İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazıb


Siyasət 17 Yan 2023 18:54:00 314 0

İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazıb

İtaliyanın aparıcı mətbuat orqanlarından olan "l'Opinione" qəzeti azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasından yazıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkəmizə ezam olunan qəzetin əməkdaşı Domeniko Letisiya məqaləsində azərbaycanlı ekofəalların keçirdiyi aksiya ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının yerli ermənilər tərəfindən qanunsuz istismarına və ekologiyaya vurulan ziyana yönəltdiklərini qeyd edir. Bildirilir ki, Üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra yola nəzarət üçün buraya müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib. Ekofəallar Qarabağda ermənilərin qanunsuz istismar etdiyi faydalı qazıntı yataqlarına çıxışını pisləyir.

Yazıda siyasi ekspert, analitik Orxan Amaşovun fikirlərinə yer verilir. Azərbaycanlı analitik ərazilərimizin otuz illik işğalı dövründə Ermənistanın beynəlxalq hüquq normalarını açıq şəkildə pozaraq, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Laçın rayonunda qeyri-qanuni məskunlaşma siyasətini apardığını qeyd edir.

"Biz Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarına etiraz edirik, ətraf mühiti qorumaq üçün mübarizə aparırıq. Biz səssiz qala bilmərik və buna göz yuma bilmərik, çünki region mühüm ekoloji irsə malikdir və qeyri-qanuni hasilatın nəticələri geri dönməz ola bilər. Ermənistan silahlı qüvvələri üçtərəfli Bəyanatın 4-cü maddəsində nəzərdə tutulduğu kimi, həmin ərazini tərk etməli idi, lakin bu, baş vermədi. Onlar nəinki ərazini tərk etməkdən imtina ediblər, həm də İsveçrədəki şirkətin cəlb edilməsi yolu ilə qeyri-qanuni mis və qızıl hasilatı ilə məşğul olublar. Ərazimizin təbii sərvətləri qeyri-qanuni olaraq, heç bir dayanıqlılığa nəzarət edilmədən və dövlət icazəsi olmadan istismar olunur. Bu qanunsuz əməllər ətraf mühitin çirklənməsinə, regionun gələcəyində ciddi fəsadlar yaradacaq problemlərə səbəb olur. Hesab edirik ki, bu vəziyyət dərhal nəzarətə götürülməli və Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi coğrafi ərazidə yerli mühitin monitorinqi aparılmalıdır", - deyə O.Amaşov bildirir.

"Böyük təəssüf hissi ilə qeyd edirik ki, beynəlxalq media bizim istədiklərimizə və haqlı tələblərimizə diqqət yetirmək əvəzinə, Ermənistanın yalan məlumatlarını yayımlayır. Biz bütün mülki vasitələrin və humanitar yardımların yoldan keçməsinə şərait yaradırıq. Artıq müəyyən qələbələrimiz olub. Ehtiyatların qeyri-qanuni hasilatı ilə məşğul olan "Base Metal" mədən şirkəti ərazidəki fəaliyyətini dayandırıb. Lakin hesab edirik ki, ekoloji vəziyyətin monitorinqi regionun gələcəyini təmin etmək üçün əsas tələbdir. Ona görə də biz aksiyanı davam etdiririk", - deyə analitik qeyd edir.

Qəzetin əməkdaşı vurğulayır ki, ətraf mühitə dəymiş ziyanın həcmini müəyyənləşdirmək üçün baş verənlər izlənilməli, qiymətləndirilməli və müvafiq tədbirlər görülməlidir. Ekofəallar deyirlər ki, ətraf mühit ekspertləri və Rusiya kontingentinin yüksək komandanlığı ilə çoxsaylı görüşləri olub, lakin hələlik razılıq əldə edilməyib: "Nə baş verdiyini aydın təsəvvür etmək üçün monitorinq aparmalıyıq. Beynəlxalq ictimaiyyət artıq Oxçuçayın çirklənməsinin şahidi olub və suyun təhlili mədən işlərinin nəticəsi olan ağır metalların kütləviliyini göstərir. Laçın yolundan qeyri-qanuni hasil edilən faydalı qazıntıların daşınması üçün düzgün istifadə edilməməsi böyük iqtisadi və ekoloji problemlər yaradır. Əraziyə düzgün nəzarət edilsəydi, bölgədə ekoloji fəlakətin qarşısı alınardı. Bizim aksiyamız piyada əleyhinə minaların, sursatların, silahların və qeyri-qanuni xammalın keçidindən yayınaraq, marşrutun yalnız humanitar yüklərin daşınması üçün istifadə olunmasını təmin edir. Biz həmişə humanitar yardımların və Rusiya kontingentinin maşınlarının keçməsinə icazə vermişik. Üçtərəfli Bəyanat qüvvəyə mindikdən sonra Ermənistan dəfələrlə razılaşmaları pozaraq, Laçın yolundan qanunsuz məqsədlər üçün istifadə edib. Bu gün soyuq və şaxtalı hava şəraitində bədənimizi və mətanətimizi siyasi fəaliyyətin mərkəzinə qoyuruq və aksiyamızı dayandırmırıq. Biz öz torpağımızın, ətraf mühitimizin məhvinə yol verə bilmərik. Əgər uğursuz olsaq, gələcək nəsillər regionun və ətraf mühitin sərvətlərindən istifadə edə bilməyəcəklər. Biz dünyadakı bütün vətəndaşlardan ətraf mühitimizi və torpağımızı qorumaq üçün burada olduğumuzu və heç bir başqa ərazini işğal etmədiyimizi və ya vətəndaşı qətlə yetirmədiyimizi anlamalarını xahiş edirik. Bir daha deyirəm ki, Laçın yolu Azərbaycanın ərazisidir və bizim müvafiq qurumlarımız ona nəzarət etmək imkanına malik olmalıdır".

