İmmi nənənin bir arzusu var: "Ömür vəfa etsə, doğma yurdumu yenidən görmək istərdim" VİDEO FOTO


Digərləri 11 Yan 2023 22:35:00 297 0

İmmi nənənin bir arzusu var: "Ömür vəfa etsə, doğma yurdumu yenidən görmək istərdim"  VİDEO  FOTO

İrəvan xanlığının Sərdarabad mahalı. Tarixi Azərbaycan torpaqları sayılan həmin ərazilərdən vaxtilə məcburi köçürülən azərbaycanlı ailələr bu gün doğma ata-baba yurdlarının həsrəti ilə yaşayırlar. Onların sönməyən ümidləri yenidən canlanıb. Prezident İlham Əliyevin əzəli torpaqlarımız olan Qərbi Azərbaycan haqqında çıxışı Sərdarabad mahalından olan 85 yaşlı İmmi Rəsulovanı da sevindirib. Çünki İmmi nənə də öz doğma yurduna qayıtmaq, gözəl və səfalı yerləri yenidən görmək arzusundadır.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri 1950-ci ildə Qərbi Azərbaycandan sürgün olunan, hazırda Sabirabad rayonunda yaşayan İmmi nənə ilə həmsöhbət olub, onun şirinli-acılı xatirələrini qələmə alıb.

Rəsulova İmmi Qurbanəli qızı 1938-ci il yanvarın 1-də tarixi Azərbaycan torpaqları olan Sərdarabad mahalının Şaxvarud kəndində dünyaya göz açıb. 1950-ci ilə qədər doğma kəndlərində yaşayıb. Ta ki ermənilərin həmin ərazilərə köçürülməsinə qədər. İmmi nənə orada yaşadığı xoşbəxt anlardan tutmuş didərgin salındığı o dəhşətli günlərədək xatirələrini bir an belə unutmur. Deyir ki, Şaxvarud kəndinin əhalisinin əksəriyyəti azərbaycanlı idi, cəmi iki erməni ailəsi vardı. Sonralar erməniləri gətirərək kəndə yaxın sovxoza yerləşdirdilər. Həmin ermənilər kəndə gəlib bəzək əşyaları, muncuq, düymə, iynə satırdılar.

"Uşaqlıq xatirələrim qalıb o kəndimizdə. Çox gözəl dağlıq ərazidə yerləşir. Yaşıllıq çəmənliklə örtülü bir yerdir. Ətrafı gəzirdik, çiçək və otlardan toplayardıq, gözəl günlərimiz keçib orada. Atam İkinci dünya müharibəsinə gedib qayıtmadı, həlak oldu. Anam və üç qardaşım qaldıq. Atamın ölümündən sonra bir neçə il yaşadıq həmin kənddə. 1950-ci ildə doğma yurdumuzda olan günlərə son qoyuldu, bizi ağır işgəncələrlə didərgin saldılar. Azərbaycanlıları evlərindən çıxarıb erməniləri yerləşdirdilər", - deyir İmmi nənə.

Ailəsi və qohumları ilə birlikdə kənddən sürgün olunan İmmi nənə o günləri belə xatırlayır: "Heyvan daşınan vaqonlara yığdılar, gətirib Sabirabad rayonu ərazisində düşürdülər. Burada da şəraitsiz vəziyyət səbəbindən çox adam xəstələndi, hətta dünyasını dəyişənlər oldu. Çox çətinliklər çəkdik...".

Sabah qar və çovğun olacaq? like
  • 11 Yan 22:25  
Digərləri Sabah qar və çovğun olacaq?

