İlham Əliyev: Hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum edib
Siyasət 09 Yan 2023 12:55:00 347 0
Hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum etmişdir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.
Bu Oyunları biz izləmişik və əfsuslar olsun yenə də qeyd etməli oluruq ki, hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum etmişdir. Buna baxmayaraq, bu böyük nailiyyət, - mən bunu qələbə hesab edirəm, - bir daha Azərbaycan idmanının gücünü təsdiqləyir və göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Çünki 5 il əvvəl Bakıda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir - yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır".
Son.az
Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, on
Qar yağışı müşahidə edilən Respublikanın bütün yollarında DYP əmək
Bakının Nizami rayonunda 17 binanın istilik təminatında fasilə yaranıb.
Türkiyənin milli döyüş təyyarəsinin ilk uçuşu 2023-cü ilin sonunda ba�
Türk aktrisa Nilperi Şahinkaya açıqlaması ilə diqqət çəkib.
"Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində vəziyyət gərgin
"Əmək pensiyaları haqqında" Qanuna əsasən, bu aydan əmək pensi
Türk müğənni Şevval Samın oğlu aktyor Tarık Emir Tekin illərdir eşq ya
Ötən gecədən başlayaraq yağan güclü qar Muğanlı-İsmayıllı avtomobil
Havaların qarlı olması səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda
Gecə saatlarından başlayaraq yağan qar Sumqayıt şəhəri ərazisindəki ə
Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və m�
Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əmə
Müsahibimiz ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası