Ətrafındakı adamları necə idarə etmək olar?
Digərləri 14 Yan 2023 04:04:00 331 0
1. Diqqət çəkmək Diqqət çəkmək idarəetmənin ən sadə yoludur. Bunu cəmiyyət arasında ətrafınızdakı adamlara vacib suallar verməklə edə bilərsiniz. Bu suallar siyasi, iqtisadi sahələrdən ola bilər. Siz hətta qlobal məsələlərdən və ya təbii fəlakətlər barədə lazımsız məlumatlar paylaşaraq insanların diqqətini çəkə bilərsiniz. Bu üsuldan istifadə etməklə diqqət çəkmək üçün əvvəlcə gərək özünüzün elm, psixologiya, iqtisadiyyat və neyrobiologiya haqqında məlumatınız olmalıdır. 2. Problem yaradıb həll etməyə çalışmaq Bunun üçün problem yaratmaq və insanları bu problemləri həll etməyə cəlb etmək lazımdır. 3. Nəticəni tədricən əldə etmək Bu zaman istədiyiniz məqsədə çatmaq üçün birdən-birə sıçramaq lazım deyil. Problemi yaratmaq üçün uzun müddət, az-az əskikliklər yaratmaq və ətrafdakıları bu problemlərdən xəbəriniz olmamasına inandırmaq lazımdır. 4. Ətrafınızdakı adamı ələ almağın bir yolu da onu "zəif" yerindən vurmaq və sonra ona yardım etməyə çalışmaqdır. Bu üsulla ətrafınızdakı adamı "əl altında" saxlayıb ondan gələcək işlərdə istifadə etmək olur. 5. Kritik hadisələr zamanı öz emosiyalarınızı ələ almağa çalışın. Emosiyalarını əldə saxlaya bilməyən adamlar əsəbi halda qorxularını, istəklərini, ehtiyaclarını gizli saxlaya bilmirlər. 6. Texnoloji alətlərdən yaxşı istifadə etməklə də ətrafdakıları nəzarət altında saxlamaq mümkündür. Amma bunun üçün çoxlu bilik və bacarıq lazımdır. 7. Çox və dəyişkən fikir sahibi olmayın, ətrafdakıların(cəmiyyətin, insanların) tələb etdiyi kimi görünməyə çalışın. 8. Günahkarlıq hissi Ətrafınızdakı insana elə davranın ki, o özünü günahkar hesab eləsin. Onun başına gələn bədbəxt hadisələri, onun çatışmazlıqlarını, köməksizliyini tez-tez xatırladın. Bu zaman o özünü sizin yanınızda günahkar və gözükölgəli adam kimi hiss edəcək. Bu hiss həmin adamı depressiya vəziyyətinə salacaq və o sizin yanınızda özünü sizdən asılı adam kimi aparacaq. 9. Ətrafınızdakılar haqqında çox məlumatlı olun Son 50 ilin nəticələri bəzi insanların ətrafdakılar barədə onların özündən də çox məlumat toplayaraq həmin adamları əl altında saxladıqlarını sübut edir. Belə ki, ətrafdakılar barədə onların özündən çox məlumat sahibi olmaqla onları asanlıqla idarə etmək mümkün olur. Bu vasitə ilə insanları fiziki və psixoloji basqı altında saxlamaq olur.
Bu xəbəri də oxu: Vəfat edən 9 yaşlı Aytacın atası qızının yasına gəlməkdən imtina edibmiş TƏFƏRRÜAT
Türkiyənin reytinqli serialı "Yalı Çapkını"nın baş rol ifaç�
"Soyuq havalarda, immunitetin aşağı düşdüyü və bütün xroniki xəs
Kiçik böyrək anadangəlmə böyrəyin ölçüsünün normadan kiçik olmasıd
İzdihamlı mühitlərdə danışmağı sevən insanlar üçün başqaları ilə
Avstraliyalı psixoloq 30 illik kariyerasında analiz etdiyi 100 min yuxu içər
Son.az Kulis.az-a istinadən 23 yaşında dünyasını dəyişən pambıqçı S
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İran Ermənistanın sərhədinin dəyişməsinə imkan verməyəcəyi ilə bağ
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-
Evlilik üzrə ekspert Con Qotman Vaşinqton Universitetinin nəzdində yaratdı
Dünyanın Şərqi Avropadakı müharibəyə diqqət yetirdiyi bir vaxtda digər
Rusiya məlumatı: Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni �
Beynəlxalq Ədalət Məhkəməsində "İrqi ayrı-seçkiliyin bütün form
Almaniya Ukraynaya dörd istehkam tankı tədarük edib.