Kiçik böyrək Hipoplaziya
Digərləri 14 Yan 2023 02:02:00 378 0
Kiçik böyrək anadangəlmə böyrəyin ölçüsünün normadan kiçik olmasıdır. Xəstəliyin əmələ gəlməsinə nələrin səbəb olduğu tibb elminə hələ də aydınlaşmayıb.Amma,bəzi mütəxəssislər böyrəyin kiçik olmasında inkişaf sintezinin pozulması olduğunu söyləyirlər. Kiçik böyrək birtərəfli və iki tərəfli ola bilir. Diaqnozu Xəstəliyə diaqnozum qoyulmasında ultrasəslə müayinənin nəticələri kifayət edir.Böyrəklərin süzmə qabiliyyətini yoxlamaq üçün isə ultrasəslə bərabər uroqrafiya və radioizotop müayinələrin nəticələri vacibdir. Kiçik böyrək nə deməkdir? Kiçik böyrək anadangəlmə ölçüləri,kasacıqlarının sayı və böyrək ləyəninin ölçüsünün kiçik olması deməkdir.Normal halda boyrəklərdə 8 kasacıq olduğu halda kiçik böyrəklərdə bu rəqəm 6-ya bərabər olur.Kiçik böyrəyin parenximası və ləyəninin ölçüləri də normal böyrəklərin ölçülərindən az olur.Amma bu ölçülərin böyrək arteriyasına heç bir təsiri olmur.Belə ki,kiçik böyrəklərdə olan arteriyanın ölçüsü normal böyrəkdəki arterira damarının ölçüsünə bərabər olur. Birtərəfli kiçik böyrək zamanı böyrək öz funksiyalarını yerinə yetirmədikdə digər böyrəkdə şişkinlik,hidronefroz,multikistoz displaziyalar baş verə bilir. Anadangəlmə kiçik böyrəyi sonradan müxtəlif xəstəliklər üzündən kiçilmiş böyrəklərdən ayırmağı bacarmaq lazımdır.Bunun üçün həkim xəstənin anamnezinə diqqətlə qulaq asmalı və analizlərin nəticələrini düzgün qiymətləndirməyi bacarmalıdır.Belə ki,böyrəklərin ölçüsünün kiçilməsi bəzi böyrək xəstəliklərinin nəticəsi də ola bilir.Böyrəklər aşağıdakı xəstəliklər zamanı kiçilə bilir: * pielonefrit * böyrək çatışmazlığı * nefrit * böyrək arteriyasının stenozu Müalicəsi Kiçik böyrək xəstəliyi anadangəlmədirsə və böyrəklər öz funksiyasının müəyyən qədər və ya tam yerinə yetirirsə müalicəyə ehtiyac yoxdur.Əgər böyrəklər müxtəlif xəstəliklər səbəbindən ikincili olaraq kiçilibsə xəstəliyi əmələ gətirən amillərə qarşı müalicə metodlarından istifadə etmək lazımdır.Belə xəstələr dietaya əməl eləməli,sidiyin analizlərini vaxtaşırı yoxlatmalı və həkimin bütün göstərişlərini yerinə yetirməlidir. Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim
Bu xəbəri də oxu: Xalq şairi xəstəxanaya yerləşdirildi
İzdihamlı mühitlərdə danışmağı sevən insanlar üçün başqaları ilə
Avstraliyalı psixoloq 30 illik kariyerasında analiz etdiyi 100 min yuxu içər
Son.az Kulis.az-a istinadən 23 yaşında dünyasını dəyişən pambıqçı S
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İran Ermənistanın sərhədinin dəyişməsinə imkan verməyəcəyi ilə bağ
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-
Evlilik üzrə ekspert Con Qotman Vaşinqton Universitetinin nəzdində yaratdı
Dünyanın Şərqi Avropadakı müharibəyə diqqət yetirdiyi bir vaxtda digər
Rusiya məlumatı: Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni �
Beynəlxalq Ədalət Məhkəməsində "İrqi ayrı-seçkiliyin bütün form
Almaniya Ukraynaya dörd istehkam tankı tədarük edib.
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının
Şahbuz rayonunun Naxçıvan-Batabat avtomobil yolunun kənarında yerləşən K
Sabirabadda "VAZ" markalı minik avtomobilində yanan şəxsin kimliyi