Ənənəvi “Onlar bizə əmanətdir” layihəsi həyata keçirildi
Digərləri 09 Yan 2023 11:24:00 360 0
Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, "Qırmızı Ürəklər" ("Red Hearts") Fondu PAŞA Holding-in dəstəyi ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi "Onlar bizə əmanətdir" layihəsini həyata keçirdi.
Bu xəbəri də oxu: Moskvanın hava limanları bağlandı
Layihə çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1685 nəfər şəhid övladına bayram hədiyyələri Azərpoçt vasitəsilə təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edən layihədə fondun könüllüləri iştirak edib, siyahıların hazırlanmasında isə yerli icra hakimiyyəti orqanları dəstək olub.
Qeyd edək ki, "Qırmızı ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əmə
Müsahibimiz ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası
Baxmut və Soledar uğrunda qarşıdurmanın pik nöqtəsi 2023-cü ilin yanvar�
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən,
Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzə
Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə
Bakı Şəhər Dövlət Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə
Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərək
Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət