Günah tökməklə əlaqəli uydurma hədislər
Digərləri 07 Yan 2023 20:55:00 322 0
Günah tökməklə əlaqəli uydurma hədislər.
Bu xəbəri də oxu: Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib
Peyğəmbər əleyhissəlam və imamlar adından çox sayıda günah tökməklə əlaqəli rəvayətlər nəql edilmişdir. Belə ki, insanların çox rahat şəkildə günahlarını tökən, onları cənnətə yollayan və bir anlamda günah işləməyə təşviq edən çox sayıda rəvayətlər mövcuddur. Bu rəvayətləri, Allahın kitabıyla və peyğəmbər əleyhissəlamın həyatı ilə dəyərləndirəndə görürük ki, əslində bütün bunların nə dinimizlə, kitabımızla nə peyğəmbərimizlə nə də imamlarla bir əlaqəsi yoxdur.
Biz, bunlardan bir neçəsini sizə təqdim edirik:
"Kim bir gündə yüz dəfə "Subhanəllah vəlhamdulilləhi"- desə, səhvləri hətta dənizin köpüyü qədər (çox) olsa belə tökülər."[1]
"Kim bi Cümə namazına gəlsə digər Cümə arasında işləmiş olduğu günahları bağışlanar."
Bir başqa rəvayət: "Hər kim Cümə günü dünyadan köçərsə, onun qəbir əzabı olmaz və cəhənnəm əzabından xilas olar."[2]
Bu kimi rəvayətlər əslində Allahın dinini alçaltmaq, xəfifə almaq və Quranın əmrlərindən insanları uzaq tutmağa sövq edir.
"Qəlbində xardal dənəsi qədər kibir olan olan cənnətə girə bilməz. Yenə də qəlbində xardal toxumu qədər imanı olan da cəhənnəmə girməz.[3]
"Hər hansı bir möminin ayağına tikan batar və ya başına bundan böyük bir sıxıntı gələrsə, bunlar səbəbiylə onun bir dərəcəsi yüksəlir və bir günahı silinir."[4]
"Kim Allah üçün həcc edər, pis söz və davranışlardan (həccdə) özünü qoruyarsa (qul haqqı xaric), anasından doğduğu gün kimi (günahlarından arınmış olaraq həcdən) dönər."[5]
"Hər kim qəbirsanlığa girər və Yasin oxuyar, sonra da savabını ölülərə bağışlayarsa, o gün Allah Təala, onların əzabını azaldır. Oxuyanın da o qəbirsanlıqda yatan ölülər qədər savabı olur."[6]
Bu kimi rəvayətləri uyduranlara və xurafələrə qananlara qarşı Rəbbimizin Quranda bu dediklərini xatırlatmaqda fayda vardır:
"(Əhli Kitabdan) Sonra bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: "Onsuz da biz bağışlanacağıq". - deyən kimsələr onların yerinə keçdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar (Kitabda )olanları (oxuyub) öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf 7/169.)
Bu səbəblə biz; dinimiz, peyğəmbərimiz və imamlar adından hər rəvayət edilən sözlərə inanmamalı ya da bu rəvayətləri Allahın kitabına ərz etməliyik.
[1] Buxari, "Daavat" 54, Müslim, "Zikr" 28, Tirmizi, "Daavat" 61.
[2] Küleyni, Üsulu-Kafi, c. 1, had. 373; Tirmizi, "Cənaiz" 73.
[3] Müslüm, iman, 48.
[4] Müslüm, Birr, 46; Tirmizi, Cənaiz, 1.
[5] Buxari, Həcc 4; Müslüm, Həcc 438.
[6] İbn Kudamə, el-Muğni, 2/422.
Çinli milyarder, "Alibaba Group" kompaniyasının qurucusu və direkt
1980-ci illərin sonlarında SSRİ-də büdcə kəsiri maksimum həddə çatmı�
Bir müsəlman, hər zaman haqdan yana olmalıdır. Haqlı olan istər müsəlma
Ukrayna sərhədçiləri Rusiya komandirini məhv edərək, Baxmut yaxınlığı
Hollandiyada İkinci Dünya Müharibəsindən qalan və nasistlərin gizlətdiyi
Peşəkar stomatolojı yardım ala bilmədiyiniz halda (məsələn, gecə, şəh
Təzyiq xəstələri bilməlidir ki, bu xəstəliklə mübarizədə birinci şə
Qeybət hər şeydən əvvəl insanın mənəviyyatına mənfi təsir qoyur. Əx
Yaxşı yuxu səhhət üçün çox vacibdir. Yuxu zamanı insanın bütün orqan
Zəncəfili immunitet gücləndirici, virus və qripə qarşı vasitə hesab edi
Amerikalı tədqiqatçılar saçların ağarmasının dəqiq səbəbini aşkar e
Xalq artisti Miri Yusif Heydər Əliyev Sarayında konsert proqramı ilə çıx�
Xalq artisti Nisə Qasımova "Space" televiziyasında yayımlanan &quo