İngilis nəşri onun qalib gələcəyi mesajını verdi – ..
Siyasət 17 Yan 2023 21:36:00 349 0
Türkiyənin gündəmində iyunda keçirilməsi gözlənilən prezident seçkiləri var. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın ötən günlərdə seçkilərin önə çəkilməsi ilə əlaqəli açıqlamasından sonra gözlər mümkün yeni tarixə çevrilib.
Bu xəbəri də oxu: Marin Le Penin həbs oluna bilər
Son.az teleqraf.com-a istinadən bildirir ki, seçkilərə aylar qalmış keçirilən sorğularda hakim partiyanın (AKP) aşkar birinciliyi görünərkən, müxalifətin "Altılıq" blokunun hələ də namizədini müəyyən edə bilməməsi diqqət çəkir.
Seçkilərdə Ərdoğana kimin rəqib olacağı məsələsini gündəmə gətirən İngiltərənin "The Economist" qəzeti "Müxalifət qalib gəlməlidir, amma qarşısında maneələr var" başlıqlı məqaləsində müxalifətdəki dərin çatlardan yazıb. Nəşr türk müxalifətinin üç böyük maneə ilə üzləşdiyini bildirib.
"Seçkilərə cəmi bir neçə ay qalır, amma "Millət" bloku hələ də prezidentliyə namizəd irəli sürməyib. CHP sədri Kamal Kılıçdaroğlu namizəd olmaqda qərarlı görünsə də, İyi partiyanın lideri Meral Akşənərin etirazı ilə üzləşir. Müxalifətdəki çatlar özünü göstərir", - məqalədə vurğulanıb.
İngilis nəşri Kılıçdaroğlunu "bacarıqlı idarəçi" adlandırılsa da qeyd edib ki, bu baxımdan onu Ərdoğanla müqayisə etmək olmaz.
Namizədlik üçün adları hallanan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın istefa verməsi lazım olduğu xatırladılarkən, hər ikisinin zəif nöqtələrinin olduğu yazılıb.
"İmamoğlunun 2019-cu ildəki qələbəsindən sonra ulduzu artıq sönüb", - məqalədə bildirilib.
"Qatı millətçi" kimi qələmə verilən Yavaşın HDP seçicilərindən səs toplamasının çətin olduğu diqqətə çatdırılıb.
Ərdoğana qarşı seçkilərdə qalib gəlmək istəyən müxalifət blokunun HDP-nin səsinə ehtiyacının olduğunu vurğulayan qəzet qeyd edib: "CHP partiyanın (HDP) dəstəyini almağa davam etmək arzusundadır. Amma HDP-ni PKK-nın siyasi qanadı kimi görən İyİ Partiya onunla eyni masa arxasında oturmaqdan imtina edir".
Beləliklə, ingilis nəşri Prezident Ərdoğanın seçki marafonunda öz rəqiblərindən aşkar üstün olduğunu yazıb.
ABŞ-da depressiyanı müalicə edəcəyi bildirilən beyin implantı ilk dəfə
Sakit və sevgi dolu müştərək həyata malik olmaq hər bir ailə qurmuş cü
Hazırda dünyada korluğa səbəb olan başlıca göz xəstəlikləri arasında
Dini maarifə əsasən, mal və ruzinin insan ruhuna və canına təsiri vardır
Sağlam orqanizmdə fizioloji olaraq toksinlərin yaranması və zərərsizləş
"Övladlarımızın evlənmək seçimində biz valideyinlər məsləhət ve
Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə marağa səbəb olub.
Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayın
Xalq artisti Mələkxanım Əyyubova səhnədən itən bacısı oğlu müğənni
Müğənni Günay İbrahimli səhhəti barədə açıqlama verib.
"Mehriban nəvəm hələ çox kiçikdir. Bir göz qırpımında vaxt gəldi
Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı
Son dövrlərdə psixoloqlara, psixologiya mərkəzlərinə müraciət edənlə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid