Övladı necə tərbiyə etmək? – Məsumların (ə) mübarək buyuruşları


Digərləri 17 Yan 2023 22:40:00 1303 0

Övladı necə tərbiyə etmək? – Məsumların (ə) mübarək buyuruşları

Övlad tərbiyəsi valideynin ən böyük vəzifələrindən biridir. Hər bir valideyn övladını saleh və cəmiyyətə fayda verən görmək istəyər. İstəyər ki, övladı tərbiyəli və saleh insan kimi yetişsin. Bu sahədə də Məsumların (ə) kəlamına müraciət edək və onlardan ibrət dərsləri alaq.

İmam Əli (ə) buyurur: "Uşaqlar yeddi il azaddırlar. Yeddi ilə ədəb və diqqətdədirlər. Sonrakı yeddi ili xidmətdə və yavərdədirlər".

İmam Sadiq (ə) buyurur: "Uşaqlar yeddi il oyun oynayarlar. Yeddi il yazmaq və oxumaq öyrənərlər. Yeddi il isə həyatın halal və haram qanunlarını öyrənərlər".

İmam Əli (ə) buyurur: "Övladlarınızı öz adət və ədəblərinizə məcbur etməyin. Çünki onlar sizin zamanınızdan qeyrisi üçün xəlq olublar".

Həzrət Peyğəmbər (s) buyurur: "Körpələrinizi ağladıqları üçün döyməyin".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Övladlarınıza peyğəmbərlərin adlarını qoyun. Ən gözəl adlar Abdullah, Əbdürrəhmandır".

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman övladınızın adını Muhəmməd qoysanız, ona hörmət edin. Ona üzünüzü turşutmayın".

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Övladın atası üzərindəki üç haqqı bunlardır: ona yaxşı ad qoysun, yazmağı ona öyrətsin, həddi-büluğa çatan zaman onu evləndirsin".

İmam Səccad (ə) buyurur: "Sənin övladının haqqı bunlardır: ona başçılıq etməkdə məsuliyyətlisən ki, ona yaxşı ədəb verəsən və Allaha tərəf hidayət edəsən. Ona (Allaha) itaət etməkdə, sənin və özünün vəzifələrinə görə ona yardım edəsən".

Həzrət Peyğəmbər (s) buyurur: "Vay olsun axırəz-zamandakı övladlara atalarının əlindən!". Həzrətə (s) sual verirlər: "Ya Rəsulallah! Müşrik atalarının əlindən?".

Həzrət (s) buyurur: "Xeyr, bəlkə mömin atalarının əlindən ki, onlara heç bir vacibatı öyrətməzlər. O zaman ki, övladları özləri öyrənmək istəyərlər, onları saxlayarlar. Onun qarşılığında isə dünyanın ən kiçik bəhrəsinə sevinərlər. Mən bu cür atalara biganəyəm və onlar da mənə biganədirlər".

Həzrət Rəsulallah (s) buyurur: "Hər kim öz övladını öpər, Böyük Allah onun üçün yaxşı əməl yazar. Hər kim övladını sevindirər, Allah da Qiyamət günü onu sevindirər. Hər kim övladına Quran öyrədər, (Qiyamət günü) o övlad, ata və anası ilə birlikdə çağırılar ki, o ikisinin əyninə iki libas geyindirilsin, belə ki, behişt əhlinin üzü onun nurundan parlayar".

İmam Əli (ə) buyurur: "Övladlarınıza elə şeylər öyrədin ki, Allah o şeylərlə onlara fayda çatdırsın".

Xorultunu dayandırmağın like
  • 17 Yan 22:30  
Digərləri Xorultunu dayandırmağın

Xorultu ilə mübarizə aparmaq üçün bir neçə təsirli üsul var.

arrow Ətraflı
Preddiabet: şəkərin hansı səviyyəsi like
  • 17 Yan 22:25  
Digərləri Preddiabet: şəkərin hansı səviyyəsi

Şəkərli diabet illər ərzində gizli inkişaf edir.

arrow Ətraflı
Qazaxda mikroavtobus minik maşını ilə toqquşdu: like
  • 17 Yan 22:22  
Digərləri Qazaxda mikroavtobus minik maşını ilə toqquşdu:

Qazaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.

arrow Ətraflı
Dindar müasir ola bilərmi? like
  • 17 Yan 22:20  
Digərləri Dindar müasir ola bilərmi?

"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağ�

arrow Ətraflı
Nikiforov Ukrayna və Rusiya arasında danışıqların like
  • 17 Yan 22:17  
Siyasət Nikiforov Ukrayna və Rusiya arasında danışıqların

"Ukrayna Rusiya ilə danışıqların beynəlxalq hüququn "müəyyən

arrow Ətraflı
WhatsAppda inqilabi like
  • 17 Yan 22:16  
Dünya WhatsAppda inqilabi

WhatsApp tətbiqi vasitəsilə internet olmadan da mesaj yaza bilmək mümkün o

arrow Ətraflı
Bütün günü aclıq hiss etməyin like
  • 17 Yan 22:15  
Digərləri Bütün günü aclıq hiss etməyin

Gün ərzində tez-tez aclıq hissi keçirtmək, yeməklərdən sanki doymamaq,

arrow Ətraflı
Evlənməzdən əvvəl özünüzə bu sualları verin like
  • 17 Yan 22:10  
Digərləri Evlənməzdən əvvəl özünüzə bu sualları verin

Evlilik hər bir insanın həyatında baş verən ən mühüm hadisələrdən bi

arrow Ətraflı
Laçın yolunun bağlanması barədə iddialar əsassızdır like
  • 17 Yan 22:09  
Siyasət Laçın yolunun bağlanması barədə iddialar əsassızdır

Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qe

arrow Ətraflı
Soğan suyu ilə arıqlamaq olurmu? like
  • 17 Yan 22:05  
Digərləri Soğan suyu ilə arıqlamaq olurmu?

Bir sıra internet səhifələrində soğan suyu ilə çəki verməyin mümkünl

arrow Ətraflı
Qanda şəkərin yüksəldiyini göstərən əlamətlər hansılardır? like
  • 17 Yan 22:01  
Digərləri Qanda şəkərin yüksəldiyini göstərən əlamətlər hansılardır?

Xroniki yüksək şəkər səviyyəsi diabetə səbəb ola bilər.

arrow Ətraflı
Selçuk Bayraktar Ərdoğanın qızı ilə like
  • 17 Yan 21:58  
Dünya Selçuk Bayraktar Ərdoğanın qızı ilə

Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Ba

arrow Ətraflı
Zənginlik duası necə oxunur: like
  • 17 Yan 21:56  
Digərləri Zənginlik duası necə oxunur:

Var-dövlətin artması üçün oxunan dua həm borclardan tez qurtarmaq niyyət

arrow Ətraflı
Ailədə sevgi görməyən insanların xüsusiyyətləri like
  • 17 Yan 21:55  
Digərləri Ailədə sevgi görməyən insanların xüsusiyyətləri

Müştərək həyatı öz təsiri altına sala bilən amillərdən biri - ictima

arrow Ətraflı