“Ola bilər ki, maaşların artımıyla əlaqəli yeni sərəncamlar verilsin” –
Digərləri 07 Yan 2023 22:06:00 393 0
"Hazırda minimum əməkhaqqı və pensiyalarda elan olunan artım inflyasiyadan çoxdur".
Bu xəbəri də oxu: Təbii qaz rekord həddə bahalaşdı
Bu sözləri Oxu.Az-a açıqlamasında İqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov deyib. Ekspert diqqətə çatdırıb ki, 2022-ci ildə ölkədə rəsmi olaraq inflyasiyanın həddi 13,5 faiz elan olundu və hökumətin qeyd etdiyi kimi, daha çox ərzaq məhsullarının qiymət artımı hesabına inflyasiya formalaşdı:
"Qiymətlərin qalxması fonunda inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsiri səbəbilə, təbii ki, əməkhaqqı və pensiyaların həcmində artım planlaşdırılırdı. Hazırda minimum əməkhaqqı 15 faiz, minimum pensiyada isə 17 faizə yaxın artım nəzərdə tutulub və hər ikisi inflyasiyadan çoxdur. Burada əsas məqsəd 2023-cü ildə qiymətlərin sabit qalmasına nail olmaqdır. Bir çox ekspertlər, beynəlxalq təşkilatlar 2023-cü il üçün inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır, təxminən 4-5 faiz həcmində olacağı düşünülür. Əgər hökumət buna nail olarsa, düşünürəm ki, minimum əməkhaqqının 15 faizlik artımı əhalinin alıcılıq qabiliyyətini qismən qoruya bilər".
İqtisadçı hesab edir ki, iyun ayında büdcəyə yenidən baxıla bilər:
"Digər kateqoriyalardan əməkhaqqı artımı hələ ki elan olunmayıb. Ancaq minimum əməkhaqqından qaynaqlanaraq digər maaşların da ən azı 15 faizlik bir artım nəzərə alınır. Ola bilər ki, yeni kateqoriyalar, müxtəlif qruplar üzrə il ərzində maaşların artımıyla əlaqəli yeni sərəncamlar verilsin. Çünki büdcədə təxminən əməkhaqqıyla bağlı 20-25 faizlik bir artım nəzərdə tutulub. İyun ayında büdcəyə yenidən baxıla bilər. Amma mövcud artım da əvvəlki ilin infliyasiyasına adekvat, hətta bir az üstündədir".
Yunanıstan Evros çayı boyunca Türkiyə ilə quru sərhədinin bütün uzunlu
Vətən müharibəsində çiyin-çiyinə xidmət edən bir ailə düşünün. Bu
"Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir
ABŞ-ın alimləri lunatizm xəstəliyinin irsi olmasını təsdiq etdilər.
Qəbuldan daha mühüm duanın özü və Allah ilə raz-niyazdır. Baxmayaraq ki
Antibiotiklə müalicə kursu zamanı bir neçə qidalanma qaydasına əməl ets
Dəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan
BMT-nin Parisdə yerləşən "CAP Freedom of Conscience" QHT Qarabağd
Bəzi vitaminlərin çatışmaması yuxusuzluq verə bilər.