Bu axşamdan yağıntılı hava tədricən kəsiləcək. Hava şəraiti dəyiş�

arrow Ətraflı
Qəbələnin qış görüntüləri like
  • 11 Yan 22:20  
Digərləri Qəbələnin qış görüntüləri

Son günlər ölkə ərazisinə yağan qar bəzi fəsadlar törətsə də, təbi

arrow Ətraflı
“Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər”  VİDEO like
  • 11 Yan 21:59  
Şou-biznes “Xislətlərini öz əməlləri ilə bir daha təsdiq etdilər” VİDEO

"Bu zamana kimi onları tanımamışdım. Xislətlərini öz əməlləri il

arrow Ətraflı
Həyat yoldaşına rəqib olmamaq üçün iş yerini dəyişən gözəl  FOTO like
  • 11 Yan 21:54  
Digərləri Həyat yoldaşına rəqib olmamaq üçün iş yerini dəyişən gözəl FOTO

Kanada milli komandansının qapıçısı Milan Boryanı xatırlayırsınız? O,

arrow Ətraflı
Rusiya bu qəsəbəni nəzarətə götürdü like
  • 11 Yan 21:30  
Dünya Rusiya bu qəsəbəni nəzarətə götürdü

Rusiya Donetskin Podqorodnoye qəsəbəsini nəzarətə götürüb.

arrow Ətraflı
Azərbaycanda 100 minə yaxın şəxsin like
  • 11 Yan 21:25  
Digərləri Azərbaycanda 100 minə yaxın şəxsin

"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə t

arrow Ətraflı
Bu teatrın direktoru like
  • 11 Yan 21:20  
Kriminal Bu teatrın direktoru

Qax Kukla Teatrının direktoru Seymur Vəliyev (Seymur Elsevər) işdən çıx�

arrow Ətraflı
SOS: Dünya əhalisinin 90 faizini haqlayacaq like
  • 11 Yan 21:15  
Dünya SOS: Dünya əhalisinin 90 faizini haqlayacaq

Dünya əhalisinin 90 faizi eyni vaxtda isti və quraqlıqla üzləşəcək.

arrow Ətraflı
Yanvar ayında bürcünüz NƏ VƏD EDİR?  VİDEO like
  • 11 Yan 21:10  
Digərləri Yanvar ayında bürcünüz NƏ VƏD EDİR? VİDEO

Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstə

arrow Ətraflı
Kaliforniyada tufan azı 16 nəfərin həyatına son qoyub  VİDEO like
  • 11 Yan 21:05  
Dünya Kaliforniyada tufan azı 16 nəfərin həyatına son qoyub VİDEO

Kaliforniyada baş vermiş tufan nəticəsində azı 16 nəfər həlak olub.

arrow Ətraflı
Qızının adını və doğum tarixini boğazına yazdırdı  VİDEO like
  • 11 Yan 20:58  
Şou-biznes Qızının adını və doğum tarixini boğazına yazdırdı VİDEO

Aktrisa Aydan Axundzadə ilə evli olan aktyor İbrahim Çingiz yenidən döymə

arrow Ətraflı
"Microsoft"dan yenilik: saniyələr ərzində istənilən insan səsini... like
  • 11 Yan 20:51  
Digərləri "Microsoft"dan yenilik: saniyələr ərzində istənilən insan səsini...

"Microsoft" şirkəti yeni süni intellekt modeli VALL-E-ni təqdim et

arrow Ətraflı
Kəmalə: “Pulsuz zirvəyə qalxmaq mümkün deyil” like
  • 11 Yan 20:44  
Şou-biznes Kəmalə: “Pulsuz zirvəyə qalxmaq mümkün deyil”

"Sənətə pul xərcləmirəm deyə, istədiyim zirvəyə qalxa bilmirəm.

arrow Ətraflı
Bakının kommunal xidmətləri qarlı havada vəzifələrinin öhdəsindən gələ bildilər  VİDEO like
  • 11 Yan 20:37  
Digərləri Bakının kommunal xidmətləri qarlı havada vəzifələrinin öhdəsindən gələ bildilər VİDEO

Bakıda şəhər təsərrüfatı əvvəlcədən yarana biləcək çətinlikləri

arrow Ətraflı