən olan xanım fəal Leyli Purbabanı qeyri-müəyyən və

arrow Ətraflı