Dindar müasir ola bilərmi?


Digərləri 17 Yan 2023 22:20:00 310 0

Dindar müasir ola bilərmi?

"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq."

Bu bəhsimizdə hər dövr üçün aktual olan bir məsələ barəsində bəhs etməyi nəzərdə tutmuşuq. Bu gün daha çox sorulan suallardan biri "dindar müasir ola bilərmi?" sualıdır. Gündəlik həyatımızda, qəzet-jurnallarda, efir məkanında biz bu sualla tez-tez qarşılaşırıq və bu mövzu ətrafında bəhslər, polemikalar aparılır. Bəs, görəsən, həqiqət necədir, həqiqətən də, dindar müasir ola bilərmi?

Bir məsələyə münasibət fərqli olur.

Azərbaycan əhalisinin 95-97 faizi İslam dininə etiqad edir, amma, bu 95 faizin çox az bir hissəsi dini qanun-qaydalara riayət edir. Yəni, az faiz insan dini qanun-qaydalara əməl etməklə İslamı etiqadi olaraq yaşamaqdan əlavə, həm də, əməli olaraq yaşayır. Amma, böyük əksəriyyət sadəcə etiqadi olaraq müsəlman sayılırlar. "Etiqadi olaraq müsəlman" deməkdə məqsəd budur ki, Tovhidə- Allahın vəhdaniyyətinə (təkliyinə) inanırlar, Cənnətə, Cəhənnəmə, Qurana və s. inanırlar, amma, əməli müsəlman deyillər. Yəni, namaz qılmır, oruc tutmur, zəkat vermir, qeybətdən çəkinmirlər. Bu da, o insan haqqında "onlar əməldə İslamı yaşamırlar!"- deməyə tam əsas verir.

Bəs "müasir" deyilərkən, biz nəyi başa düşürük? Əlbəttə ki, istənilən məsələyə münasibət fərqlidir. Çünki hər insan eyni cür düşünə bilməz. Bu gün bir mövzu barədə sual hazırlayıb küçədə bir dəstə insandan bu sualı soruşub həmin mövzuya münasibət bildirməsini istəsək, müxtəlif cavablarla qarşılaşa bilərik. Bir suala ən azı iki cür münasibət bildirmək mümkün belə olsa, bu insanlardan bəzisi bir cür cavab, bəziləri də, o cavabın əksinə-başqa bir cavab verəcəklər.

"Müasir" sözünü necə anlayırıq?

Amma, "müasir" sözünə gəldikdə isə bilmək lazımdır ki, bir sözün həm lüğəti, həm də, istilahi mənası olur. İstilahi məna, yəni, bizim ürfdə qəbul olunan məna. Məsələn, elə "müasir" sözünü götürsək, bu sözün lüğətdəki mənası "həməsir" deməkdir. Məsələn, İslami mətnlərdə "İmam Rzanın (ə) müasiri olmuş xəlifələr" ibarəsinə rast gəlirik. Bununla demək istənilir ki, İmam Rza (ə) ilə bir dövrdə yaşamış, Həzrətin (ə) dövründə hakimiyyətdə olan xəlifələr. Və yaxud da, ədəbiyyatda tez-tez rast gəlirik; "Mirzə Ələkbər Sabirin müasiri olmuş yazıçı". Bu cümlədən o başa düşülür ki, o yazıçı hər kimdirsə, Mirzə Ələkbər Sabirin əsrində (dövründə) yaşamış, yaratmışdır. Bu söz bizim dilimizə ərəbdən keçib. "Ə", "s", "r" (ərəb hərflərindən olan "əyn", "sad", "ra") həriflərindən ərsəyə gələn "əsr" sözündən düzəlib və feilin "mufa`ələ" babındadır. Bunun mənası da, "sıxmaq" deməkdir. İstilahda isə "müasir" sözünü bizim bəzilərimiz başqa cür, bəzilərimiz də, bir başqa cür anlayır. Elə ixtilaf və fikir ayrılığı da, buradan qaynaqlanır.

Çünki biz, bizim dilimizə ərəbdən keçən bir çox sözləri doğru anlamırıq. Məsələn, "qürbət", "qərib" sözləri ərəb sözüdür və bizim nəzərimizdə bu sözün mənası "uzaq", "yad yer", "yad insan" mənasındadır. Amma, bu söz yaxınlıq mənasını bildirir və bildiyimizin tam əksini ifadə edir. Məsələn, namazda niyyət edərkən "qürbətən iləllah"- deyirik ki, bu da, Allaha yaxınlaşmaq, Allah xatirinə bu işə rəvac vermək məqsədi daşıyır. Və yaxud "yəqin" sözünü biz ehtimal kimi işlədirik və "yəqin ki, o düz deyir"- cümləsindən "ola bilər, çox ehtimal ki, o, düz deyir" mənasını alırıq. Amma, bu söz ərəb sözüdür və dəqiq, qəti mənasını verir.

