Qeybətin qoyduğu mənfi təsirlər


Digərləri 07 Yan 2023 20:20:00 218 0

Qeybətin qoyduğu mənfi təsirlər

Qeybət hər şeydən əvvəl insanın mənəviyyatına mənfi təsir qoyur. Əxlaqi dəyərlərə heç bir əhəmiyyət verməyən şəxslər başqalarının eyb və nöqsanlarını ifşa etməklə onların qəlblərini qırır və ağır mənəvi zərbə vururlar.

Qeybət, fəzilət sarayını viran edib tez bir zamanda bütün insani dəyərləri tənəzzülə uğradır. Bir sözlə, bu xoşagəlməz xüsusiyyət sağlam tərzi-təfəkkürü tam əvəz edərək, zehni düşünüb-daşınmaqdan məhrum edir. Əgər dəqiq araşdırma aparsaq görəcəyik ki, qeybət ictimaiyyətə ağır zərbələr vurmuş, kin və düşmənçiliyin meydana gəlməsində mühüm rol oynamışdır. Qeybət geniş vüsət aldıqda hər bir millətin mənəviyyatını sual altına aparıb cəmiyyətin təbəqələri arasında bərpaolunmaz fasilələr yaradır. Lakin təəssüflər olsun ki, bu günlər qeybət geniş şəkildə yayılmış və cəmiyyətin bütün təbəqələri arasında dərin kök sala bilmişdir. Dünyada baş verən hadisələr bir-biri ilə əlaqəli olduğu kimi, əgər ictimai təbəqələrdən birində hər-hansı bir çatışmazlıq meydana gələrsə, tez bir zamanda yoluxucu xəstəliklər kimi digər təbəqələrə də öz təsirini göstərmiş olur. Qeybətin geniş şəkildə yayılması nəticəsində ümidsizlik və bədbinlik cəmiyyətə hakim olur və etimad hissi öz yerini inamsızlığa və etimadsızlığa vermiş olur. Beləliklə, ictimaiyyətə yüksək əhval-ruhiyyə hakim olmayınca heç vaxt səmimiyyət əldə olunmayacaqdır. Əxlaqi dəyərlərdən məhrum olan bir cəmiyyət isə həyatın ləzzət və gözəlliklərindən məhrum olmuş olur. Qeybət, əməllə bağlı günah olsa da, insan psixologiyası ilə birbaşa əlaqəlidir. Ruhi böhrandan xəbər verən bu mənfi xüsusiyyətin köklərini qəlbin dərinliklərində axtarmaq lazımdır. Əxlaq alimləri qeybətə səbəb olan bir neçə mühüm amilə işarə etmişlər ki, bunlar da həsəd, qəzəb, özünü sevməklik və bədgümanlıqdan ibarətdir. İnsanın gördüyü bütün işlərə səbəb olan daxilindəki müxtəlif hisslərdir. İnsan vücudunun dərinliklərində bu sirli hisslərdən biri fəaliyyətə gəldikdə batini sirlər xəzinəsi olan dil qeybətə sövq olunur. Hər hansı bir xüsusiyyət insanın qəlbinə yol tapdıqda gözləri önünə pərdə çəkib tədriclə onun tərzi-təfəkkürünə hakim olmağa başlayır. Qeybətin çox yayılması bu əməlin dəfələrlə təkrar olunması və nə ilə qurtaracağına diqqət yetirilməsi nəticəsindədir. Belə ki, insanların bir çoxu digər günahlardan uzaqlaşdıqları halda, qeybət etməkdən çəkinmirlər. İnsanın hər hansı bir xoşagəlməz işi təkrar olaraq görüb, onun barəsində düşünüb-daşınmaması elə bir həddə gəlib çatır ki, onun zərərli olduğunu dərk etsə də öz nəfsani istəklərindən əl çəkə bilmir. Bəşər elm sahəsində müəyyən qədər də olsa bəzi həqiqətlərə yol tapıb fitri olaraq təkamülə doğru can atsa da, əməli olaraq bunu həyata keçirməkdən qaçır. O, səadətə çatmaq üçün azacıq da olsun, əzab-əziyyətə dözməyə hazır deyildir. Bunun üçün də o özünün daxili istəklərinin əsirinə çevrilir. Başqalarının şərəfini qorumağa adət etməyən şəxslərin əxlaqi qanunlara riayət etməsi qeyri-mümkündür və əxlaqi dəyərlərdən uzaq olanlar o kəslərdirlər ki, ömürlərini nəfsani istəklərinə tabe etmiş və heç nədən çəkinmədən başqalarının hüququna təcavüz edərlər. Bu kimi çatışmazlıqlar və əxlaqi dəyərlərin tənəzzülə uğraması imanın zəifliyindən meydana