At pıtrağı güclü jenşen təsirinə malik bitkidir


Digərləri 14 Yan 2023 07:11:00 203 0

At pıtrağı güclü jenşen təsirinə malik bitkidir

At pıtrağı bitkisindən raxit xəstəliyinin, allergiyanın, diatezlərin, böyrək daşı xəstəliyinin, podaqranın, şəkərli diabetin, xolisistitin, hepatitin, qəbizliyin, babasilin, eqzemanın, psoriazın, artritlərin, keçəlləşmənin, frunkulun, səpgilərin, soyuqlamanın, mastopatiyanın, aybaşı gecikmələrinin müalicəsində istifadə edilir. At pıtrağı onkoloji xəstəliklərin də müalicəsi zamanı istifadə edilən təbii müalicə vasitələrindəndir. At pıtrağı orqanizmə sidikqovucu, tərlədici, qızdırmaslıcı, iltihabəleyhinə, antitoksik, ödqovucu, şəkərsalıcı, bağırsaqları yumşaldıcı, qaşınma əleyhinə, şiş hüceyrələri əleyhinə təsir göstərir. Müalicə məqsədilə at pıtrağının çiçəklərindən, yarpaqlarından, kökündən, toxumundan və şirəsindən istifadə edilir. *Yarpaqları At pıtrağının gənc yarpaqlarından salatların, şorbaların hazırlanması zamanı istifadə edilir. Yarpaqlardan ədviyyat və dadlandırıcı kimi də istifadə etmək mümkündür. O C vitamini ilə zəngindir. Onun böyümüş yarpaqlarını isə çiçək açmadan əvvəl dərib, qurudub istifadə edirlər. *Kökü At pıtrağının torpaqda olan hissəsi qazılıb çıxarılır, təmizlənir və xırda yan köklərdən ayılır. Onu doğradıqdan sonra hissələrə ayırıb 50* tempraturda qurutmaq və lazım olan zaman istifadə etmək lazımdır. Kökün qurudulması prosesi nə qədər tez baş verərsə, onun keyfiyyəti bir o qədər yaxşı olar. Qurutduqdan sonra kök üyüdülərək toz şəklinə salınıb istifadə edilir. At pıtrağı kökü birillik bitkidən və ilk donmadan sonra çıxarılır. Yaz aylarında isə yanlız 3-4 yarpağa malik olan bitkinin kökündən istifadə edilir. * Toxumu At pıtrağının toxumları tam yetişdiyi zaman və ilk donmadan sonra toplanır. Adətən bu zaman bitkini kökü ilə birlikdə çıxarırlar. Toxumlar öz səbəti ilə birlikdə toplanır və qurudularaq xırdalanır. Bu toxumlar güclü sidikqovucu təsirə malikdir. Dəmləmə zamanı 1:10 nisbətində istifadə edilir və 1 stəkan olmaqla gündə 3-4 dəfə içilir. * Çiçəkləri At pıtrağının çiçəkləri may-iyun aylarında toplanıb qurudulur. Çiçəklərdən hazırlanan dəmləmə allergiya əleyhinə güclü təsir göstərir, dəri xəstəliklərinin və bronxial astmanın sağalmasını sürətləndirir. Müalicə qaydaları Yarpaqlarının xırdalanmışından hazırlanan 1 çay qaşığı xammal gündə 4-5 dəfə olmaqla suda qarışdırılaraq qəbul edilir. Xıərdalanmış yarpaqları çaya da qarışdırıb içmək mümkündür. Bu mədə-bağırsaq və podaqra xəstəliklərinin əlamətlərini aradan qalıdırır. Kökündən hazırlanmış dərman: Toz halına salınmış kökü gündə 4-5 dəfə hər dəfə 1 çay qaşığı olmaqla qəbul edilir. Bu şəkərli diabet və onun əmələ gətirdiyi əlamətlərin aradan qalxmasına yardım edir. Bu müalicəni ən azı 3 həftə təkrarlamaq lazımdır. *Yarpaq Yarpaqlarından hazırlanmış dəmləmə 1 xörək qaşığı xırdalanmış yarpaqların 1 stəkan qaynar suda 20 dəqiqə saxlanması ilə əldə edilir. Dəmləməni su hamamında hazırlanmaq və ya 5 dəqiqə qaynatmaqla da əldə etmək mümkündür.Dəmlədikdən sonra isə 1 saat saxladıqdan sonra içmək