Şüşə evdə yaşayan ailədən REPORTAJ VİDEO FOTO
Digərləri 11 Yan 2023 23:30:00 351 0
Bu xəbəri də oxu: Ferma yandı 5 min cücə tələf oldu
Azərbaycanda bu evin bənzəri yoxdur. Bünövrəsi daş, divarları şüşədəndir. Tikintisində kərpic və ya mişar daşı əvəzinə, 60 mindən çox şüşə butulkadan istifadə olunub. Bu qeyri-adi ev Xaçmaz rayonunun Nabran kəndindədir.
Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri Nabrandakı şüşə evdə yaşayan Seyidovlar ailəsinin qonağı olub.
Hamının diqqətini çəkən ev 2011-ci ildə kənd sakini Baləhməd Xanbabayev tərəfindən tikilib. Unikal evin inşasına 4 il vaxt sərf olunub. Üç otaq, mətbəx və sanitar qovşaqdan ibarət evin tikintisində müxtəlif rəngli şüşə butulkalardan istifadə edilib.
Baləhməd Xanbabayev həyatdan köçdükdən sonra butulka evdə onun qohumları məskunlaşıb.
Artıq dörd ildir şüşə evdə Şəmsibanu Seyidova qızı və nəvəsi ilə birlikdə yaşayır. Nabran kənd tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən Ş.Seyidova butulka evin olduqca rahat və isti olduğunu bildirir.
"Baləhməd dayı bu evdən qabaq butulkalardan hamam tikib. Hamı bəyənib. Sonra həyətdə boş içki şüşələrindən kiçik bir otaq inşa edib. Bu əl işi də uğurlu alındıqdan sonra, ev tikmək qərarına gəlib. Tikinti materialı kimi istifadə etdiyi butulkaları yığmaq ona asan başa gəlməyib. Bu işdə ona azyaşlı uşaqlar və dostları kömək edib. 60 mindən çox butulka toplamaq sizə asan gəlməsin. Bir neçə ildir burada yaşayırıq. Ev işıq, su və qazla təmin olunub. Butulka ev isti və olduqca rahatdır", - deyə Şəmsibanu Seyidova söyləyib.
Yayda tamamilə yaşıllıqla əhatə olunan butulka evi seyr etməklə yanaşı, burada gecələmək istəyənlərə də tez-tez rast gəlinir. Seyidovlar ailəsi yayda butulka evi kirayə verərək gəlir əldə edirlər. Bu unikal evdə yaşamaq istəyənlər gündəlik 20-30 manat ödəməlidirlər.
"Nabran turizm zonasıdır. Bu evin yaxınlığında da istirahət mərkəzləri var. Dənizə yaxınıq. Buradan keçənlər avtomobillərini saxlayıb butulka evlə maraqlanır, şəkil çəkdirirlər. Xüsusilə gecə vaxtı evin görüntüsü çox diqqət çəkir. Hava qaranlıq olanda evin içindəki işıq rəngli butulkalardan çölə əks olunur. Ev böyük çılçırağa bənzəyir. Buna görə də yoldan keçənlər qapımızı döyüb, evlə maraqlanırlar. Yayda bu evdə yaşamaq istəyən müştərilərimiz çox olur. Ona görə də əlavə təbliğata ehtiyac da qalmır ", - deyə Şəmsibanu Seyidova bildirib.
Butulka evin sahəsi 60 kvadratmetrdir. Həyətindəki bütün yardımçı tikililər də butulkadan inşa olunub. Evdə əlavə səs-küy də yoxdur. Azərbaycanın başqa bölgələrində də butulkadan istifadə edilməklə tikilən evlər mövcuddur. Amma həmin evlərdə butulkadan tikinti materialı kimi çox az istifadə olunub. Nabrandakı ev isə tamamilə şüşə butulkalardan ibarətdir.
Nabrandakı butulka ev Azərbaycanla yanaşı, xarici ölkələrdə də tanınır. Qeyri-adi ev barədə bir sıra əcnəbi telekanallar və internet portalları xəbərlər hazırlayıb. Bu yaxınlarda isə Azərbaycanda çəkilən yeni filmlərdən birinin bəzi səhnələri bu evdə lentə alınıb.
Xəbər verdiyimiz kimi, Rusiya Ukraynadakı hərbi qüvvələrinin komandanın�
Soyuq, saxtalı qış günlərində bəzi sürücülər öz avtomobillərində q
Daxili İşlər Naziri Vilayət Eyvazov Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi v
Ukrayna Silahlı Qüvvələrinin Soledar uğrunda şiddətli döyüşləri davam
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi növbə
Son.az lent.az-a istinadən növbəti resepti təqdim edir.
"Dünya mayın 16-dək dözməlidir".
Bu axşamdan yağıntılı hava tədricən kəsiləcək. Hava şəraiti dəyiş�
Son günlər ölkə ərazisinə yağan qar bəzi fəsadlar törətsə də, təbi
"Bu zamana kimi onları tanımamışdım. Xislətlərini öz əməlləri il