“Hər iki tərəf hücuma hazırlaşır”


Siyasət 19 Yan 2023 21:21:00 242 0

“Hər iki tərəf hücuma hazırlaşır”

"Vəziyyət gərgindir, hər iki tərəf güc yığır və zərbə vurmağa, hücuma keçməyə hazırlaşır. Burada kimin birinci zərbə vurması prinsipial əhəmiyyət kəsb edir. Tərəflərin hazırlığı da hiss olunur. Bu, Ukrayna ordusu üçün Qərbdən gələn hərbi texnikadan asılıdır. Rusiya üçün isə yığılan canlı qüvvəni hazırlayıb döyüş meydanına göndərməklə bağlıdır".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu hərbi ekspert Azad İsazadə Ukrayna cəbhəsində yaşanan son durumu şərh edərkən bildirib.

Mütəxəssis ötən gün Kiyevdə qəzaya düşən hərbi helikopter haqqında da danışıb, bunun təsadüfi olmaya biləcəyini istisna etməyib.

O xatırladıb ki, qəza nəticəsində Ukrayna daxili işlər naziri, onun müavini və digər rəhbər şəxslər vəfat edib: "Səbəblərdən asılı olmayaraq istintaq gedir. Hələlik bir neçə versiya səsləndirilib. Yəqin ki, son sözü aparılan istintaqın nəticəsi deyəcək. Hamı da istintaqın başa çatmasını gözləyəcək".

Ancaq mən xüsusi bir nüansı demək istərdim: "Ukraynanın daxili işlər naziri yalnız ölkə polisinə rəhbərlik etmir, eyni zamanda Ukrayna Milli Qvardiyası da onun tabeliyindədir. Üstəlik unutmayaq ki, Milli Qvardiya Rusiyaya qarşı döyüşlərdə fəal iştirak edir. Özü də çox böyük qəhramanlıqla. Məsələn, məşhur "Azov" alayının özü də Milli Qvardiyanın hərbi hissələrindən biri idi".

Azad İsazadənin qənaətincə, məhz yuxarıda qeyd olunanlara görə, helikopter qəzasının üstündən keçmək çətin olardı:

"Bu baxımdan rəbərliyi itirmək yəqin ki, bir müddət təsir göstərə bilər, amma prinsipial deyil. Mən istisna etmirəm ki, qəzada kəşfiyyat məsələsi də ola bilər".

Hərbi ekspert onu da xatırladıb ki, Ukrayna Quru Qoşunlarının komandanı general Zalujni iki gün əvvəl heç kimin xəbəri olmadan Ukraynanı tərk edərək Polşada ABŞ-ın baş qərargah rəisi ilə görüşüb və müzakirələr aparıb: "Hesab edirəm ki, bu olduqca vacib məsələdir. Bu həm də onu göstərir ki, yaxın dövrdə Ukrayna-Rusiya cəbhəsində nəsə baş verəcək. Müşahidələr onu deyir ki, hər iki tərəf hücuma hazırlaşır".

Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər... like
  • 19 Yan 21:20  
Digərləri Cəhənnəm odundan uzaq və Allaha yaxınlıq istəyənlər...

Rəsulallah (s) valideynlərə qarşı yaxşılıq etmək, pis rəftardan uzaq o

arrow Ətraflı
49 yaşlı qadın yorğanına ərə getdi like
  • 19 Yan 21:18  
Digərləri 49 yaşlı qadın yorğanına ərə getdi

49 yaşlı Paskal Sellik adlı ingiltərəli qadın öz yorğanına ərə gedib.

arrow Ətraflı
Beynin qocalmasının qarşısını alan like
  • 19 Yan 21:15  
Digərləri Beynin qocalmasının qarşısını alan

Bədənimiz daim qocalır. Bu, heç kimə sirr deyil, bütün səylərimizi qoca

arrow Ətraflı
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib  FOTO like
  • 19 Yan 21:11  
Siyasət Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi feysbuk səhifəs

arrow Ətraflı
Valideynə yaxşılıq etmək – günahların bağışlanma səbəbidir like
  • 19 Yan 21:10  
Digərləri Valideynə yaxşılıq etmək – günahların bağışlanma səbəbidir

Valideynə yaxşılıq etməyin çox bərəkətli və səmərəli faydalarından

arrow Ətraflı
Azərbaycan bu tamaşaya imkan verməyəcək, like
  • 19 Yan 21:08  
Siyasət Azərbaycan bu tamaşaya imkan verməyəcək,

"Aydındır ki, Ruben Vardanyan emissardır, onu Xankəndiyə Moskvadan gö

arrow Ətraflı
Arutyunyan yaxınlarda “qurban” veriləcək: like
  • 19 Yan 21:07  
Siyasət Arutyunyan yaxınlarda “qurban” veriləcək:

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Teleqraf.com-un suall

arrow Ətraflı
Ziyilər insandan insana keçə bilərmi? like
  • 19 Yan 21:05  
Digərləri Ziyilər insandan insana keçə bilərmi?

Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir.

arrow Ətraflı
Canı şirniyyat və şoraba çəkənlərdə nə çatışmır? like
  • 19 Yan 21:01  
Digərləri Canı şirniyyat və şoraba çəkənlərdə nə çatışmır?

Şokolad, konfet, şirniyyat və duzlu qidalara meyl edən insanlarda maqniy ele

arrow Ətraflı
Rus döyüşçüləri bu istiqamətdə irəliləyir like
  • 19 Yan 20:54  
Dünya Rus döyüşçüləri bu istiqamətdə irəliləyir

Rusiya ordusu Artemovsk rayonunda uğurla irəliləyir.

arrow Ətraflı
İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri ilə görüşüb  FOTO like
  • 19 Yan 20:45  
Siyasət İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 19-da Azərbaycan Respubli

arrow Ətraflı
İnsanlardan daha yaxşı qoxu bilən robot hazırlanıb like
  • 19 Yan 20:29  
Digərləri İnsanlardan daha yaxşı qoxu bilən robot hazırlanıb

Təl-Əviv Universitetinin alimləri çəyirtkələrin antenalarından və süni

arrow Ətraflı
Prezident: Biz Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik like
  • 19 Yan 20:24  
Siyasət Prezident: Biz Qərbdən Şərqə yüklərin daşınması haqqında da düşünməliyik

Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qır

arrow Ətraflı
Təbrizli xanım fəala 3 il həbs cəzası verildi like
  • 19 Yan 20:18  
Dünya Təbrizli xanım fəala 3 il həbs cəzası verildi

Molla rejimi Təbrizdən olan xanım fəal Leyli Purbabanı qeyri-müəyyən və

arrow Ətraflı
Azərbaycanda nadir maşın: 1,5 milyona satılır like
  • 19 Yan 20:07  
Digərləri Azərbaycanda nadir maşın: 1,5 milyona satılır

Azərbaycanda 1938-ci il istehsalı olan "Mersedes Benz" avtomobili sa

arrow Ətraflı