məsləhət görülür. Yarpaqlardan hazırlanmış dəmləməni gün ərzində 3-5 stəkan və udum-udum qəbul etmək lazımdır. Davamlı olaraq bu dəmləmədən içmək saç tökülməsinin və keçəlləşmənin qarşısını alır. Oynaq ağrıları və osteoxondroz zamanı onun dəmləməsini balla qarışdıraraq ağrayan oynağa qoymaq məsləhət görülür. *Qurudulmamış kökünün dəmləməsi: 2 xörək qaşığı xırdalanmış kökün 400 ml suda 20-30 dəqiqə qaynaması və yarım saat saxlanmasından əldə edilir. Ondan təpitmə kimi istifadə edilir. Bu təpitmə yaraların, frunkulların, dermatozların, keçəlləşmənin müalicəsi zamanı istifadə edilir. * Toxum Toxumların dəmləməsi 1 xörək qaşığı toxumun 200 ml qaynar suda 30 dəqiqə su hamamında və 1 saat kənarda saxlanması ilə əldə edilir. Bu dəmləmədən gündə 2-3 dəfə və hər dəfə 50 ml olmaqla qəbul etmək lazımdır. Dəmləmə yeməkdən əvvəl qəbul edilir və şişkinlikləri aradan qaldırır. * Şirəsi At pıtrağının şirəsi onun təzə yarpaqlarının sıxılması yolu ilə əldə edilir. Bu ət maşını, şirəçəkən və ya blender vasitəsilə həyata keçirilə bilər. Əldə edilən şirə 1:1 nisbətində şəkər tozu ilə qarışdırılır, üzərinə araq və ya spirt əlavə edilir. Qarışımın sutkalıq dozası 2-3 xörək qaşığıdır. O yeməkdəın əvvəl və yarım stəkan su ilə qəbul edilir. Müalicə kursu 3 aydır. *Təzə kökdən hazırlanan dərman 1. Kök yaxşı yuyulur, sürtkəcdən keçirilir,1:1 nisbətində balla qarışdırılıb gündə 2 dəfə yeməkdən əvvəl qəbul edilir. 2 Kök sürtkəcdən keçirilir,1:1 nisbətində konyak və limon şirəsi ilə qarışdırılaraq yeməkdən yarım saat qabaq qəbul edilir. Qarışım gündə 2 dəfə 1 xörək qaşığı oilmaqla içilir. Bu müalicə maddələr mübadiləsini yaxşılaşdırır, həzmi sürətləndirir, yaşlanmanı zəiflədir, şəkərli diabetin orqanizmə mənfi təsirini azaldır. *At pıtrağı yarpaqlarının xaricə tətbiqi(kompress) Yarpaqlar ət maşınından keçirilərək xırdalanır və şişkinlik olan nahiyələrə(fibroz-kistoz mastopatiya, bərkimələr olan nahiyəyələr, frunkullar, artrit) qoyulur. Quru yarpağından hazırlanmış tozu az miqdar suda həll edərək əldə edilən qarışımı da belə nahiyyələrə qoyaraq patoloji əlamətləri azaltmaq mümkündür. *200 qram ayipəncəsi yağı 500 qram at pıtrsağı kökünün toz halına salınmışına qarışdırılır və 3 gün saxlanılır. Bu müddət ərzində o qarışdırılır və sonra 2-3 saat su hamamında saxlanılır. Qarışım həftədə 2 dəfə saç köklərinə sürtüldükdə keçəlləşmə və saçların tökülməsi aradan qalxır. Müalicəni həftədə 2 dəfə olmaqla 2 ay müddətində aparmaq lazımdır. Bu qarışım ekzemanın, psoriasın, qaşınmamım sağalmasına səbəb olur. *Quru kökləri 40%-li spirtdə saxlamaqla əldə edilən qarışımın 1 qaşığını gündə 3-4 dəfə içməklə dəri xəstəliklərinin sağalmasını sürətləndirmək mümkündür. *Quru köklərin xırdalanmış tozunu eyni miqdarda bitki və ya vazilen yağına qarışdıraraq 5 gün saxladıqdan sonra 1 saat su hamamında dəmləyib istifadə etmək yanıqlar, ekzema və yaraların müalicəsində çox faydalıdır. * At pıtrağı bitkisinin 200 qram xırdalanmış kökünü 50 qram bataqlıq ladan bitkisi və qırmızı yemişanla 3-4 litr suda 15-20 dəqiqə qaynatmaq və 1,5-2 saat kənarda dəməsindən əl

