Çətin, amma yüksək tələbat olan peşə


Digərləri 11 Yan 2023 23:45:00 341 0

Çətin, amma yüksək tələbat olan peşə

Metal gündəlik həyatımızın ayrılmaz parçasıdır. Bu materialdan bir çox istehsal və tikinti sahələrində geniş şəkildə istifadə olunur. Bu gün metal parçalarını birləşdirən qaynaqçı peşəsinə təlabat artmaqdadır.

Son.az bildirir ki, AZƏRTAC-ın əməkdaşı çətin, amma əmək bazarında yüksək tələbat olan qaynaqçı sənətinin öyrədildiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.

Mərkəzdə qaynaqçılıq sənaye və quraşdırma ixtisasında öyrədilir. Bu ixtisasda tələbələrə ümumi qaynaqla yanaşı, təhlükəsizlik tədbirləri, boruların təsisatı, onlara texniki xidmətin göstərilməsi, ümumi santexnika işləri, havalandırma sistemi, avtokart proqramı vasitəsilə quraşdırma sxemlərinin çəkilişi və digər bilik və bacarıqlar öyrədilir.

4 ildir ki, mərkəzdə çalışan Ramiz Abdullayev sənaye və quraşdırma ixtisası üzrə metodist olaraq fəaliyyət göstərir. Deyir ki, tədris etdiyi ixtisas çətin olsa da, gənclər arasında kifayət qədər maraq var: "Hazırda yüksək texniki peşə (üçillik) və birillik olmaqla ixtisasda iki qrup var. Birinci qrup hazırda imtahan ərəfəsindədir. Birillik qrupumuzda 16 tələbə təhsil alır. Onların arasında ali məktəb məzunu da var. Bu sahədə yaş məhdudiyyəti yoxdur. 17 yaşdan 39 yaşadək tələbələrimiz var".

Ramiz Abdullayev bildirir ki, qaynaqçı ixtisasını bitirən tələbələr gələcəkdə sənayenin müxtəlif sahələrində çalışa bilərlər: "İl ərzində əməkdaşlıq etdiyimiz şirkətlərin nümayəndələri burada tələbələri imtahandan keçirir, təlim proqramlarına cəlb edir və işlə təmin edirlər. Ötənilki tələbələrimizdən həmin şirkətlərdə çalışanlar var".

Həmsöhbətimiz 39 yaşlı İlham Həsənov tələbə yoldaşlarından fərqli olaraq daha təcrübəlidir. Deyir ki, 20 yaşından qaynaqçılıqla məşğuldur: "Təcrübəm olsa da, düşünürəm ki, özümü təkmilləşdirməliyəm. Amma bəzən təcrübə kifayət etmir. Diplom alıb daha yaxşı şirkətlərdə çalışmaq istədiyim üçün buraya üz tutdum".

17 yaşlı İlkin Sadıqov isə daha əvvəl peşə təmayüllü sinifdə iki il santexnika üzrə təhsil alıb. Lakin əmisinin qaynaqçı olması onda bu sahəyə marağı artırıb və peşə təhsili almağa qərar verib: "Bəzən olur ki, evdə qaynaq işləri görəndə əmimlə məsləhətləşirik. Bu işi sevirəm. İnanıram ki, gələcəkdə peşəkar qaynaqçı olacağam".

16 yaşlı Rəşad Məmmədkərimov uşaqlıqdan bu sahəyə maraqlı olduğunu deyir: "Təxminən 3 ay sonra təcrübəyə cəlb olunduq. İşimi sevirəm. Buradan məzun olduqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsilimi davam etdirmək istəyirəm".

Peşə seçərkən işin müsbət və mənfi tərəflərini düşünmək vacibdir. Digər peşələrlə müqayisədə qaynaqçılara yüksək tələbat olması ilə yanaşı, bu sahədə rəqabət aşağıdır. Onlar yüksək əməkhaqqı müqabilində fərdi işləyərək iş qrafiklərini özləri tənzimləyirlər.

Putin “3cü nüvə çamadanı”nı komandan təyin etdi  Şok like
  • 11 Yan 23:25  
Dünya Putin “3cü nüvə çamadanı”nı komandan təyin etdi Şok

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynadakı hərbi qüvvələrinin komandanın�

arrow Ətraflı
Avtomobillərdə “səssiz ölüm” like
  • 11 Yan 23:15  
Digərləri Avtomobillərdə “səssiz ölüm”

Soyuq, saxtalı qış günlərində bəzi sürücülər öz avtomobillərində q

arrow Ətraflı
Nazir Aydın Quliyevin oğlu ilə bağlı əmr imzaladı like
  • 11 Yan 23:10  
Digərləri Nazir Aydın Quliyevin oğlu ilə bağlı əmr imzaladı

Daxili İşlər Naziri Vilayət Eyvazov Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi v

arrow Ətraflı
Ukrayna ordusu Soledardadır: şiddətli döyüşlər gedir like
  • 11 Yan 23:05  
Dünya Ukrayna ordusu Soledardadır: şiddətli döyüşlər gedir

Ukrayna Silahlı Qüvvələrinin Soledar uğrunda şiddətli döyüşləri davam

arrow Ətraflı
Basarkeçər polisinə qumbaralı hücum like
  • 11 Yan 23:00  
Dünya Basarkeçər polisinə qumbaralı hücum

Ermənistanda terror cəhdi baş verib.

arrow Ətraflı
Qrossi Rusiyaya gedir, Putin görüşmək istəmir like
  • 11 Yan 22:55  
Dünya Qrossi Rusiyaya gedir, Putin görüşmək istəmir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi növbə

arrow Ətraflı
Soyuq havaların vazkeçilməzi, mükəmməl noxudlu ŞORBA  VİDEO like
  • 11 Yan 22:49  
Digərləri Soyuq havaların vazkeçilməzi, mükəmməl noxudlu ŞORBA VİDEO

Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.

arrow Ətraflı