Bakıda ana və iki övladının qətli ilə bağlı yeni faktlar


Digərləri 14 Yan 2023 07:15:00 288 0

Bakıda ana və iki övladının qətli ilə bağlı yeni faktlar

Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə bəzi məqamlar üzə çıxıb.

Hakim bildirib ki, icraatındakı cinayət işinin materiallarını araşdırıb təhlil etməklə bu cinayətdə daha bir şəxsin iştirakının olmasından şübhələnir.

Hakim qeyd edib ki, özəlliklə cinayətin hərtərəfli araşdırılması baxımından əhəmiyyətli olan videogörüntülərin bir hissəsinin silinməsi (cızılaraq görünməz hala düşməsi) də müəyyən şübhələr yaradıb.

Hakim bildirib ki, bu işin sonunda Baş Prokurorluğa tədbir görülməsi üçün məktub göndərəcək.

Məhkəmə öz təşəbbüsüylə hadisə baş verən dövrdə həmin bölmənin rəis müavini olmuş, hazırda Polis Akademiyasında çalışan Natiq Hüseynovu da çağırıb dindirib. O, təqsirləndirilən Əhəd Əliyevin 15 yaşlı oğlunun ifadəsi əsasında məhkəməyə çağrılıb. Yeniyetmə məhkəmədə ifadəsində bildirib ki, hadisədən sonra anası xalasıgilin qətlinə görə dindiriləndə ona telefonda hadisə yerində hərəkət edən gödəkçəli bir nəfərin videogörüntüləri göstərilib.

Lakin Natiq Hüseynov belə bir görüntü göstərmədiyini deyir.

Bundan sonra hakim sabiq rəis müavininin nəzərinə çatdırıb ki, bu cinayət işi ilə bağlı videogörüntülər məsələsində çox ciddi problemlər ortaya çıxıb. Təxminən 4 dəqiqəlik videogörüntülər demək olar, yox olub.

Natiq Hüseynov dindiriləndə təqsirləndirilən Əhəd Əliyev iddia edib ki, ona işgəncə verib, cinayəti üzərinə götürməyə məcbur edənlərdən biri məhz bu şəxs olub.

Onun vəkili vəsatət qaldırıb ki, Əhəd Əliyevin keçmiş həyat yoldaşının hadisə günü və o ərəfədə harada olduğu araşdırılsın, bu məqsədlə mobil operatordan onun anten məlumatları alınsın.

Prokuror isə deyib ki, cinayətin Əhəd Əliyev tərəfindən törədildiyini təsdiqləyən konkret sübutlar var - hadisədən sonra ondan tapılan böyük məbləğdə pul, ayaqqabısının altından tapılan qan ləkəsinin uyğunluğu, cinayətin baş verdiyi evdəki siqaret kötüyündəki ağız suyu...

Dövlət ittihamçısının sözlərinə görə, hadisədən dərhal sonra Əhəd Əliyev özünə bahalı mobil telefon alıb, xeyli pul xərcləyib.

At pıtrağı güclü jenşen təsirinə malik bitkidir like
  • 14 Yan 07:11  
Digərləri At pıtrağı güclü jenşen təsirinə malik bitkidir

At pıtrağı bitkisindən raxit xəstəliyinin, allergiyanın, diatezlərin, b�

arrow Ətraflı
Paşinyanın Qarabağ ermənilərinə çağırışında diqqətçəkən fakt: like
  • 14 Yan 07:05  
Siyasət Paşinyanın Qarabağ ermənilərinə çağırışında diqqətçəkən fakt:

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan dövlətinin mövqeyinə

arrow Ətraflı
Panika hücumları like
  • 14 Yan 07:01  
Digərləri Panika hücumları

Qorxu - insan və heyvanların yaşamaqları üçün müdafiə mexanizmidir. İn

arrow Ətraflı
Atasının ölümündən bir ay sonra özü də like
  • 14 Yan 06:58  
Digərləri Atasının ölümündən bir ay sonra özü də

Vətən müharibəsi iştirakçısı Azər Bayramov vəfat edib.

arrow Ətraflı
Türkan həmkarlarını SANCDI: "Əməliyyatları bərbaddır, dəhşətdirlər" like
  • 14 Yan 06:31  
Şou-biznes Türkan həmkarlarını SANCDI: "Əməliyyatları bərbaddır, dəhşətdirlər"

"Siz "FaceApp" (fotoşop - red.) edən müğənnilər görməmisi

arrow Ətraflı
Qabiliyyət nədir? like
  • 14 Yan 06:01  
Digərləri Qabiliyyət nədir?

Qabiliyyət şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərindən biri sayılı

arrow Ətraflı
“Ağzım pisdir, söyüş söyürəm”  Pərvin Abıyeva like
  • 14 Yan 05:31  
Şou-biznes “Ağzım pisdir, söyüş söyürəm” Pərvin Abıyeva

"Bəzi insanlar sanki mənimlə qalmaqal etməyi özünə fəxr, yüksəli�

arrow Ətraflı
Hissiyyat pozulmaları like
  • 14 Yan 05:04  
Digərləri Hissiyyat pozulmaları

Dəridən,əzələlərdən,sümük-oynaq sistemindən və daxili orqanlardan mə

arrow Ətraflı
Aktrisanın səhnəyə sərxoş çıxması qalmaqal yaratdı like
  • 14 Yan 04:31  
Şou-biznes Aktrisanın səhnəyə sərxoş çıxması qalmaqal yaratdı

"House of the Dragon" serialının ulduzu Milli Alkokun "Qızıl

arrow Ətraflı
Ətrafındakı adamları necə idarə etmək olar? like
  • 14 Yan 04:04  
Digərləri Ətrafındakı adamları necə idarə etmək olar?

1. Diqqət çəkmək Diqqət çəkmək idarəetmənin ən sadə yoludur. Bunu c

arrow Ətraflı
Məşhur serialın qəhrəmanları sevgilidirlər? like
  • 14 Yan 03:31  
Şou-biznes Məşhur serialın qəhrəmanları sevgilidirlər?

Türkiyənin reytinqli serialı "Yalı Çapkını"nın baş rol ifaç�

arrow Ətraflı
Limfoma like
  • 14 Yan 03:03  
Digərləri Limfoma

Limfomalar immun sistemin şiş xəstəıiyidir.Limfomalar limfa düyünlərind�

arrow Ətraflı
Qış mövsümündə immuniteti gücləndirən like
  • 14 Yan 02:31  
Digərləri Qış mövsümündə immuniteti gücləndirən

"Soyuq havalarda, immunitetin aşağı düşdüyü və bütün xroniki xəs

arrow Ətraflı
Kiçik böyrək  Hipoplaziya like
  • 14 Yan 02:02  
Digərləri Kiçik böyrək Hipoplaziya

Kiçik böyrək anadangəlmə böyrəyin ölçüsünün normadan kiçik olmasıd

arrow Ətraflı
Natiq BÜRCLƏR  Kimlər danışığı ilə insanları ələ almağı bacarır? like
  • 14 Yan 01:31  
Digərləri Natiq BÜRCLƏR Kimlər danışığı ilə insanları ələ almağı bacarır?

İzdihamlı mühitlərdə danışmağı sevən insanlar üçün başqaları ilə

arrow Ətraflı