İranlı qaçaqmalçılar sərhədçilərimizin əmrinə tabe olmayıb,
Kriminal 16 Yan 2023 13:52:00 112 0
Yanvar ayının 15-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 (üç) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir.
Bu xəbəri də oxu: "Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi"
Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı "Azərbaycan Respublikası dövlət sərhədi haqqında" qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə etmişdir. Havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə-İran istiqamətinə qaçmışlar.
Sərhəd zastavasının xidməti ərazisi qapadılmış, texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə 1 (bir) sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılmışdır.
İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İran vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycan Respublikasına narkotik vasitə keçirmək məqsədilə gəldikləri müəyyən edilmişdir.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada, ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Əllərində bidonlarla su daşıyırlar. Ağcabədi rayonunun Şahsevən kəndi

Qarabağdakı erməni separatçıların və Rusiya sülhməramlıların özbaş

Aşıq Samirə Əliyeva "Səs Azərbaycan: Doğma nəğmələr" yarı

"Bolt" taksi xidməti tətbiqində Azərbaycanın əsas hissəsindən

Vergi Məcəlləsinin dəyişikliyə qədər qüvvədə olan tələblərinə əs

Bu gecə saat 01:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112&qu

Yeni işə başlayan işçilərə bir çox hallarda sınaq müddəti müəyyən

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun "Səs Azərbaycan" yar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Dövlət əmlakının mənimsə

Piyada səkilərini zəbt edənlərə hələ də rast gəlinir.

"Ramiz Mehdiyev çox qorxaq adamdır, Vasif Talıbovla birləşib çevrili

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Cavan Zeynallının xanımı R

Ağcabədi rayonunda arvadını qətlə yetirməkdə şübhəli bilinən 70 yaş

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (B