Bəzi insanlar "müasir" dedikdə- elmli olmağı, inkişaf etməyi, emi-texniki tərəqqiyə yetişməyi, mütərəqqipərvər olmağı nəzərdə tutursa, bəziləri də, müasirliyi geyimdə, danışıqda, hərəkət və feildə, əlaqələr qurmaqda, zahiri görüntüdə, məkanda, beynəlxalq münasibətlərdə, diplomatik əlaqələrdə və s. görür. Amma, etiraf etmək lazımdır ki, "müasir" sözü ki, bizə çox xoş, ürəkaçan gəlir və hər birimiz öz sahəmizi, özümüzə xas olan cəhətlərimizi müasirliklə uyğunlaşdırmağa çalışırıq. Məsələn, ingilis dilini gözəl bilən, hansısa xarici-ingilis, amerikan şirkətində işləyən insan özünü müasir bilir. Və yaxud da, efirdə çılpaq bədən göstərən, o vəziyyətdə şəkil çəkdirən, mahnı oxuyan, şou göstərən müğənnilər özlərini müasir bilirlər. Və yaxud da, barlarda, kafelərdə könül əyləndirən, dizi yamaqlı şalvar geyinən, yaxası açıq gəzən, üzünü təmiz qırxıb bircə çənəsinin altında bir az "saqqal" saxlayan, saçlarını "tok vurmuş kimi" biz-biz saxlayan gənclər bunu müasirlik kimi bilir. Bu iddə insanlar avropaya meyilli olurlar, onların etdiklərini edib, onları təqlid edirlər.

Məsələyə iki cür yanaşma.

Əlbəttə ki, müasirliyi səhərlər bulvarda, gecələr əyləncə mərkəzlərində keçirməkdə, dizləri cırıq, yamaqlı cins şalvarlar geyinməkdə, ucubiz bakinbort və çənə altında tük saxlamaqda, açıq-saçıq geyinib, bədəni nümayiş etdirməkdə görən insanlar "dindarlıq müasirliklə uyuşmur" deyəcəklər. Bu düşüncə sahibləri düşünür ki, dindarlar çağdaş zəmanədən uzaqdırlar və dindarlar modern deyillər. Dini qiyafədə olan insanları həm də, savadsız, "geridəqalmış" kimi görməyə öyrəşiblər. Məsələn, uzaqdan bir hicablı xanım görsələr, onun haqqında ağıla gələn ilk şey o olar ki, bu xanım "geridəqalmışdır", çağdaş insan deyil, zəmanə ilə ayaqlaşa bilmir. Amma, bəzi insanlar da, dindarın müasir ola bilməsi fikrindədirlər. Onlar müasirliyi oxumaqda, savadlanmaqda, inkişaf etməkdə görürlər. Onların nəzərinə görə, əgər, dindar insan dininə əməl etməklə bərabər, elmlənir, məarifpərvər olursa, o, müasir insan hesab edilməlidir.

Hicab müasirliyə əngəl ola bilərmi?

Müasir olmaqlığa əngəl kimi daha çox hicabı qeyd edirlər. "Dindar müasir ola bilməz!"- fikrində olanlar bu qənaətdədirlər ki, dindar xanım hicablıdırsa, o, müasir sayıla bilməz. Çünki onun hicabı var. Amma, bilinəndə ki, bu hicablı xanım üç-dörd xarici dil bilir, o, ali təhsillidir, yüksək vəzifələrdə çalışır, kompyuterdən gözəl anlayır və s. bu kimi xüsusiyyətlərə malikdir-o zaman fikir bir qədər fərqli olur. Amma, yenə də, hicablı olduğu üçün, o tam "müasir" hesab edilmir. Unutmamalıyıq ki, bizim nənələrimiz o zamanlar çarşabda, çadrada olublar, indi də, örpək örtürlər. Bizim klassik kino-filmlərimizdə çarşablı, çadralı xanımlar görünür. Deyilə bilməz ki, o zaman başqa idi, indi zaman dəyişib. Dəyişən zaman deyil, dəyişən mühitdir ki, mühiti də, özümüz bu kimi fikirlərlə dəyişirik və bizə sırınan bayağı-yad düşüncəni, tərzi qəbul edirik.

Çarşablı, çadralı nənələrimiz də, müasir idilər, öz dövrlərinin insanları idilər. Və nəzərə alsaq ki, ilk insanlar çılpaq olublar, dünyaya gələrkən paltarsız gəliblər-bunu din də, inkar etmir, dünyavi elm də-o zaman hansı əsasla biz deyə bilərik ki, açıq-saçıqlıq müasirlikdir, örtünmək isə geridə qalmışlıq? Bir incəliyi də, qeyd etmək lazımdır ki, İslam dini zühur edəndə bir dəstə insan müsəlman olmuşdu və yeni dövrün dinini qəbul etmişdi. O zamankı müşriklər isə geridəqalmış idi və müasir olmamışdı. Deməli, elə İslamın ilk dövrlərində də, sonrakı dövrlərdə də, elə indi də, İslam müasir dindir, çünki cahanşümül və ümumbəşəri bir dindir.

Mən "hicab müasirliyin qarşısını alır" fikrində olan insanlara bir hicablı xanımı xatırlatmaq və də, nümunə göstərmək istərdim. O xanım Daliə Moqahed adlı bir xanımdır və Misir mənşəli tədqiqatçıdır. O, ABŞ prezidenti Barak Obamanın ilk müsəlman müşaviridir və öz müsahibəsi zamanı "fəxr edirəm ki, Ağ Evdə namaz qılıram" sözünü dilə gətirmişdi.

Daliə Moqahid "Qallup" Araşdırmalar Mərkəzinin İslamı Araşdırmalar ofisinin direktoru vəzifəsində çalışır və "İslam üçün kim danışır: Millionlarla müsəlman həqiqətdə nə düşünür?" adlı kitabın müəllifidir. Bu kitab əlli min müsəlmandan alınmış reportaj əsasında hazırlanıb və altı illik araşdırma nəticəsində ərsəyə gəlib. O bildirir: "Ümümiyyətlə bu ölkədə müsəlmanlar ən savadlı şəxslərdir. Amerikada müsəlmanların əksər faizi akademik savada malikdir". İndi "dindar müasir ola bilməz" deyən insanların görəsən hansı birisi bu xanım vəzifəsində çalışır? Hansı birisi bu xanım qədər müasirdir?

İslam müasir dindirmi?

Heç kimsə deyə bilməz ki, İslam müasir din deyil və yaxud da, müasirliyin qarşısına sədd çəkib. İslam dini 7-ci əsrdə zuhur etsə də, bu din hər əsrdə müasirdir. Birincisi, bilmək lazımdır ki, İslam dini bütün səmavi dinlərdən sonra zühur edib, dinlərin xatəmidir və bu dinin Kitabı olan Qurani-Kərim ən son nazil edilən ilahi-səmavi Kitabdır. İkincisi də ki, əgər, biz müsəlman kimi Qurana iman gətirmişiksə, bu Kitabda yazılanlara etiqadımız olmalıdır. Bu müqəddəs Kitabın "Hicr" surəsinin 9-cu ayəsində buyurulur: Ayədəki "zikr" sözündən məqsəd Quranın özüdür və gördüyümüz kimi Quranın qorunacağını Allah vəd verir bu ayədə. Deməli, Quran Qiyamətə qədər təhrif edilməyəcək, təhlukələrdən amanda olacaqdır.

Bu Kitab Qiyamət gününə qədər qüvvədədir. Biz isə Qiyamətin nə zaman qopacağını bilmirik. Allah bilir neçə il, neçə əsr sonra bu fövqəladi hadisə baş verəcək. Deməli, Quran hələ neçə il və yaxud da, əsr bundan sonra da, müasirliyini qoruyub saxlayacaq. Başqa bir məqam ondan ibarətdir ki, İslam dini 7-ci əsrdə ensə də, o zamanlar texnika bu günkü kimi sürətlə, güclü inkişaf etməsə də, bu günkü elmi-texniki tərəqqinin məhsulu olan aparatlar, təyyarə, avtomobil, muxtəlif cihazlar o zamanlar olmasa belə, İslamın onlar haqqında da, fətvası var.

Məsələn, sualda soruşulur; "Televizora baxmaq İslam dünyagörüşünə və hökmünə görə caizdirmi (icazəlidirmi)?" Cavabında deyilir: "Əgər, televizordan haram məqsədlərdə istifadə olunmursa, fəsada sürükləyən hansısa bir veriliş və ya proqrama baxılmırsa, caizdir (icazəlidir)!" Bu, İslamın cavabıdır. Və yaxud da, bu günün ən müasir silahı olan atom bombası haqqında İslamın fikri budur ki, bu bomba bəşəri təhlükə törədir və dünyanı təhdid edir. Buna görə də, bu silahın istifadəsi haramdır. Deməli, İslam müasir dindir və müsəlman-inanclı dindar müasir ola bilər.