Son.az 

“Medium” nəşri Azərbaycan səfirinin 20 Yanvar haqqında məqaləsini yayıb like
  • 17 Yan 18:52  
Siyasət “Medium” nəşri Azərbaycan səfirinin 20 Yanvar haqqında məqaləsini yayıb

Nüfuzlu "Medium" internet-nəşrində Azərbaycanın Almaniyadakı s�

arrow Ətraflı
Həbsxanalara dronla narkotik keçirilməsi hökuməti 30 milyon “zibilə” saldı like
  • 17 Yan 18:42  
Dünya Həbsxanalara dronla narkotik keçirilməsi hökuməti 30 milyon “zibilə” saldı

Dünyanın müxtəlif ölkələrində həbsxanalara narkotik vasitə və alkoqol

arrow Ətraflı
Kartınızdan çəkilən pulları qaytarmaq olar? like
  • 17 Yan 18:34  
Digərləri Kartınızdan çəkilən pulları qaytarmaq olar?

Bir gün telefonunuza tanımadığınız nömrədən zeng gəlir. Müştərisi o

arrow Ətraflı
Xalq artisti stressdən şikayət edib rəqsi ilə gündəm oldu" like
  • 17 Yan 18:26  
Şou-biznes Xalq artisti stressdən şikayət edib rəqsi ilə gündəm oldu"

Xalq artisti Naibə Allahverdiyeva stresdən şikayətlənib.

arrow Ətraflı
Polşa Ukraynaya 260 ədəd T72 tankı göndərib like
  • 17 Yan 18:18  
Dünya Polşa Ukraynaya 260 ədəd T72 tankı göndərib

Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 T-72 tankı təhvil verib.

arrow Ətraflı
FHN əməliyyat görüntüləri yaydı like
  • 17 Yan 18:10  
Digərləri FHN əməliyyat görüntüləri yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası

arrow Ətraflı
Vanda Naranın yataq görüntüləri gündəm oldu like
  • 17 Yan 18:02  
Digərləri Vanda Naranın yataq görüntüləri gündəm oldu

"Qalatasaray"ın futbolçusu Mauro İkardidən ayrılan Vanda Nara dav

arrow Ətraflı
Bakıda sığortası olmayan "Prius" sürücüsündən qeyriadi mesaj like
  • 17 Yan 17:54  
Digərləri Bakıda sığortası olmayan "Prius" sürücüsündən qeyriadi mesaj

Bakıda şəhərin mərkəzində "Toyota Prius" markalı avtomobilin m

arrow Ətraflı
Şaxtalar otuz illik rekordu qırdı like
  • 17 Yan 17:38  
Digərləri Şaxtalar otuz illik rekordu qırdı

Rusiyanın Yakutiya vilayətindəki Tonqulax dağlıq rayonunda şaxtalar 30 ill

arrow Ətraflı
2 şagirdi olan məktəb like
  • 17 Yan 17:30  
Digərləri 2 şagirdi olan məktəb

Qusarın Çətkün kənd məktəbində 2 şagird təhsil alır. Onlardan biri h�

arrow Ətraflı
61 yaşlı Nemət Pənahlı bu hərəkəti ilə diqqət çəkdi like
  • 17 Yan 17:26  
Digərləri 61 yaşlı Nemət Pənahlı bu hərəkəti ilə diqqət çəkdi

Azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlı efirdə gözləni

arrow Ətraflı
Lotereyada milyonlar qazanan şəxs müflis oldu like
  • 17 Yan 17:24  
Digərləri Lotereyada milyonlar qazanan şəxs müflis oldu

Britaniya sakini Con Makqinnes lotereyada sərvət qazanaraq 26 ildən sonra kas

arrow Ətraflı
Kəlbəcər dağ turizminin mərkəzinə çevriləcək like
  • 17 Yan 17:16  
Digərləri Kəlbəcər dağ turizminin mərkəzinə çevriləcək

Kəlbəcər dağ turizminin mərkəzinə çevriləcək.

arrow Ətraflı
“Tənqidçilərin Seçimi”ni görmək istəyənlər özləri tənqid olundular like
  • 17 Yan 17:08  
Şou-biznes “Tənqidçilərin Seçimi”ni görmək istəyənlər özləri tənqid olundular

Los-Ancelesdə 28-ci "Tənqidçilərin Seçimi" Mükafatlarının təq

arrow Ətraflı