Ermənistan regionda yeni reallığı tanımalıdır
Siyasət 17 Yan 2023 19:20:00 255 0
Minsk Qrupu köhnəlmiş struktur kimi son iki ildə tamamilə fəaliyyət göstərmir və ona istinadlar yalnız yalan gözləntiləri və illüziyaları qidalandırır, Ermənistanda hələ də hökm sürən revanşist əhval-ruhiyyəni dəstəkləyir.
Bu xəbəri də oxu: İlham Əliyev Yəmənin vitseprezidenti ilə görüşüb
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın qurumdakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli bu gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına cavab olaraq deyib.
"Minsk Qrupuna gəlincə, Ermənistan və Azərbaycan arasında silahlı münaqişə həll olundu və onun nəticələri hərbi-siyasi yolla aradan qaldırıldı, - daimi nümayəndə bildirib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münaqişədən sonra normallaşma ilə bağlı ikitərəfli müzakirələr ATƏT çərçivəsindən kənarda aparılır.
"Ermənistan bu reallığı tanımalı və ona uyğun hərəkət etməlidir. Biz Ermənistanı, əgər bu ölkə həqiqətən də regionda sülh və sabitlikdə maraqlıdırsa, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bütün hərəkətlərdən və döyüşkən ritorikadan əl çəkməyə, Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərini dayandırmağa çağırırıq. Ermənistan normallaşma prosesinə xələl gətirməməli və üçtərəfli bəyanatlar əsasında üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirməlidir. Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə onların suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərini normallaşdırmaq üçün tarixi fürsətdən istifadə etməli, bunu təmin etməlidir", - Sadıqbəyli bildirib.
Son.az
2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının y
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Düny
Qarışqalar temperaturun yüksəlməsinə cavab olaraq davranışlarını dəyi
Qış aylarında respirator viruslara yoluxma hallarının artması ənənəvi o
Cənubi Qafqazın stabilliyi hər birimiz üçün önəmlidir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xav
İtaliyanın aparıcı mətbuat orqanlarından olan "l'Opinione" q
Azərbaycan dəfələrlə Laçın-Xankəndi yolundan Ermənistanın qanunsuz ist
Nüfuzlu "Medium" internet-nəşrində Azərbaycanın Almaniyadakı s�
Dünyanın müxtəlif ölkələrində həbsxanalara narkotik vasitə və alkoqol
Bir gün telefonunuza tanımadığınız nömrədən zeng gəlir. Müştərisi o
Xalq artisti Naibə Allahverdiyeva stresdən şikayətlənib.
Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 T-72 tankı təhvil verib.