Bu yarışmada artıq 5 mindən çox şagird qeydiyyatdan keçib
Digərləri 09 Yan 2023 10:57:00 373 0
Müsahibimiz ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı Zaur Ələkbərovdur
Bu xəbəri də oxu: Bacılarım sonuncu dəfə mesaj yazdılar ki…
-ABB bir neçə gün əvvəl Riyaziyyat Yarışmasına qeydiyyat elan etdi. Bu layihədə məqsəd nədir?
-Bütün ölkəboyu riyaziyyat sahəsində xüsusi istedadı olan gənclərimizi üzə çıxarıb onların inkişafına dəstək vermək istəyirik. Əsas məqsəd budur. Bilirsiniz ki, artıq bir neçə ildir, Bankımızın ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi fəaliyyətdədir. Müxtəlif təhsil proqramlarımızla, hər il keçirdiyimiz ənənəvi hakatonlarla, universitetlərlə genişlənən tərəfdaşlıq əlaqələrimizlə talantları cəlb edirik. Onların sırasından həm əmək bazarı üçün bacarıqlı kadrlar yetişir, həm də ABB İnnovasiya Mərkəzində müəyyən startap ideyalarını reallaşdıran komandalar formalaşır.
Biz istedadları indiyə qədər, əsasən, universitetlərdən və əmək bazarına yenicə daxil olmuş məzunlar arasından axtarırdıq. Hiss edirdik ki, artıq lap erkən yaş dövrlərindən başlamaq lazımdır. ABB Riyaziyyat Yarışması ideyası belə yarandı. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu təşəbbüsümüzə dəstək verdi. Onu da deyim ki, yarışmanın təşkilinə beynəlxalq olimpiadalarda təcrübəyə malik yerli və xarici mütəxəssislər cəlb olunub.
-Bu yarışmada kimlər iştirak edə bilər?
-Orta məktəblərin 9-cu, 10-cu və 11-ci siniflərində təhsil alan, riyazi biliklərinə güvənən hər bir gəncimiz ABB Riyaziyyat Yarışmasına qatıla bilər. Artıq bu yarışmada 5 mindən çox şagird qeydiyyatdan keçib. Onların 53%-i Bakı və Sumqayıt, 47%-i region məktəblərindəndir. Layihəyə bu qədər böyük maraq istedadlar arasından ən istedadlıları seçməyə imkan verəcək.
-Seçim necə aparılacaq?
-Yanvarın 10-da qeydiyyat tamamlanır. Ondan sonra bir neçə mərhələlik seçim prosesi başlanacaq. Yanvarın 12-də ilk onlayn test olacaq. Bu mərhələdən keçənlər 17-19 yanvar tarixlərində xüsusi müşahidə platformasının tətbiqi ilə daha bir test imtahanı verəcəklər. Bu mərhələnin qalibləri isə 23-25 yanvar tarixlərində müsahibə mərhələsinə dəvət olunacaqlar.
-Müsahibə hansı formada təşkil ediləcək?
-Real ünsiyyət rejimində olacaq. Bütün mərhələlərdən uğurla keçmiş 30 nəfər seçiləcək. Onların hər biri yarışmanın qalibləri sayılacaq və bu 30 nəfər üçün Bakıda 10 günlük intensiv riyaziyyat təlimləri təşkil ediləcək. Regionlardan gəlmiş iştirakçıların Bakıdakı təlimlərə qatılmaq xərcləri qarşılanacaq. Təlimlərin sonuncu günü final yarışı təşkil edəcəyik. 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə əlavə olaraq pul mükafatları təqdim ediləcək. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat veriləcək. Digər qaliblər nailiyyət sertifikatları alacaqlar.
Bir sözlə, qeydiyyatdan keçmiş bütün gənclərimizi qarşıda çox maraqlı və faydalı bilik yarışı gözləyir. Bu yarış iştirakçıların biliklərini və problem həlletmə qabiliyyətlərini inkişaf etdirəcək. Onlar gənc riyaziyyatçılar icmasının bir üzvünə çevriləcəklər. Riyaziyyat elminin köməyi ilə yeni sahələr kəşf edəcəklər. Əminik ki, ABB Riyaziyyat Yarışması onların həyatında xoş bir başlanğıc olacaq.
Baxmut və Soledar uğrunda qarşıdurmanın pik nöqtəsi 2023-cü ilin yanvar�
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən,
Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzə
Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə
Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə
Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərək
Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət
Paytaxt Bakının bir sıra yollarında tıxac müşahidə edilir.
Azərbaycanda qarlı hava şəraiti bu gün də davam edəcək, yollar buz bağl