Şeytanın (lən) ən çox istifadə etdiyi 4 an
Digərləri 17 Yan 2023 21:40:00 407 0
İnsan həyatında bəzən elə şəraitlər yaranır ki, şeytan ondan silah kimi istifadə edir. İnsanın qatı düşməni hər an hazırlıqlıdır və öz nalayiq əməllərini hər an həyata keçirməyə cəhd edər. Ona görə də insan gərək hər an bu təhlükənin gələcəyini gözləsin.
Bu xəbəri də oxu: Beqlaryanın ortaqları kimlər olublar?
Biz gərək şeytanın ən çox istifadə etdiyi zaman və məkanları tanıyaq ki, onunla mübarizə apara bilək.
1. Can verən zaman. İnsanın ən zəif anı - can verən anıdır və düşmən bunu bildiyi üçün, fürsətdən yararlanır. Çalışır ki, insanı din hərəmindən uzaqlaşdırsın.
O biri dünyaya əli boş göndərsin. İblis bütün ordusuna əmr edir ki, can verən bütün insanları vəsvəsə etsinlər. Onları dinində şəkkə salsınlar.
Ona görə də hər bir can verən insanın yaxınları gərək tez-tez şəhadətləri həmin insana təlqin etsinlər. Can verən zaman şeytanın tələsinə düşməməyin iki yolu vardır:
a). Düzgün inancı ürəyə və cana elə yeritmək ki, kök salsın. Əsən şiddətli küləklər onu sarsıtmasın, yəni ölüm gələn zaman ürək və canından çıxmasın. Ona görə də Allaha təlsim olub, Əhli-beytə (ə) təvəssül etmək lazımdır.
b). Ölümü daima yada salmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Ləzzətləri sındıranı çoxlu yada salın". Həzrət (s) buyurur ki, ölümü yada salaraq ləzzətləri sındırmağa çalışın və bu yolla sizin dünya ləzzətlərinə olan etimadınız aradan gedər. Ölümü necə unutmaq olar ki, ölüm insanı unutmur və hər an insana hakim ola bilər.
2. Gələcək nəslin təməlini qoyan zaman. Tədqiqatlar göstərir ki, nütfə formalaşan zaman ata və ananın keçirtdiyi iztirab və təşviş uşağın gələcək taleyində çox təsirlidir.
Məsumlar (ə) bizə məsləhət görür ki, gələcək nəslin təməlini qoyan zaman şeytanın (lən) şərindən uzaq olmaq üçün dəstəmazlı olmaq və iki rükət namaz qılmaq faydalıdır.
3. Sönük evlər. O evdə ki, İlahi ayələr oxunmaz və eşidilməz, həmin ev zülmətlidir və sönükdür. Həmin evlər şeytanın ən çox məskin olduğu yerlərdir.
Fransada ötən il 723 min körpə doğulub ki, bu da 1946-cı ildən bəri ən
Yanvarın 17-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xa
Türkiyənin gündəmində iyunda keçirilməsi gözlənilən prezident seçkil�
ABŞ-da depressiyanı müalicə edəcəyi bildirilən beyin implantı ilk dəfə
Sakit və sevgi dolu müştərək həyata malik olmaq hər bir ailə qurmuş cü
Hazırda dünyada korluğa səbəb olan başlıca göz xəstəlikləri arasında
Dini maarifə əsasən, mal və ruzinin insan ruhuna və canına təsiri vardır
Sağlam orqanizmdə fizioloji olaraq toksinlərin yaranması və zərərsizləş
"Övladlarımızın evlənmək seçimində biz valideyinlər məsləhət ve
Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə marağa səbəb olub.
Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayın
Xalq artisti Mələkxanım Əyyubova səhnədən itən bacısı oğlu müğənni
Müğənni Günay İbrahimli səhhəti barədə açıqlama verib.
"Mehriban nəvəm hələ çox kiçikdir. Bir göz qırpımında vaxt gəldi