Ermənistan 10 noyabr bəyanatını pozaraq silahlı qüvvələrini hələ də Azərbaycan ərazisindən tam çıxarmayıb
Siyasət 17 Yan 2023 18:53:00 282 0
Azərbaycan dəfələrlə Laçın-Xankəndi yolundan Ermənistanın qanunsuz istifadəsinə dair sübutlar təqdim edib.
Bu xəbəri də oxu: XİN sözçüsü Nikol Paşinyana cavab verdi
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın qurumdakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli bu gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına cavab olaraq deyib.
"Bu yol Ermənistan tərəfindən başqa məqsədlər üçün istifadə olunur, təkcə qeyri-qanuni hərbi fəaliyyət üçün deyil, həm də təbii sərvətlərin Azərbaycan ərazisindən Ermənistana qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün istifadə olunur. Son onilliklər ərzində Azərbaycan Ermənistanın qeyri-qanuni fəaliyyətdə birbaşa iştirakına dair təkzibolunmaz sübutlar təqdim edib. Azərbaycan Respublikasının əvvəllər işğal olunmuş ərazilərində öz iqtisadi mənafeyi naminə iqtisadi və digər fəaliyyətlərin həyata keçirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir. Azərbaycanın faydalı qazıntı yataqlarının yerində monitorinqi, ekoloji qiymətləndirilməsi, əmlakın kadastr uçotu və təbii sərvətlərin inventarlaşdırılması üçün Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və bu günə qədər davam edən dinc etirazlara səbəb olub", - Sadıqbəyli bildirib.
O vurğulayıb ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozaraq öz silahlı qüvvələrini hələ də Azərbaycan ərazisindən tam çıxarmayıb.
"Ermənistan ötən əsrin 90-cı illərində Ermənistan qoşunlarının işğal etdiyi səkkiz sərhəd kəndini Azərbaycana qaytarmaqdan imtina etməkdə davam edir. Qanunsuz hərbi gücün artırılması, Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni silahlı birləşmələrin rotasiyası, silah və şəxsi heyətin qanunsuz olaraq Azərbaycan ərazisinə keçirilməsi davam edir. Azərbaycan Laçın yolu ilə üçtərəfli bəyanatın bu yoldan yalnız humanitar məqsədlərlə - vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti üçün istifadəsini nəzərdə tutan müddəalarının kobud şəkildə pozulmasıdır", - deyə daimi nümayəndə bildirib.
Həmçinin, Sadıqbəylinin qeyd etdiyi kimi, 2022-ci ilin avqustundan indiyədək Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 ədədə yaxın piyada əleyhinə mina aşkar edilib.
Son.az
Nüfuzlu "Medium" internet-nəşrində Azərbaycanın Almaniyadakı s�
Dünyanın müxtəlif ölkələrində həbsxanalara narkotik vasitə və alkoqol
Bir gün telefonunuza tanımadığınız nömrədən zeng gəlir. Müştərisi o
Xalq artisti Naibə Allahverdiyeva stresdən şikayətlənib.
Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 T-72 tankı təhvil verib.
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası
"Qalatasaray"ın futbolçusu Mauro İkardidən ayrılan Vanda Nara dav
Bakıda şəhərin mərkəzində "Toyota Prius" markalı avtomobilin m
Rusiyanın Yakutiya vilayətindəki Tonqulax dağlıq rayonunda şaxtalar 30 ill
Qusarın Çətkün kənd məktəbində 2 şagird təhsil alır. Onlardan biri h�
Azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlı efirdə gözləni
Britaniya sakini Con Makqinnes lotereyada sərvət qazanaraq 26 ildən sonra kas
Kəlbəcər dağ turizminin mərkəzinə çevriləcək.
Los-Ancelesdə 28-ci "Tənqidçilərin Seçimi" Mükafatlarının təq
Müğənni Mark Entoni "Kainat gözəli- 2021" Nadia Ferreyra ilə evl