Türkiyədə 6 aydır etiraz edən işçilər istəklərinə çatdı
Digərləri 08 Yan 2025 08:43:00 86 0
Türkiyədə həmkarlar ittifaqı üzvlüyünə görə işdən çıxarılan "Polonez" qida fabrikinin işçilərinin 6 aylıq müqaviməti qələbə ilə yekunlaşıb.
Bu xəbəri də oxu: Ziraat Bank Azərbaycan 10cu ilini qeyd edir
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbulun Çatalca bölgəsində yerləşən bu zavodun 146 işçisi 6 aydır etiraz aksiyası keçirirdi.
Əmək və sosial müdafiə naziri Vedat Işıkhan, həmkarlar ittifaqı nümayəndələri, işçilər və işəgötürənlər bir araya gəlib. Görüşdən sonra Işıkhan tərəflərin razılığa gəldiyini açıqlayıb. O, sosial media hesabından verdiyi açıqlamada işçilərin bütün hüquqlarının işəgötürən tərəfindən təmin ediləcəyini açıqlayıb. İşçilərə təzminat və işdən çıxma haqqının ödənilməsi qərara alınıb.
Qeyd edək ki, ötən ilin iyul ayından etibarən zavod içşiləri hüquqlarını müdafiə etmək və işlərinə qayıtmaq üçün fabrikin qarşısında etiraz aksiyası keçirib, daha sonra Ankaraya yürüş etməyə cəhd ediblər. Lakin bu yürüşün qarşısı polis tərəfindən alınıb. Bundan sonra isə "Polonez" işçiləri Çatalca Ədliyyəsi qarşısında aclıq aksiyasına başlayıb. Bu müddət ərzində bəzi işçilərin səhhətində problemlər yaranıb.
Son.az
Donald Trump, "Amerikanın qızıl dövrünün başlanğıcı" ilə ba
2023-cü il aprelin 13-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöb
Xəbər verdiyimiz kimi, metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziy
Xarici İşlər Naziri Hakan Fidan televiziyada verdiyi açıqlamada, "PKK/
Türkiyədə qanunsuz mərc əməliyyatları çərçivəsində sosial media feno
ABŞ-nin Meksika ilə sərhədində maraqlı siyasi gərginlik yaşanır.
Qubada küçə itləri üç nəfərə hücum çəkib.
Əgər yuyucu vasitəniz yoxdursa, paltarları paltaryuyan maşında yumaq üç�
İsrail Türkiyə ilə potensial hərbi əməliyyata hazırlaşmalıdır.
Türkiyəli müğənni Ferdi Tayfurun ölümündən sonra sərvətinin övladlar
Fələstinli ilə ailə qurub onun ölkəsinə köçən rus qızı Oksana illər
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin dövlət başçıs