Nəticəsindən asılı olmayaraq dua etmək
Digərləri 07 Yan 2023 21:40:00 371 0
Qəbuldan daha mühüm duanın özü və Allah ilə raz-niyazdır. Baxmayaraq ki, biz adətən istəklərimizin və maddi ehtiyaclarımızın tə`min olunması üçün dua edirik. Yə`ni yaşayışımızda problem və ya narahatçılıqla qarşılaşdıqda ilahi dərgaha əl açıb Ondan kömək istəyirik.
Bu xəbəri də oxu: Qazaryan: Bu da ordumuz, görün, nə geyiniblər… FOTO
Əlbəttə, bu iş Allahın rəbliyinə e`tiqad və bəndəlik nümunəsi olmaqla yanaşı insan üzərində tərbiyəvi rol oynayır. Lakin duanın fəlsəfəsi ümumi şəkildə münacat, raz-niyaz, yalnız hacətlərin, xüsusilə də dünyəvi hacətlərin istənilməsi deyildir. Mə`sumlardan nəql olunmuş bir çox duaların məzmununda göstərilir ki, əsas duanın özü, Allah ilə raz-niyazdır. Onun qəbul olub-olmamasını düşünməməliyik. "İstəmək" "istənilən şeydən" daha mühümdür. Allahla münacat və əlaqə o qədər ləzzətli və dəyərlidir ki, bunu dərk edən kəs heç vaxt maddi və dünyəvi məsələlər barədə düşünməz. Beləliklə, dua da daha çox əhəmiyyət kəsb edən Allah ilə danışıq və raz-niyazdır. Bu, Allahdan tələb olunan şeylərdən qat-qat üstündür. Bəndənin Ağası ilə xəlvətə çəkilib, raz-niyaz etməyə nail olması onun öz istəklərinə çatmasından daha dəyərlidir. Ona nəinki aləmlərin rəbbi ilə söhbətə icazə verilmişdir, hətta Allah özü onu "ud`uni" ("çağırın Məni") sözü ilə də`vət etmişdir. ("Bəqərə" surəsi, 126.) Bu, bəndə üçün necə də böyük səadətdir! Beləliklə, duada maddi istəklərin tə`min olunması yox, duanın özü və Allah ilə raz-niyaz daha üstündür. Duanın xarici gerçəkliklərini, qəbulunu və nəticələrini nəzərə almadan ona inam və əminlik insan şəxsiyyətinin formalaşmasına, insani duyğuların güclənməsinə səbəb olur. Dua edən şəxsin öz daxili və psixoloji aləmində çatdığı ləzzətlər və tövfiqlərə dua etməyən şəxsin çatması və bu halı dərk etməsi mahaldır. Bu həqiqətlər mö`min insanın şəxsiyyət və inkişaf səviyyəsini tanıtdırır.
Antibiotiklə müalicə kursu zamanı bir neçə qidalanma qaydasına əməl ets
Dəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan
BMT-nin Parisdə yerləşən "CAP Freedom of Conscience" QHT Qarabağd
Bəzi vitaminlərin çatışmaması yuxusuzluq verə bilər.
Yanvarın 8-i və 9-u Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şər
Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, В1, В2
İmam Əli haqqında uydurma rəvayətlər olduqca çoxdur. Biz burda onların �
Hamımız uşaqlıqdan qəhvə içməyin zərərli olduğunu eşitmişik.
İlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət ol
Çinli milyarder, "Alibaba Group" kompaniyasının qurucusu və direkt