Üzüm şirəsinin KİŞİLƏR ÜÇÜN əvəzolunmaz faydası
Digərləri 15 Yan 2025 20:51:00 74 0
Üzüm şirəsinin müntəzəm qəbulu kişilərdə impotensiya riskini 83% azaldır.
Bu xəbəri də oxu: LosAncelesdə yaşayan Gökhan Özen: Burada yanğın yoxdur FOTO
Son.az-ın e-saglam.az-a istinadla verdiyi məlumata görə, bu barədə çinli alimlərın apardıqları geniş tədqiqatlardan sonra məlum olub.
Bildirilir ki, təcrübədə 600 kişi könüllü iştirak edib.
Tədqiqatçılar müəyyən etdilər ki, həftədə beş və ya daha çox dəfə üzüm şirəsi içən kişilərdə erektil disfunksiya riski, heç vaxt belə şirə içməyən iştirakçılarla müqayisədə 79% daha aşağı olub. 40 yaşdan yuxarı yaş qrupunda isə daha yaxşı nəticə (83%) müşahidə edilib.
Qeyd olunur ki, qırmızı üzüm şirəsi ereksiyanı yaxşılaşdırmaqdan əlavə, ürək-damar sisteminin sağlamlığına da müsbət təsir göstərir. O, ürək əzələsini möhkəmləndirir, "pis" xolesterinin səviyyəsini azaldır və damarların elastikliyini qoruyur.
Alimlər bu effekti üzüm şirəsində, xüsusilə qırmızı üzüm sortlarında güclü antioksidant xüsusiyyətlərinə malik fenol birləşmələrinin yüksək tərkibi ilə izah edirlər. Bu maddələr qan damarları toxumalarının sağlamlaşmasına, bağırsaq mikroflorasının normallaşmasına və xolesterinin azalmasına kömək edir.
Bununla belə, həkimlər xəbərdarlıq edirlər ki, piylənmə və diabet, mədə xorası, kolit, qıcqırma ilə müşayiət olunan bağırsaq pozğunluqları və bir sıra digər xəstəliklərdən əziyyət çəkən insanlar bu məhsuldan çəkinməlidirlər. (oxu.az)
Ağ Evin hazırkı rəhbəri Co Bayden məxfi sənədlərlə dolu yük maşınla
Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar x
Yaponiyada yeni açılan kafedə əlavə ödəniş müqabilində qonaqlar müəs
Məşhur aktrisa Serenay Sarıkaya meneceri Ayşe Barımla bağlı sosial şəb
ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Atlantik Şuranın iclasında i
Bürc işarələri sizin üçün ömürlük sadiq dost olacaq şəxsi müəyyən
Elektromobillər, hibrid, "plug-in" hibrid kimi avtomobillər artıq b
Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar.
Həyatın müasir tempi bizi vaxta qənaət etməyə məcbur edir, buna görə d
Ağcabədi rayonunun Ağabəyli kənd sakini, 2015-ci il təvəllüdlü Aytac No
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi inzibati məsuliyyətə cə
İngiltərədə "Harri Potter və Fəlsəfə Daşı"nın ilk nəşri s