İlham Əliyevin BƏƏyə səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır
Siyasət 16 Yan 2023 11:35:00 443 0
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır.
Bu xəbəri də oxu: Sadhquru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq son illərdə yüksələn dinamika ilə inkişaf edir.
"Azərbaycan ilə BƏƏ arasında fərqli sektorlar üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər və razılaşmalar da məhz bu potensialın daha yaxından istifadəsinə imkan yaradacaq. Prezident İlham Əliyev və BƏƏ prezidenti arasında çox yaxın dostluq münasibətləri vardır. Bu baxımdan Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək", - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan ilə BƏƏ arasında son illər iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur.
"İki ölkə arasında ticarət dövriyyəsinin artması fonunda sərmayə qoyluşlarında da yüksəliş var. 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 20.3 faiz artaraq 50.4 milyon dollara çatıb. 2022-ci il ərzində isə ticarət dövriyyəsində daha ciddi artımlar müşahidə olunub. Belə ki, bu ilin ilk 10 ayında ticarət dövriyyəsi 90.4 milyon dollara çatıb. Ötən ilin noyabr ayında daha 4.2 milyon dollarlıq ticarət nəticəsində ilk 11 ayında dövriyyə 94.6 milyon dollaradək yüksəlib. Ötən ilin ilk 11 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildəki illik dövriyyədən 87.6 faiz çoxdur. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir.
BƏƏ Azərbaycanda xüsusi ilə bərpa olunan enerji sahəsində aktiv ölkələrdəndir. Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, BƏƏ sahibkarlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə, körfə ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir", - deyə deputat əlavə edib.
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə
Türkiyəli aktrisa Ayşegül Günay aktyor həyat yoldaşı Ali Sinan Dəmirdə
Prezident İlham Əliyev Əbu-Dabi Davamlılıq Həftəsinin açılışında iş
Palçıqdan keçilməz hala düşən istifadə edən sakinlər çox əziyyət ç
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlara
"Fevralın 2-si ad günümdür. Ailə qurmağımla bağlı böyük bir aç�
13 manata cins şalvar, 18 manata qış çəkməsi, 30 manata isti gödəkçə.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş t
"Qərbi Azərbaycan İcması" indiki Ermənistan ərazisindən qovulmu
Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə n�
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad e
Azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərini
Müğənni Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın onun ünvanı