Avropada təhsil alan ilk azərbaycanlı qız


Digərləri 11 Yan 2023 22:44:00 334 0

Avropada təhsil alan ilk azərbaycanlı qız

XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində milli-mənəvi və maarifçilik mühiti digər müsəlman şəhərlərindən güclü olub. Həmin dövrdə İrəvanda təhsil və maarifçilik mühitinin inkişafı qızların ibtidai təhsillə yanaşı, həm də gimnaziyada oxumasına və ali təhsil almasına imkan verib. Hələ 1850-ci ildə İrəvanda fəaliyyətə başlayan Müqəddəs Pipsimi qadın məktəbində oxuyan qızların sayı ildən-ilə artırdı. Məktəbdə tatar (Azərbaycan) və şəriət dərslərini Seyid Molla Mir Mehdi tədris edib. İrəvanda azərbaycanlı qızların təhsilə cəlb olunmasında 1877-ci ildə xanım Stasyuleviç tərəfindən açılan Sofiya pansionu mühüm rol oynayıb. Pansion şəxsi təhsil müəssisəsi idi. 1877-ci ildə pansionda təhsil alan 105 şagirddən 58-i azərbaycanlı idi. Pansionda təhsil alanların 55,2 faizinin azərbaycanlı qızlardan ibarət olması və erməniləri üstələməsi o dövr üçün çox yüksək göstəricidir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov məlumat verib.

O qeyd edib ki, 1902-ci ildə İrəvanda Kəngərli Məhəmmədqulu bəy Şəfi bəy oğlu tərəfindən ilk rus-müsəlman qız məktəbi açılıb. Məktəbdə iki müəllim-tərbiyəçi və bir şəriət müəllimi fəaliyyət göstərirdi. Məhəmmədqulu bəy özü də məktəbdə dərs deyirdi. Məktəb 1905-ci ilə kimi fəaliyyət göstərib. İrəvan quberniya ruhani məclisinin sədri, axund Məmmədbağır Qazızadənin təşəbbüsü ilə onun öz evində açılan qız məktəbində də xeyli azərbaycanlı qız təhsil alırdı. Məktəbin himayəçisi knyagina Yelena Çaqodaeva (İrəvan quberniyasının vitse-qubernatoru knyaz Aleksey Çaqodayevin həyat yoldaşı), müdiri Antonina Kalinina, rus dili və hesab müəllimi Yevgeniya Georgiyevna Pxakadze, Azərbaycan dili və şəriət müəllimi Məmmədəli Qəmərlinski olub.

Alimin sözlərinə görə, Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qız İsasultan Nəcəf oğlu Şahtaxtinskinin qızı Leyla xanım Şahtaxtinskaya olub. O, 1886-cı ildə Qars şəhərində anadan olub, 1902-ci ildə Tiflis Nücəba Qızlar İnstitutunu bitirib. H.Z.Tağıyevin vəsaiti ilə İsveçrəyə ali tibb təhsili almağa göndərilib, 1904-1907-ci illərdə İsveçrədə Tibb Universitetində oxuyub. Təhsilini başa vurmasına 2 il qalmış xəstələnərək orada vəfat edib.

"Molla Nəsrəddin" jurnalının 1908-ci ilin 52-ci nömrəsində Leyla xanım haqqında dərc edilən nekroloqda deyilirdi: "İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi... Yevropada elm dalınca gedən müsəlman qızlarından Leyli xanımdan savayı biz özgəsini eşitməmişik".

"İrəvanın vitse-qubernatoru İsmayıl bəy Qazıyevin qız nəvəsi Tacı xanım İrəvan qadın gimnaziyasını qızıl medalla bitirmişdi. İrəvan şəhər dumasının üzvü olan Mir Bağır Mirbabayevin hər iki qızı Kübra və Ruqiyyə İsveçrədə ali təhsil almışdılar. Ruqiyyə xanım tibb, Kübraxanım isə ümumi humanitar fənlər ixtisasına yiyələnərək İrəvana qayıtmışdı. İrəvanda qızların təhsil aldığı digər bir məktəb Tərlan xanım Sultanovanın müdiri olduğu rus-tatar (Azərbaycan) qız məktəbi idi. Bu məktəb 1898-1917-ci illərdə fəaliyyət göstərib. 1913-cü il sentyabrın 15-də İrəvanda azərbaycanlı qızların təhsil aldığı yeni bir rus-tatar (Azərbaycan) məktəbi də açılmışdı. Elə bunun nəticəsi idi ki, 1911-ci ildə 1-ci və 2-ci Bakı qadın gimnaziyalarında cəmi 17 azərbaycanlı qız təhsil aldığı halda, İrəvan qadın gimnaziyasında 16 azərbaycanlı qız oxuyurdu. İrəvan qadın progimnaziyasında 4 nəfər azərbaycanlı qız oxuduğu halda, Balaxanı qadın progimnaziyasında oxuyan 76 nəfər qızın içərisində 1 nəfər də olsun azərbaycanlı yox idi", - deyə F.Rüstəmov fikrini yekunlaşdırıb.

Sabah qar və çovğun olacaq? like
  • 11 Yan 22:25  
Digərləri Sabah qar və çovğun olacaq?

Bu axşamdan yağıntılı hava tədricən kəsiləcək. Hava şəraiti dəyiş�

arrow Ətraflı
Qəbələnin qış görüntüləri like
  • 11 Yan 22:20  
Digərləri Qəbələnin qış görüntüləri

Son günlər ölkə ərazisinə yağan qar bəzi fəsadlar törətsə də, təbi

arrow Ətraflı
“Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər”  VİDEO like
  • 11 Yan 21:59  
Şou-biznes “Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər” VİDEO

"Bu zamana kimi onları tanımamışdım. Xislətlərini öz əməlləri il

arrow Ətraflı
Həyat yoldaşına rəqib olmamaq üçün iş yerini dəyişən gözəl  FOTO like
  • 11 Yan 21:54  
Digərləri Həyat yoldaşına rəqib olmamaq üçün iş yerini dəyişən gözəl FOTO

Kanada milli komandansının qapıçısı Milan Boryanı xatırlayırsınız? O,

arrow Ətraflı
Rusiya bu qəsəbəni nəzarətə götürdü like
  • 11 Yan 21:30  
Dünya Rusiya bu qəsəbəni nəzarətə götürdü

Rusiya Donetskin Podqorodnoye qəsəbəsini nəzarətə götürüb.

arrow Ətraflı
Azərbaycanda 100 minə yaxın şəxsin like
  • 11 Yan 21:25  
Digərləri Azərbaycanda 100 minə yaxın şəxsin

"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə t

arrow Ətraflı
Bu teatrın direktoru like
  • 11 Yan 21:20  
Kriminal Bu teatrın direktoru

Qax Kukla Teatrının direktoru Seymur Vəliyev (Seymur Elsevər) işdən çıx�

arrow Ətraflı
SOS: Dünya əhalisinin 90 faizini haqlayacaq like
  • 11 Yan 21:15  
Dünya SOS: Dünya əhalisinin 90 faizini haqlayacaq

Dünya əhalisinin 90 faizi eyni vaxtda isti və quraqlıqla üzləşəcək.

arrow Ətraflı
Yanvar ayında bürcünüz NƏ VƏD EDİR?  VİDEO like
  • 11 Yan 21:10  
Digərləri Yanvar ayında bürcünüz NƏ VƏD EDİR? VİDEO

Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstə

arrow Ətraflı
Kaliforniyada tufan azı 16 nəfərin həyatına son qoyub  VİDEO like
  • 11 Yan 21:05  
Dünya Kaliforniyada tufan azı 16 nəfərin həyatına son qoyub VİDEO

Kaliforniyada baş vermiş tufan nəticəsində azı 16 nəfər həlak olub.

arrow Ətraflı
Qızının adını və doğum tarixini boğazına yazdırdı  VİDEO like
  • 11 Yan 20:58  
Şou-biznes Qızının adını və doğum tarixini boğazına yazdırdı VİDEO

Aktrisa Aydan Axundzadə ilə evli olan aktyor İbrahim Çingiz yenidən döymə

arrow Ətraflı
"Microsoft"dan yenilik: saniyələr ərzində istənilən insan səsini... like
  • 11 Yan 20:51  
Digərləri "Microsoft"dan yenilik: saniyələr ərzində istənilən insan səsini...

"Microsoft" şirkəti yeni süni intellekt modeli VALL-E-ni təqdim et

arrow Ətraflı