ƏDVnin ödənilməsi vaxtı bir gün uzadılıb
Digərləri 16 Yan 2023 13:00:00 331 0
Vergi Məcəlləsinin dəyişikliyə qədər qüvvədə olan tələblərinə əsasən, vergi ödəyicisi tərəfindən ƏDV-nin məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmadan ödənilməli idi.
Bu xəbəri də oxu: Azərbaycanda tanınmış dosent vəfat etdi
Dövlət Vergi Xidmətindən Son.az-a verilən məlumata görə, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilirdi. Aparılan əməliyyat üzrə ƏDV-nin ödənilməsi vaxtı ilə bağlı tələb əməliyyatın əsas məbləğinin ödənilməsi ilə eyni gündə olduğundan, praktikada vergi ödəyicisindən asılı olmayan səbəblərdən, məsələn, banklar tərəfindən köçürmə əməliyyatının növbəti gün icra edilməsi səbəbindən bu müddət ötürülür və nəticədə vergi ödəyicisi maliyyə sanksiyası ilə üzləşirdi.
Bu baxımdan, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onların əlavə maliyyə itkilərinə məruz qalmaması məqsədilə Vergi Məcəlləsində müvafiq dəyişiklik edilib və aparılan əməliyyatlar üzrə ƏDV məbləğinin əsas məbləğ ödənildikdən sonra 1 iş günü müddətində ödənilməsi imkanı yaradılıb. Beləliklə, bundan sonra vergi ödəyiciləri əsas məbləğin ödənildiyi gün ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasına məruz qalmayacaqlar.
Bu gecə saat 01:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112&qu
Yeni işə başlayan işçilərə bir çox hallarda sınaq müddəti müəyyən
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun "Səs Azərbaycan" yar�
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Dövlət əmlakının mənimsə
Piyada səkilərini zəbt edənlərə hələ də rast gəlinir.
"Ramiz Mehdiyev çox qorxaq adamdır, Vasif Talıbovla birləşib çevrili�
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Cavan Zeynallının xanımı R
Ağcabədi rayonunda arvadını qətlə yetirməkdə şübhəli bilinən 70 yaş
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (B�
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə
Türkiyəli aktrisa Ayşegül Günay aktyor həyat yoldaşı Ali Sinan Dəmirdə
Prezident İlham Əliyev Əbu-Dabi Davamlılıq Həftəsinin açılışında iş
Palçıqdan keçilməz hala düşən istifadə edən sakinlər çox əziyyət ç
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlara