Avtomobillərin sığortasından imtina problemi böyüyür
Digərləri 16 Yan 2023 14:14:00 383 0
Bir müddətdir ki, bəzi sığorta şirkətlərinin kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina etmələri ilə bağlı xəbərlər yayılır.
Bu xəbəri də oxu: COP29 çərçivəsində Elm, Texnologiya və İnnovasiya Günü keçirilir
İddialara görə, belə hallara paytaxtla yanaşı, bölgələrdə də rast gəlinir.
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, icbari sığortası olmayan avtomobil sahibləri məcbur qalaraq yola çıxdıqda isə xüsusi texniki vasitələrlə onlar barəsində elektron protokol tərtib edir. Onlar inzibati qaydada 50 manat cərimə olunurlar.
Belə sürücülərdən biri də Cabbar Ağayevdir. ''Xəzər Xəbər''ə müraciət edən sürücü iddia edir ki, onun da avtomobilini sığorta etmirlər.
Ekspert Elməddin Muradlı isə deyir ki, mövcud qanunvericiyə görə, şirkətlərin hanısa marka və ya model avtomobilin icbari sığortasından imtina etmək səlahiyyətləri yoxdur. O təklif edir ki, sığorta şirkətinə müraciət edən sürücülərə rəsmi qaydada imtina verilibsə, onlar məhkəməyə müraciət etsinlər.
Elməddin Muradlı hesab edir ki, sığorta şirkətlərinin bu davranışları avtomobil bazarına da mənfi təsir göstərə bilər.
Bəs avtomobilini icibari qaydada sığorta etdirə bilməyən sürücülərə cərimə yazılmaması üçün hansısa güzəşt edilə bilərmi?
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi vəzifəsini icra edən Araz Əsgərli bildirdi ki, yazılan cərimələr tam qanunuidir.
Qeyd edək ki, icbari sığortanın olmamasına görə fiziki şəxslər 50, hüquqi şəxslər 100, vəzifəli şəxslər isə 300 manat inzibati qaydada cərimə edilirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Ə
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikin
Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz
Yanvar ayının 15-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo�
Əllərində bidonlarla su daşıyırlar. Ağcabədi rayonunun Şahsevən kəndi
Qarabağdakı erməni separatçıların və Rusiya sülhməramlıların özbaş�
Aşıq Samirə Əliyeva "Səs Azərbaycan: Doğma nəğmələr" yarı�
"Bolt" taksi xidməti tətbiqində Azərbaycanın əsas hissəsindən
Vergi Məcəlləsinin dəyişikliyə qədər qüvvədə olan tələblərinə əs
Bu gecə saat 01:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112&qu
Yeni işə başlayan işçilərə bir çox hallarda sınaq müddəti müəyyən
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun "Səs Azərbaycan" yar�
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Dövlət əmlakının mənimsə
Piyada səkilərini zəbt edənlərə hələ də rast gəlinir.