Əslində "İslam və müasirlik", "İslam və müasir cəmiyyət", "İslam və elm", "İslam və inkişaf" və s. bu kimi mövzular ətrafında çox danışmaq olar. Zaman-zaman bu barədə kitablar yazılıb, məqalələr qələmə alınıb, dəyərli alimlər çıxışlar ediblər. İnşəAllah, gələn bəhslərdə bu mövzular ətrafında bəhslər edərik. Allah-Təala bizləri dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın!

Nikiforov Ukrayna və Rusiya arasında danışıqların like
  • 17 Yan 22:17  
Siyasət Nikiforov Ukrayna və Rusiya arasında danışıqların

"Ukrayna Rusiya ilə danışıqların beynəlxalq hüququn "müəyyən

arrow Ətraflı
WhatsAppda inqilabi like
  • 17 Yan 22:16  
Dünya WhatsAppda inqilabi

WhatsApp tətbiqi vasitəsilə internet olmadan da mesaj yaza bilmək mümkün o

arrow Ətraflı
Bütün günü aclıq hiss etməyin like
  • 17 Yan 22:15  
Digərləri Bütün günü aclıq hiss etməyin

Gün ərzində tez-tez aclıq hissi keçirtmək, yeməklərdən sanki doymamaq,

arrow Ətraflı
Evlənməzdən əvvəl özünüzə bu sualları verin like
  • 17 Yan 22:10  
Digərləri Evlənməzdən əvvəl özünüzə bu sualları verin

Evlilik hər bir insanın həyatında baş verən ən mühüm hadisələrdən bi

arrow Ətraflı
Laçın yolunun bağlanması barədə iddialar əsassızdır like
  • 17 Yan 22:09  
Siyasət Laçın yolunun bağlanması barədə iddialar əsassızdır

Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qe

arrow Ətraflı
Soğan suyu ilə arıqlamaq olurmu? like
  • 17 Yan 22:05  
Digərləri Soğan suyu ilə arıqlamaq olurmu?

Bir sıra internet səhifələrində soğan suyu ilə çəki verməyin mümkünl

arrow Ətraflı
Qanda şəkərin yüksəldiyini göstərən əlamətlər hansılardır? like
  • 17 Yan 22:01  
Digərləri Qanda şəkərin yüksəldiyini göstərən əlamətlər hansılardır?

Xroniki yüksək şəkər səviyyəsi diabetə səbəb ola bilər.

arrow Ətraflı
Selçuk Bayraktar Ərdoğanın qızı ilə like
  • 17 Yan 21:58  
Dünya Selçuk Bayraktar Ərdoğanın qızı ilə

Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Ba

arrow Ətraflı
Zənginlik duası necə oxunur: like
  • 17 Yan 21:56  
Digərləri Zənginlik duası necə oxunur:

Var-dövlətin artması üçün oxunan dua həm borclardan tez qurtarmaq niyyət

arrow Ətraflı
Ailədə sevgi görməyən insanların xüsusiyyətləri like
  • 17 Yan 21:55  
Digərləri Ailədə sevgi görməyən insanların xüsusiyyətləri

Müştərək həyatı öz təsiri altına sala bilən amillərdən biri - ictima

arrow Ətraflı
Namaz necə zay olur? like
  • 17 Yan 21:50  
Digərləri Namaz necə zay olur?

Namazı pis qılmaq və sürətlə, tələsərək qılmaq - onu zay etməyin ami

arrow Ətraflı
Qaraciyəri təmizləyib möhkəmləndirən like
  • 17 Yan 21:45  
Digərləri Qaraciyəri təmizləyib möhkəmləndirən

Çin alimləri insanın ən vacib orqanı qaraciyərin sağlamlığı üçün t�

arrow Ətraflı
Zelenski Ştaynmayerlə cəbhəni like
  • 17 Yan 21:41  
Siyasət Zelenski Ştaynmayerlə cəbhəni

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya prezidenti Frank-Valter Ştayn

arrow Ətraflı
Şeytanın (lən) ən çox istifadə etdiyi 4 an like
  • 17 Yan 21:40  
Digərləri Şeytanın (lən) ən çox istifadə etdiyi 4 an

İnsan həyatında bəzən elə şəraitlər yaranır ki, şeytan ondan silah ki

arrow Ətraflı
Fransada doğum sayı kəskin azaldı: like
  • 17 Yan 21:39  
Dünya Fransada doğum sayı kəskin azaldı:

Fransada ötən il 723 min körpə doğulub ki, bu da 1946-cı ildən bəri ən

arrow Ətraflı