gəlir. Çünki, bütün bunların meydana gəlməsi əqidə ilə əlaqəlidir. Əgər insanın arxalandığı yer iman olmazsa, heç vaxt əxlaqi dəyərlər icra olunaraq öz yerini tapmayacaqdır. Hər bir şəxs öz bacarığı səviyyəsində insanların haqqa hidayət olması və əxlaqi böhrandan çıxmaları üçün müəyyən tədbirlər nəzərdə tutur və düzgün hesab etdiyi yolu seçir. Lakin islahatlar aparılması üçün atılan ən uğurlu addım cəmiyyətin özünün düzgün yolu seçməsidir. İnsan, öz gözəl hisslərini oyatmalı, daxilindən gələn çağırışa cavab verməli və şüur və tərzi-təfəkkürünü xoşbəxtliyi üçün sərf etməlidir. Biz xoşagəlməz xüsusiyyətlərin nə ilə nəticələnəcəyini nəzərə alıb iradəmizi gücləndirməklə çatışmazlıqlarımızı aradan qaldırıb yüksək əxlaqi dəyərlərə yiyələnə bilərik. "Jaqu", özünün "İradə gücü" adlı kitabında yazır: "Xoşagəlməz adət və xüsusiyyətlərlə mübarizə aparmaq istəsək, ilk növbədə onların nə ilə nəticələnəcəyinə diqqət yetirməli və gözlərimiz önündə təcəssüm etdirməliyik və sonra isə onları kənara qoymaq nəticəsində əldə etdiyimiz mənfəətləri ruhumuzda təsəvvür etməli və müxtəlif dövrlərdə həmin xoşagəlməz adət və xüsusiyyətlərin qurbanına çevrildiyimiz anları yada salmalıyıq. Hər dəfə onları ruhumuz önündə canlandırdıqda bu yolda yeni addımlar atmağa sövq olunur və onları tərk edə bildiyimizdən mənəvi ləzzət alırıq. " Bəşər təkamülə qadir olduğu üçün onun vücudu özünün müdafiəyə lazım olan bütün vasitələrlə təchiz olunmuşdur. Bunun üçün də hər şeydən əvvəl günahın haradan və necə meydana gəldiyini bilməli və yalnız bundan sonra güclü iradə ilə onlarla mübarizəyə boşlamalıyıq. İnsanların gördükləri işlər onların şərəf və şəxsiyyətindən xəbər verir. Əgər insan səadət və xoşbəxtlik istəyirsə, müqəddəratını tə'yin edən əməllərini islah etməli və ömrünün sonunadək yalnız xeyirxah işlər görməlidir. Hər zaman və harada olursa-olsun, Allahı gördüyü işlərə şahid bilməli və etdiyi günahların aqibətindən qorxmalıdır. Bilməlidir ki, onun gördüyü bütün işlər dəqiqliklə yazılır və heç bir şey nəzərdən qaçırılmır. Filosoflardan biri deyir: "Dünyanı ağıl və hissiyyatsız hesab etməyin, bununla siz öz şüursuzluğunuzu sübuta yetirmiş olarsınız. Çünki, siz bu dünyada yaranmışsınız və əgər onda ağıl və hissiyyat olmasaydı, sizdə olmazdı." İnsan həyat üçün zəruri olan ilkin şeylərə ehtiyac duyduğu kimi, başqaları ilə əlaqə yaratmaq üçün də səmimiyyətə daim ehtiyac duyur. Əgər camaat üzərlərinə düşən ağır ictimai vəzifələrə əməl edərlərsə güclü mənəviyyata yiyələnib təkamülə doğru hərəkət edə bilərlər. Pisliklərdən yaxa qurtarmaq üçün tərzi-təfəkkürümüzü gücləndirib zehn və şüurumuza ağır zərbə vuran mənfi ünsürlərlə mübarizə aparmalıyıq. Belə ki, dilimizi qeybətdən qorumaqla əbədi səadətə doğru ilk addım atmış oluruq. İnsanlar günah və xoşagəlməz xüsusiyyətlərin qarşısını almaq üçün ideoloji inqilab etməli və mənəviyyatlarına mənfi təsir göstərən ünsürlərlə mübarizə aparmalıdırlar. Başqalarının hüququna riayət etməklə o öz mənəviyyatını daha da gücləndirə bilər. İmkan daxilində cəmiyyətin davam gətirməsinə səbəb olan və onun dayaq yeri olan əxlaqi dəyərlərin qorunub saxlanılmasına xüsusi diqqət yetirilməlidir. Əgər insanlarda güclü ruhiyyə yaranarsa, təbii ki, həqiqəti də asanlıqla qəbul edəcək və beləliklə, ictimai və əxlaqi qanunlara riayət olunacaqdır.

Yuxular qoxulardan asılıdır like
  • 07 Yan 20:15  
Digərləri Yuxular qoxulardan asılıdır

Yaxşı yuxu səhhət üçün çox vacibdir. Yuxu zamanı insanın bütün orqan

arrow Ətraflı
Qəzəb və əsəbilik like
  • 07 Yan 20:10  
Digərləri Qəzəb və əsəbilik

İmamlarımız (ə) müxtəlif söhbətlərində bizi qəzəb və əsəbilikdən

arrow Ətraflı
Zəncəfil bu insanlar üçün çox zərərlidir like
  • 07 Yan 20:05  
Digərləri Zəncəfil bu insanlar üçün çox zərərlidir

Zəncəfili immunitet gücləndirici, virus və qripə qarşı vasitə hesab edi

arrow Ətraflı
Saçların ağarmasına qarşı vaksin hazırlanır like
  • 07 Yan 20:01  
Digərləri Saçların ağarmasına qarşı vaksin hazırlanır

Amerikalı tədqiqatçılar saçların ağarmasının dəqiq səbəbini aşkar e

arrow Ətraflı
Miri Yusifdən mesaj: "40 milyonluq Azərbaycan..." like
  • 07 Yan 19:58  
Şou-biznes Miri Yusifdən mesaj: "40 milyonluq Azərbaycan..."

Xalq artisti Miri Yusif Heydər Əliyev Sarayında konsert proqramı ilə çıx�

arrow Ətraflı
"O kişini mən də döyərəm"  Nisə Qasımovadan like
  • 07 Yan 19:57  
Şou-biznes "O kişini mən də döyərəm" Nisə Qasımovadan

Xalq artisti Nisə Qasımova "Space" televiziyasında yayımlanan &quo

arrow Ətraflı
Bakıda siçovullarla dolu ət dükanı ilə bağlı like
  • 07 Yan 19:56  
Digərləri Bakıda siçovullarla dolu ət dükanı ilə bağlı

Keşlə bazarında ət kəsimi məntəqəsində siçovullar olması ilə bağlı

arrow Ətraflı
İbadətlərin qəzası barədə uydurulan hədislər like
  • 07 Yan 19:55  
Digərləri İbadətlərin qəzası barədə uydurulan hədislər

İbadətlərin qəzası və bunu bir başqasının yerinə yetirməsi, bağışl

arrow Ətraflı
Azərbaycanda azyaşlıya siqaret çəkdirdilər – VİDEO like
  • 07 Yan 19:54  
Digərləri Azərbaycanda azyaşlıya siqaret çəkdirdilər – VİDEO

Sosial şəbəkələrdə Azərbaycanda azyaşlı oğlana siqaret çəkdirilməsi

arrow Ətraflı
Qərbin yeni hərbi yardımı: Kiyev like
  • 07 Yan 19:53  
Siyasət Qərbin yeni hərbi yardımı: Kiyev

Qərb ölkələrinin Ukraynaya yeni hərbi yardım paketi verməsi Kiyev hakimiy

arrow Ətraflı
Şok: Rusiya yarım milyon əsgər like
  • 07 Yan 19:51  
Siyasət Şok: Rusiya yarım milyon əsgər

Rusiya 2022-ci ilin oktyabrında səfərbər edilən 300 min əsgərdən əlavə

arrow Ətraflı
Mələklər iradəsiz varlıqlardırmı? like
  • 07 Yan 19:50  
Digərləri Mələklər iradəsiz varlıqlardırmı?

Xeyr. Mələklər iradəli varlıqlardır. Bunu Allahın kitabında görməkdəy

arrow Ətraflı
Alabay tanınmış androloqu like
  • 07 Yan 19:49  
Dünya Alabay tanınmış androloqu

Barnaulda 58 yaşlı qadını saxladığı it yeyib.

arrow Ətraflı
Peyğəmbərin şəkillərini tələbələrə göstərdi, like
  • 07 Yan 19:48  
Dünya Peyğəmbərin şəkillərini tələbələrə göstərdi,

ABŞ-ın Minnesota ştatında Hamline Universitetinin professoru Məhəmməd Pey

arrow Ətraflı
Bakıda ataoğul Playstation alan qadını like
  • 07 Yan 19:47  
Digərləri Bakıda ataoğul Playstation alan qadını

Bakıda elektronika əşyaları almaq istəyən qadın dələduzluqla üzləşib

arrow Ətraflı