Putin “3cü nüvə çamadanı”nı komandan təyin etdi Şok
Dünya 11 Yan 2023 23:25:00 424 0
Xəbər verdiyimiz kimi, Rusiya Ukraynadakı hərbi qüvvələrinin komandanını növbəti dəfə dəyişdi. Bu dəfə Valeri Gerasimov komandan təyin edilib.
Bu xəbəri də oxu: Tramp Kanadanın ABŞyə birləşdiyi yeni xəritəni paylaşdı
Son.az axar.az-a istinadən bildirir ki, ordu generalı Sergey Suravikin 2022-ci ilin 8 oktyabrında xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupunun komandiri təyin olunmuşdu. Cəmi 3 aydan sonra Ukraynadakı qoşunların komandanı növbəti dəfə niyə dəyişdi?
Bu barədə danışan rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib ki, Rusiya müdafiə naziri Şoyqunun apardığı bu dəyişikliyə Prezident Putin razılıq verib və təsdiqləyib:
"Dəyişikliyin səbəbi isə digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələri üçün ağır Qərb silahlarının, o cümlədən əsas döyüş tanklarının çatdırılmasına başlanmasıdır.
Gerasimovun bu vəzifəyə təyin edilməsi o deməkdir ki, xüsusi hərbi əməliyyat zonasındakı tapşırıqların yerinə yetirilməsində Rusiya Federasiyasının arsenalında olan bütün silahlardan istifadə edilə bilər.
Yəni taktiki nüvə silahları potensial döyüş silahına çevrilir, lakin Ukrayna Silahlı Qüvvələrinə qarşı deyil, AB və NATO ölkələrinin ərazisində xüsusi hərbi əməliyyat formatında hədəflərin mümkün məhv edilməsi üçün - əlbəttə, vəziyyət tələb edərsə".
Soyuq, saxtalı qış günlərində bəzi sürücülər öz avtomobillərində q
Daxili İşlər Naziri Vilayət Eyvazov Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi v
Ukrayna Silahlı Qüvvələrinin Soledar uğrunda şiddətli döyüşləri davam
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi növbə
Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.
"Dünya mayın 16-dək dözməlidir".
Bu axşamdan yağıntılı hava tədricən kəsiləcək. Hava şəraiti dəyiş�
Son günlər ölkə ərazisinə yağan qar bəzi fəsadlar törətsə də, təbi
"Bu zamana kimi onları tanımamışdım. Xislətlərini öz əməlləri il
Kanada milli komandansının qapıçısı Milan Boryanı xatırlayırsınız? O,