Çin maşınları ilə bağlı əsas problem nədir? AÇIQLAMA
Digərləri 15 Yan 2025 20:07:00 70 0
Elektromobillər, hibrid, "plug-in" hibrid kimi avtomobillər artıq bir neçə ildir ki, Azərbaycanda da satış bazarına daxil ola bilib. Lakin araşdırmalardan məlum olur ki, xüsusən Çin istehsalı olan markaların çoxunun Azərbaycanda ya servisi yoxdur, ya da texniki xidmət kimi bir vəzifəni icra edə bilmir, yəni defekt yarandıqda problemin həlli uzun vaxt alır.
Bu xəbəri də oxu: Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, Azərbaycanda 20-dən çox Çin avtomobilinin rəsmi idxalçısı, yəni rəsmi distribüteri var.
"Rəsmi idxalçılar avtomobil satışını həyata keçirərkən satış sonrası xidmət departamentində qurumlar təşkil edirlər. Bu satış sonrası xidmət departamentinə avtomobilin servisi, avtomobillərin ehtiyat hissələri anbarı, zəmanət məsələləri daxildir.
Sözsüz ki, ilk dönəmlərdə şirkətlər qurulanda hansısa problemlər, çatışmazlıqlar olur və zaman-zaman bunlar aradan qaldırılır. İndi mən rahatlıqla deyə bilərəm ki, əvvəlki illərə nisbətən ölkəmizdə həmin ehtiyat hissələrin çatışmazlığı və yaxud da az olmaq məsələləri 80% aradan qalxıb", - deyə o əlavə edib.
O qeyd edib ki, artıq bu məsələlər həllini tapmağa doğru gedir:
"Demək olar ki, bu məsələlərin böyük faizi həllini tapıb. Sözsüz ki, iş olan yerdə həmişə nöqsanlar, çatışmazlıqlar var, amma bəzən olur, kiçik bir nöqsanı müəyyən insanlar şişirdir, sosiallaşdırırlar. Burada hansı məqsədlər, məramlar var, bu tərəfinə toxunmaq istəməzdim. Amma onu qeyd etmək istəyirəm ki, artıq Çin avtomobilləri servislərində, rəsmi idxalçı zavodlarda kurs, təlimlər keçmiş ustalar formalaşıb, servislərdə satış sonrası üçün tələb olunan, ehtiyat hissələri anbarının formalaşması üzrə mütəxəssislər var. Bu işlər artıq müsbətə doğru gedir. Ümid edirəm ki, nöqsanlar da yaxın zamanda Çin brendləri tərəfindən aradan qaldırılar".
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə məsələ ilə bağlı Trend-ə bildirib ki, bu problemlər artıq özünü qabarıq şəkildə göstərməkdədir:
Gələcək nəsillər bu günün qürurunu uzun müddət yaşadacaqlar.
Həyatın müasir tempi bizi vaxta qənaət etməyə məcbur edir, buna görə d
Ağcabədi rayonunun Ağabəyli kənd sakini, 2015-ci il təvəllüdlü Aytac No
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi inzibati məsuliyyətə cə
İngiltərədə "Harri Potter və Fəlsəfə Daşı"nın ilk nəşri s
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
TRT-nin "Tabii" platformasında yayımlanan "Qassal" serial�
ABŞ-ın təqaüdə çıxan prezidenti Co Bayden vida məktubu ilə ölkəyə vi
Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" verilişində iştirakç
Sosial media vasitəsilə məşhurlaşan və əsasən "CZN Burak" (Bur
Cənubi Koreyanın vəzifəsindən kənarlaşdırılmış prezidenti Yoon Suk Ye
Sumqayıtda yeniyetmənin qətlinə görə saxlanılanlar var.
Ermənistanın paytaxtı İrəvanda 76 min nəfər ictimai nəqliyyatda gediş h