Azərbaycan erməni əsilli vətəndaşlarını yenidən inteqrasiya etməkdə qərarlıdır


Siyasət 17 Yan 2023 19:47:00 358 0

Azərbaycan erməni əsilli vətəndaşlarını yenidən inteqrasiya etməkdə qərarlıdır

Azərbaycan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli bu gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına cavab olaraq deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə və Konstitusiyasına uyğun olaraq milli və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar təmin etməyə hazırdır.

"Bu məqsədlə Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqə yaratmaq, regionun mühüm su təchizatı, nəqliyyat və enerji təchizatı məsələlərini həll etmək üçün ardıcıl və uğurlu səylər göstərir. Bu təmaslar təşviq edilməli və dəstəklənməlidir. Ruben Vardanyan kimi şübhəli stajı olan şəxslər kövrək sülh quruculuğu prosesini pozmaq üçün Azərbaycanın Qarabağ bölgəsinə gətirilib", - Sadıqbəyli bildirib.

O vurğulayıb ki, müharibə və işğalın dağıdıcı nəticələrinə və sağalmamış yaralarına baxmayaraq, münaqişə başa çatdıqdan sonra Ermənistanla dövlətlərarası münasibətlərin qarşılıqlı tanınması və ərazi bütövlüyünə hörməti özündə ehtiva edən beş əsas prinsip əsasında normallaşdırılma prosesinin təşəbbüskarı məhz Azərbaycan olub.

Xatırladaq ki, Qarabağdakı separatçı rejimin lideri Ruben Vardanyan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə bağlı vəziyyət, habelə bunun yaranan ekoloji və digər nəticələri ilə əlaqədar keçirilməsi nəzərdə tutulan ekoloji monitorinqi pozub.

2022-ci il dekabrın 3 və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış danışıqların nəticələrinə əsasən, İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nazirlik yanında Dövlət Əmlak Xidmətinin bir qrup mütəxəssisi Dekabrın 10-da Azərbaycan iqtisadiyyatı və "AzerGold" QSC ilkin monitorinqlərə başlamalı idi. Faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl yatağının və Dəmirli mis-molibden yatağının yoxlanılması, müxtəlif ərazilərdə monitorinqlərin aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, qrunt və yerüstü su mənbələrinə vurula biləcək zərər və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Lakin qrup Rusiya sülhməramlılarının müşayiəti ilə monitorinq zonasına gəlsə də, hər iki istiqamətdə təxribatlarla üzləşib. Belə ki, Rusiya sülhməramlılarının bunun üçün nəinki lazımi şərait yaratmaması, hətta bu prosesin qəsdən pozulmasında iştirak etməsi səbəbindən planlaşdırılmış ilkin yoxlama və monitorinq baş tutmayıb.

Son.az 

Ötən il doğulan körpələrə daha çox hansı adlar verilib? like
  • 17 Yan 19:42  
Digərləri Ötən il doğulan körpələrə daha çox hansı adlar verilib?

Azərbaycanda ötən il doğulan körpələrə verilən adlar arasında Uğur (2

arrow Ətraflı
Yeni Tarif Cədvəli ilə kimlərin əməkhaqları və nə qədər artırıldı? like
  • 17 Yan 19:36  
Digərləri Yeni Tarif Cədvəli ilə kimlərin əməkhaqları və nə qədər artırıldı?

Minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq

arrow Ətraflı
Roza lüks mənzili ilə GÖZ QAMAŞDIRDI like
  • 17 Yan 19:34  
Şou-biznes Roza lüks mənzili ilə GÖZ QAMAŞDIRDI

Müğənni Roza Zərgərli lüks mənzilini nümayiş etdirib.

arrow Ətraflı
Çində son 61 ildə ilk dəfə əhalinin sayı azaldı like
  • 17 Yan 19:26  
Dünya Çində son 61 ildə ilk dəfə əhalinin sayı azaldı

Çində 1961-ci ildən bu yana ilk dəfə əhalinin sayında azalma qeydə alın

arrow Ətraflı
Ermənistan regionda yeni reallığı tanımalıdır like
  • 17 Yan 19:20  
Siyasət Ermənistan regionda yeni reallığı tanımalıdır

Minsk Qrupu köhnəlmiş struktur kimi son iki ildə tamamilə fəaliyyət göst

arrow Ətraflı
Bakıya tramvay, elektrik qatarı qayıdır like
  • 17 Yan 19:18  
Digərləri Bakıya tramvay, elektrik qatarı qayıdır

2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının y

arrow Ətraflı
Daşqınlar 20 can aldı like
  • 17 Yan 19:10  
Dünya Daşqınlar 20 can aldı

ABŞ-ın Kaliforniya ştatında baş verən daşqınlar və qasırğa nəticəsi

arrow Ətraflı
Prezident İlham Əliyev İsveçrədə səfərdədir like
  • 17 Yan 19:07  
Siyasət Prezident İlham Əliyev İsveçrədə səfərdədir

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Düny

arrow Ətraflı
Qlobal istiləşmə qarışqalara təsir etməyib like
  • 17 Yan 19:04  
Dünya Qlobal istiləşmə qarışqalara təsir etməyib

Qarışqalar temperaturun yüksəlməsinə cavab olaraq davranışlarını dəyi

arrow Ətraflı
TƏBİB qripə qarşı peyvəndlənmə ilə bağlı əhaliyə like
  • 17 Yan 18:59  
Digərləri TƏBİB qripə qarşı peyvəndlənmə ilə bağlı əhaliyə

Qış aylarında respirator viruslara yoluxma hallarının artması ənənəvi o

arrow Ətraflı
Cənubi Qafqazın stabilliyi hər birimiz üçün önəmlidir like
  • 17 Yan 18:58  
Siyasət Cənubi Qafqazın stabilliyi hər birimiz üçün önəmlidir

Cənubi Qafqazın stabilliyi hər birimiz üçün önəmlidir.

arrow Ətraflı
Xanımını itirən Cavan Zeynallı özünə qapanıb like
  • 17 Yan 18:56  
Şou-biznes Xanımını itirən Cavan Zeynallı özünə qapanıb

Xəbər verdiyimiz kimi, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya

arrow Ətraflı
NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək like
  • 17 Yan 18:55  
Siyasət NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xav

arrow Ətraflı
İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazıb like
  • 17 Yan 18:54  
Siyasət İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazıb

İtaliyanın aparıcı mətbuat orqanlarından olan "l'Opinione" q

arrow Ətraflı