Yeni Tarif Cədvəli ilə kimlərin əməkhaqları və nə qədər artırıldı?
Digərləri 17 Yan 2023 19:36:00 342 0
Minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Prezidentin son sərəncamınadək ilk 4 dərəcə üzrə əməkhaqlar 345 manatdan aşağı idi və onlar 300-338 manat arasında dəyişir. Yeni VTC-ə əsasən isə yalnız bir dərəcə üzrə əməkhaqqı minimum səviyyədə olacaq. Digər 18 dərəcə üzrə maaşlar minimum əməkhaqqı məbləğindən artıq yüksəkdir.
Bu xəbəri də oxu: COP29un dünyaya mesajı: biz bir komandayıq, biz bütün bəşəriyyətik
Bunu Son.az-a Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, artımlar aşağıdakı kimidir:
1-ci dərəcə üzrə: 300 manatdan 345 manatadək artım 2-ci dərəcə üzrə: 312 manatdan 359 manatadək artım 3-cü dərəcə üzrə: 325 manatdan 374 manatadək artım 4-cü dərəcə üzrə: 338 manatdan 389 manatadək artım 5-ci dərəcə üzrə: 353 manatdan 406 manatadək artım 6-cı dərəcə üzrə: 367 manatdan 422 manatadək artım 7-ci dərəcə üzrə: 383 manatdan 441 manatadək artım 8-ci dərəcə üzrə: 398 manatdan 458 manatadək artım 9-cu dərəcə üzrə: 415 manatdan 478 manatadək artım 10-cu dərəcə üzrə: 432 manatdan 497 manatadək artım 11-ci dərəcə üzrə: 450 manatdan 518 manatadək artım 12-ci dərəcə üzrə: 468 manatdan 538 manatadək artım 13-cü dərəcə üzrə: 487 manatdan 560 manatadək artım 14-cü dərəcə üzrə: 508 manatdan 584 manatadək artım 15-ci dərəcə üzrə: 528 manatdan 607 manatadək artım 16-cı dərəcə üzrə: 549 manatdan 632 manatadək artım 17-ci dərəcə üzrə: 604 manatdan 694 manatadək artım 18-ci dərəcə üzrə: 725 manatdan 833 manatadək artım 19-cu dərəcə üzrə: 979 manatdan 1125 manatadək artım.
"Yeni qərarla kimlərin əmək haqqları artırıldı?" sualına gəldikdə, deputat qeyd etdi ki, sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq.
"Yəni, əgər vətəndaşımız qeyd olunan sektorda çalışırsa, əməkhaqqısı VTC üzrə müəyyənləşirsə, o zaman onun əməkhaqqısı bu aydan etibarən artırılır", - deyə o qeyd edib.
Müğənni Roza Zərgərli lüks mənzilini nümayiş etdirib.
Çində 1961-ci ildən bu yana ilk dəfə əhalinin sayında azalma qeydə alın
Minsk Qrupu köhnəlmiş struktur kimi son iki ildə tamamilə fəaliyyət göst
2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının y
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Düny
Qarışqalar temperaturun yüksəlməsinə cavab olaraq davranışlarını dəyi
Qış aylarında respirator viruslara yoluxma hallarının artması ənənəvi o
Cənubi Qafqazın stabilliyi hər birimiz üçün önəmlidir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xav
İtaliyanın aparıcı mətbuat orqanlarından olan "l'Opinione" q
Azərbaycan dəfələrlə Laçın-Xankəndi yolundan Ermənistanın qanunsuz ist
Nüfuzlu "Medium" internet-nəşrində Azərbaycanın Almaniyadakı s�
Dünyanın müxtəlif ölkələrində həbsxanalara narkotik vasitə və alkoqol