Paşinyanın Qarabağ ermənilərinə çağırışında diqqətçəkən fakt: like
  • 14 Yan 07:05  
Siyasət Paşinyanın Qarabağ ermənilərinə çağırışında diqqətçəkən fakt:

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan dövlətinin mövqeyinə

arrow Ətraflı
Panika hücumları like
  • 14 Yan 07:01  
Digərləri Panika hücumları

Qorxu - insan və heyvanların yaşamaqları üçün müdafiə mexanizmidir. İn

arrow Ətraflı
Atasının ölümündən bir ay sonra özü də like
  • 14 Yan 06:58  
Digərləri Atasının ölümündən bir ay sonra özü də

Vətən müharibəsi iştirakçısı Azər Bayramov vəfat edib.

arrow Ətraflı
Türkan həmkarlarını SANCDI: "Əməliyyatları bərbaddır, dəhşətdirlər" like
  • 14 Yan 06:31  
Şou-biznes Türkan həmkarlarını SANCDI: "Əməliyyatları bərbaddır, dəhşətdirlər"

"Siz "FaceApp" (fotoşop - red.) edən müğənnilər görməmisi

arrow Ətraflı
Qabiliyyət nədir? like
  • 14 Yan 06:01  
Digərləri Qabiliyyət nədir?

Qabiliyyət şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən biri sayılı

arrow Ətraflı
“Ağzım pisdir, söyüş söyürəm”  Pərvin Abıyeva like
  • 14 Yan 05:31  
Şou-biznes “Ağzım pisdir, söyüş söyürəm” Pərvin Abıyeva

"Bəzi insanlar sanki mənimlə qalmaqal etməyi özünə fəxr, yüksəli�

arrow Ətraflı
Hissiyyat pozulmaları like
  • 14 Yan 05:04  
Digərləri Hissiyyat pozulmaları

Dəridən,əzələlərdən,sümük-oynaq sistemindən və daxili orqanlardan mə

arrow Ətraflı
Aktrisanın səhnəyə sərxoş çıxması qalmaqal yaratdı like
  • 14 Yan 04:31  
Şou-biznes Aktrisanın səhnəyə sərxoş çıxması qalmaqal yaratdı

"House of the Dragon" serialının ulduzu Milli Alkokun "Qızıl

arrow Ətraflı
Ətrafındakı adamları necə idarə etmək olar? like
  • 14 Yan 04:04  
Digərləri Ətrafındakı adamları necə idarə etmək olar?

1. Diqqət çəkmək Diqqət çəkmək idarəetmənin ən sadə yoludur. Bunu c

arrow Ətraflı
Məşhur serialın qəhrəmanları sevgilidirlər? like
  • 14 Yan 03:31  
Şou-biznes Məşhur serialın qəhrəmanları sevgilidirlər?

Türkiyənin reytinqli serialı "Yalı Çapkını"nın baş rol ifaç�

arrow Ətraflı
Limfoma like
  • 14 Yan 03:03  
Digərləri Limfoma

Limfomalar immun sistemin şiş xəstəıiyidir.Limfomalar limfa düyünlərind�

arrow Ətraflı
Qış mövsümündə immuniteti gücləndirən like
  • 14 Yan 02:31  
Digərləri Qış mövsümündə immuniteti gücləndirən

"Soyuq havalarda, immunitetin aşağı düşdüyü və bütün xroniki xəs

arrow Ətraflı
Kiçik böyrək  Hipoplaziya like
  • 14 Yan 02:02  
Digərləri Kiçik böyrək Hipoplaziya

Kiçik böyrək anadangəlmə böyrəyin ölçüsünün normadan kiçik olmasıd

arrow Ətraflı
Natiq BÜRCLƏR  Kimlər danışığı ilə insanları ələ almağı bacarır? like
  • 14 Yan 01:31  
Digərləri Natiq BÜRCLƏR Kimlər danışığı ilə insanları ələ almağı bacarır?

İzdihamlı mühitlərdə danışmağı sevən insanlar üçün başqaları ilə

arrow Ətraflı
Ən çox görülən 10 yuxu like
  • 14 Yan 01:01  
Digərləri Ən çox görülən 10 yuxu

Avstraliyalı psixoloq 30 illik kariyerasında analiz etdiyi 100 min yuxu içər

arrow Ətraflı