“Müğənnilərin adı çıxıb, adi adamlar...”
Şou-biznes 10 Yan 2023 02:44:00 1006 0
"Yeni layihələr, mahnılar hazırlayıram, bu gün də işləyirəm. Bu axı mənim işimdir, sənətimdir. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. İşləyən insan hər zaman qazanacaq. Çalışıram ki, retro mahnıları yeni nəfəsdə, yeni tərzdə tamaşaçılara təqdim edim. Bu mahnıları yaşatmaq, gənclərə sevdirmək lazımdır. Məqsədim də budur. Hər zaman retro mahnılara müraciət etmişəm. Artıq yavaş-yavaş geriyə, o illərə qayıdırıq. Bəzən gənclərlə oturub söhbət edəndə, deyirlər ki, həqiqətən də o illər bizim üçün maraqlıdır. Sual verirəm ki, o illərdə yaşamaq istərdiniz?! Deyirlər ki, əlbəttə. O illərdə həqiqətən də insanların bir-birinə sevgisi, hörməti, mərhəməti var idi. Bu gün soyuqluq var, münasibət o deyil. Bu gün telefonlar bizim axırımıza çıxdı, bizi bir-birimizdən uzaqlaşdırıb, yadlaşdırdı. Ona görə də kəndimizə, özümüzə qayıtmalıyıq. Biz axı Azərbaycanlıyıq. Digər ölkələrdən bizi fərqləndirən çox şey var. Məsələn adət ən-ənə, ağsaqqala, ağbirçəyə, böyüyə-kiçiyə hörmət"
Bu xəbəri də oxu: İlhamə Elşadqızı ağır ittihamla həbs edildi
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Nadir Qafarzadə deyib. Sənətçi bildirib ki, hələ yaşlanmaq istəmir.
"Biz səhnə adamları cavan qalmalıyıq. Bu bizim işimizdir. Təbii ki, özümə qulluq edirəm, düzgün qidalanıram. Yaşlanmaq, qocalmaq istəmirəm. Bu kompleks deyil. Xarici ölkələrdə olanda taksidən istifadə edirik. Elə vaxt olur ki, gəlinim də, yoldaşım da yanımda olur. Sürücü soruşanda deyirəm ki, bu mənim yoldaşımdır, bu da gəlinim. O dəqiqə deyirlər ki, sizin 35 yaşınız ancaq olar. Deyirəm ki, vallah mənim yaşım artıq 50-ni keçib. Bu məni sevindirir ki, gənc qala bilmişəm. Həm də içim təmizdir. Nurlu, gözəl yaşlanmaq da gözəldir" deyə müğənni bildirib. Müğənni geyimlərindən də danışıb. "Geyimlərimi xüsusi seçirəm. Heç vaxt bahalı geyim arxasınca qaçmamışam, keyfiyyətli və mənə yaraşanı geyinmişəm. Adam var deyir ki, filan qədər geyimə pul vermişəm. Deyirəm ki, onu 1-2 dəfə geyinəcəksən, sonra nə edəcəksən? Əlbəttə ki, qalacaq qarderobda. Ona görə də elə geyimlər seçirəm ki, hər zaman geyinə bilim, hər zaman dəbə uyğun olsun. Bu gün müğənnilərin adı çıxıb, amma adi insanlar məşhurlardan yaxşı geyinir, onlardan yaxşı estetik əməliyyat etdirirlər" deyə məşhur bildirib.
Saçların tökülməsi son illərin ən aktulal problemlərindən biridir. Bunu
"Mən Rusiya vətəndaşıyam, Ukrayna vətəndaşlığım olmayıb, çünk
Dermatoloqlar dünyanın bütün qadınlarına aşağıdakı məsləhəti verir.
"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi Yeni ili İs
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha iki şəxs və
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksi
Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağaye
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ABŞ xəstəxanalarından birin
"Cənab nazir Vilayət Eyvazovun bu diqqəti vəkilliyə göstərdiyi yüks
Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində öldü.
Yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçə
Fransa Prezidenti Emmanuel Makron siyasi naşılığını bir daha büruzə veri
Tanınmış beynəlxalq maliyyəçi və investor Uilyam (Bil) Brauder Gürcüsta