Azərbaycanlı Elçin Ağayev Almaniyadakı məhkəmədə qətl törətdiyini etiraf edib
Kriminal 09 Yan 2023 23:46:00 489 0
Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin ilk məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Kövkəb Səfərəliyeva adına I Beynəlxalq festivalmüsabiqənin Qala Konserti keçirilib FOTO
Son.az "report"a istinadən bildirir ki, Detmol şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında E.Ağayev cinayəti qısqanclıq zəmində törətdiyini etiraf edib.
O, keçən ilin iyunun 18-də baş verən cinayət hadisəsinin təfərrüatları barədə danışıb. E.Ağayev bildirib ki, müharibə başlayandan sonra Ukraynanın şərqindən sevgilisi Olqa və iki uşağı ilə Almaniyaya gəlib.
"Biz Kalletal şəhərində yaşayan, Qazaxıstanda anadan olan və sonradan Almaniyaya köçən Andreyin qonağı olduq. O və xanımı Nadine müvəqqəti onlarda qala biləcəyimizi dedilər. Bizim bu ailə ilə münasibətlərimiz çox yaxşı idi. Aramızda heç bir söz-söhbət olmamışdı. Bir dəfə Olqa ilə Andreyin yaxınlığından şübhələdim. Uşaqların otağında gizlənib, onları izlədim. Aralarında münasibətin olduğunu görəndən sonra Andreydən bunun açıqlamasını tələb etdim. O, açıqlama vermək əvəzinə məni evdən qovdu. Bir müddət küçədə gecələdim və həmin vaxt Andreyi öldürməyə qərar verdim", - E.Ağayev ifadəsində qeyd edib.
Onun sözlərinə görə, cinayət günü narkotik maddənin təsiri altında olub. Andreyi balta ilə qətlə yetirəndən sonra Olqa və iki uşağı ilə avtomobilinə əyləşərək, Almaniyanı tərk etməyə qərar verib. Ancaq həmin gün polis yoxlaması olduğundan avtomobili tərk edib və naməlum istiqamətdə qaçıb. Axtarışda olduğunu isə, "Facebook"a girdikdən sonra öyrənib və bir müddət meşədə gizlənməli olub.
E. Ağayev bildirib ki, Polşa sərhəddindəki bir qəsəbəyə gəldikdən sonra məqsədi bu ölkəyə keçmək olub. Lakin, polis xüsusi təyinatlıları onu bu qəsəbədə saxlayıb.
Hazırlıq iclasında bildirilib ki, E.Ağayev 2012-ci ildə Ukraynada bənzər cinayət törədib. Belə ki, o, ukraynalı sevgilisini bıçaqla öldürdükdən sonra balta ilə başını bədənindən ayırıb. O, Ukrayna məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib və 2019-cu ildə şərti azadlığa buraxılıb.
Detmol şəhər Məhkəməsindən "report"a bildirilib ki, proses yanvarın 24-də davam etdiriləcək. Hökmün fevralın 6-da elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, hadisə bu il iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrey F.Rintelner balta ilə qətlə yetirilib.
Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb.
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ABŞ xəstəxanalarından birin
"Cənab nazir Vilayət Eyvazovun bu diqqəti vəkilliyə göstərdiyi yüks
Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində öldü.
Yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçə
Fransa Prezidenti Emmanuel Makron siyasi naşılığını bir daha büruzə veri
Tanınmış beynəlxalq maliyyəçi və investor Uilyam (Bil) Brauder Gürcüsta
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər M
Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun
Ötən gecədən Bakıya yağan qarı fürsət bilənlər arasında Xalq artisti
Türkiyəli aktyor Kənan İmirzalıoğlu aclığa dözmədiyini açıqlayıb.
"Kalibr" raketlərinin yaradıcısı Pavel Kamnev 86 yaşında vəfat
Tamara Sinyavskaya hələ də itki ilə barışa bilməyib.