Rusiya Ermənistanı MƏHV EDƏR, amma buna imkan verməz


Siyasət 16 Yan 2023 15:32:00 327 0

Rusiya Ermənistanı MƏHV EDƏR, amma buna imkan verməz

"Ermənistan bu gün rus təfsirindən xilas olmaq üçün anti-Rusiya ritorikasını mühüm xarici siyasət alətinə çevirib və gecikmiş dekommunizasiya prosesini nümayişkar formada həyata keçirir".

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ermənistan nə qədər çalışsa da Rusiyanın Cənubi Qafqazdakı mövqeləri zəifləməyəcək:

"Rusiya Ermənistanın siyasi emansipasiyasını onu qıcıqlandıran fakt kimi qəbul edir. Ermənistan Rusiyanın əleyhdarları ilə nümayişkaranə yaxınlaşma yolunu tutur və beləliklə də Rusiya tərəfindən bağışlanmayan günahlar qazanır. Onun mövcud siyasəti incə xətt üzərindədir. İstənilən düşünülməmiş addım ilk növbədə özünə ziyan gətirəcək.

Ermənistan ya Rusiyadan, ya da Qərbdən asılı olmaqla müstəqil xarici siyasət yürüdə bilmir. Məhz onu bəlalara düçar edən başlıca amil də budur. Təbii ki, Rusiyanın Ermənistana qarşı hazırki siyasətinə toxunarkən sözügedən ölkənin Azərbaycana qarşı olan mövcud baxışına da diqqət yetirməliyik. Bunun üçünsə beynəlxalq aləmə çıxmaq kifayətdir ki, xəbərdar olasan.

Aparıcı beyin mərkəzləri də bildirirlər ki, bu gün Rusiyanın Ermənistana kömək edəcəyi bir şey varsa, sözün əsl mənasında Azərbaycanla münasibətləri korlayacaq heç nəyi yoxdur. Nə Rusiya hakimiyyətinin, nə də Rusiya cəmiyyətinin kifayət qədər əsası var ki, Azərbaycandan rahatlıqla və məmnuniyyətlə narazı olsun. Ermənistan üçünsə bunu demək çətindir.

Deməli, Rusiya üçün təkcə Ermənistanın siyasi və diplomatik olaraq hücuma məruz qalması deyil, həm də bu hücumun kim tərəfindən tətbiq edilməsi vacibdir. Nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı da demək olar ki, Rusiya ilə yaxın mövqeyi bölüşürük. Düzü, düşünmürəm ki, Rusiyanın Cənubi Qafqazdakı mövqeləri zəifləsin. Ermənistan vasitəsilə bunun edilməsinə isə heç imkan verilməyəcək.

Azərbaycan postsovet məkanında həmişə elə bir nümunə olub ki, öz maraqlarını təmin etmək istiqamətində müstəqil xarici siyasət yürütsün. Azərbaycan bir tərəfdən də enerji və inteqrasiya layihələrinin vermiş olduğu dividentlər vasitəsilə uğurlar qazanır. Laçın yolundakı aksiya ilə mərhələli şəkildə hədəflərimizə çatırıq. Ermənistan ilk növbədə öz aqibəti haqqında düşünməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi 2023-cü il Ermənistan üçün son şansdır". 

Təhməz Əsədov Son.az

Masallıda şagird özünü məktəb binasından atdı like
  • 16 Yan 15:28  
Digərləri Masallıda şagird özünü məktəb binasından atdı

Masallıda məktəbli qız intihara cəhd edib.

arrow Ətraflı
Əhməd Hüseynov 2 milyon manata yaxın dələduzluqda təqsirləndirilir  Məhkəmə like
  • 16 Yan 15:24  
Digərləri Əhməd Hüseynov 2 milyon manata yaxın dələduzluqda təqsirləndirilir Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsi

arrow Ətraflı
Sülhməramlıların daha 10 avtomobili aksiya ərazisindən maneəsiz keçdi  FOTO like
  • 16 Yan 15:22  
Digərləri Sülhməramlıların daha 10 avtomobili aksiya ərazisindən maneəsiz keçdi FOTO

Rusiya sülhməramlılarına məxsus avtomobil karvanı Laçın-Xankəndi yolund

arrow Ətraflı
Şahruk Xana görə Dubayda izdiham  VİDEO like
  • 16 Yan 15:17  
Şou-biznes Şahruk Xana görə Dubayda izdiham VİDEO

Bollivud ulduzu Şahruq Xan Birləşmiş Ərəd Əmirliyinə yollanıb.

arrow Ətraflı
Rusiyada şok: like
  • 16 Yan 14:58  
Digərləri Rusiyada şok:

Milyon yarım rusiyalı 2023-cü ilə yeni iş axtarmaq qərarına gəlib. Onlar

arrow Ətraflı
“Papanin” və “Kubinka”da növbəti əməliyyat  7 nəfər tutuldu like
  • 16 Yan 14:47  
Digərləri “Papanin” və “Kubinka”da növbəti əməliyyat 7 nəfər tutuldu

Nəsimi RPİ tərəfindən rayonun "Papanin", "Kubinka" kimi

arrow Ətraflı
Sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar 19 faizdən çox artıb like
  • 16 Yan 14:39  
Digərləri Sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar 19 faizdən çox artıb

2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxi

arrow Ətraflı
Bu il Türkiyəyə istirahətə gedənlərin sayı azala bilər like
  • 16 Yan 14:36  
Digərləri Bu il Türkiyəyə istirahətə gedənlərin sayı azala bilər

Artıq iki gündür ki, Türkiyədə yerləşən kurort mərkəzlərinə, otel n

arrow Ətraflı
İlham Əliyev: Azərbaycanda investisiya mühiti çox müsbətdir like
  • 16 Yan 14:26  
Siyasət İlham Əliyev: Azərbaycanda investisiya mühiti çox müsbətdir

Ötən ay - dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya

arrow Ətraflı
Bakıda nişanlı qız məktubla bu sözləri yazıb like
  • 16 Yan 14:25  
Digərləri Bakıda nişanlı qız məktubla bu sözləri yazıb

Qaradağ rayonu, Lökbatan qəsəbəsi "Qobu Park-1" yaşayış massiv

arrow Ətraflı
Selçuk Yöntem Bakıya gəlir like
  • 16 Yan 14:17  
Şou-biznes Selçuk Yöntem Bakıya gəlir

Türkiyə kinosunun ulduzu Selçuk Yöntem Bakıya gələcək.

arrow Ətraflı
Avtomobillərin sığortasından imtina problemi böyüyür like
  • 16 Yan 14:14  
Digərləri Avtomobillərin sığortasından imtina problemi böyüyür

Bir müddətdir ki, bəzi sığorta şirkətlərinin kiçik mühərrikli avtomob

arrow Ətraflı
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb  FOTO like
  • 16 Yan 14:06  
Siyasət Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Ə

arrow Ətraflı