Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz
Digərləri 10 Yan 2023 06:04:00 352 0
Soyuducunun buzluğu evin ən lazım olan yerlərindən biridir. Bu yerdə bir çox ərzaqlarımızı saxlayırıq. Buzluğumuz olmasa biz bəzi qida məhsullarımızı istədiyimiz qədər saxlaya bilmərik. Biz buzlqda bir çox qida məhsullarımızı saxlayırıq. Lakin, bəzi qida məhsulları vardır ki, onları buzluqda saxlamaq olmaz . Çünki, həmin məhsullar buzluqda saxlanılan zaman onların keyfiyyəti itir və faydasız bir tullantıya çevrilirlər. Bu qida məhsullarına aşağıdakılar aiddir. 1. Bir sıra tərəvəzlər Qarpız, alma, kartof, xiyar kimi tərəvəzlər buzluğa qoyulduqda onların keyfiyyəti itir. Bu səbəbdən də onları dondurucuya qoymaq olmaz. 2. Donmuş ət Buzluqdan çıxarıldıqdan sonra donu açılmış əti yenidən dondurmaq olmaz. Bu zaman ətin dadı və keyfiyyəti korlanır. Donu açılmış ətdə inkişaf etmiş bakteriyalar sonradan artıb çoxalır və orqanizm üçün zərərli hala gəlir. Bu səbəbdən də donu açılmış əti yenidən donduqmaq qəti olmaz. 3. Makaron və vermeşil Bişmiş makaronu buzluqda saxladıqda onun keyfiyyəi tamamiə itir və istifadəyə yaramır. Bu səbəbdən də lazım olan qədər makaron bişirin və ya saxlamaq istədikdə soyuducunun aşağı hissəsində saxlayın. 4. Kofe dənələri Kofe dənələrini buzluğa qoyduqda nəm çəkir və keyfiyyətini itirir. Kofe dənələrini buzluğa qoymaqdansa hermetik qabda saxlamaq daha münasibdir. 5. Konservlər Konservlərin buzluqda saxlanılması qəti qadağandır. Konservlərin qapağı açıldıqda onların hermetikliyi itir Bu səbəbdən də açdıqdan sonra onlardan qısa bir zamanda istifadə etmək lazımdır. 6. Yumurta Yumurta buzluqda saxlanılmasına yol verilməyən qidaların siyahısında altıncı yerdə durur. 7. Kremlər Krem formalı qida məhsullarını dondurucuda saxladıqda onlar öz keyfiyyətlərini elə itirirlər ki, əvvəkli dadları qalmır. Bu qidalara smetan, yoqurt, bişmiş krem, qatıq və s. aiddir. 8. Yumşaq pendir Dondurucuda bərk pendirləri saxlamaq mümkün olur, amma, az sıxılmış yumşaq pendirləri dondurucuda saxlamaq mümkün olmur. Bu zaman onların dadı və keyfiyyəti itir. 9. Souslar, kraxmalla və ya unla qatılaşdırılmış qidalar Bu cür qidaların buzluqda saxlanılması qidaların keyfiyyətinin, görüntüsünün və dadının dəyişilməsinə səbəb olur. 10. Ərinmiş dondurma Ərinmiş dondurmaları yenidən buzluqda saxlamaq dondurmanın keyfiyyətini itirir. Bu zaman dondurmanın dadı da dəyişilir. 11. Qızardılmış qidalar Qızardılmış qidaları və hazır şəkildə alınmış qidaları dondurucuda saxlamaq mümkün deyil. Bu zaman onların dadı əvvəlki kimi olmur və tərkibində bakteriyalar əmələ gəlir və orqanizm üçün təhlükəli sayılır. Sağlamlığınıza diqqət yetirmək istəyirsinizsə o zaman qəbul etdiyinizi qidaların necə saxlanılması qaydalarını diqqətlə öyrənin və öyrəndiklərinizə əməl edin.
Bu xəbəri də oxu: Bayram ərəfəsi qızıl qiymətləri növbəti il üçün nə proqnozlaşdırılır?
Türk aktyor Cansel Elçin paylaşımı ilə diqqət çəkib.
Ürək-damar sistemi xəstəliklərinin yaşı çox cavanlaşıb. İndi orta ya�
Model Günay Musayeva istirahət üçün Meksikadakı Tulum çimərliyinə üz t
Mütəxəssilər dəridə əmələ gələn papillomaların daxili orqanlarla əl
Xalq artisti Emin Ağalarov qızı Afina ilə birgə Dubaya yollanıb.
Sizə reseptini yazacağım qarışımı hər gün yatmazdan əvvəl qəbul ets�
"Yeni layihələr, mahnılar hazırlayıram, bu gün də işləyirəm. Bu a
Saçların tökülməsi son illərin ən aktulal problemlərindən biridir. Bunu
"Mən Rusiya vətəndaşıyam, Ukrayna vətəndaşlığım olmayıb, çünk
Dermatoloqlar dünyanın bütün qadınlarına aşağıdakı məsləhəti verir.
"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi Yeni ili İs
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha iki şəxs və
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksi
Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağaye