İbadətlərin qəzası barədə uydurulan hədislər
Digərləri 07 Yan 2023 19:55:00 361 0
İbadətlərin qəzası və bunu bir başqasının yerinə yetirməsi, bağışlaması barədə uydurulan hədislər.
Bu xəbəri də oxu: 2025ci il rəsmən başladı: Yeni ili ilk bu ölkə qarşıladı
Bir insan, özü yeməklə başqasının qarnını doyurmadığı kimi, etdiyi ibadətlə də başqasının ibadət borcunu yerinə yetirmiş sayılmaz. Dinimizdə hər kəs öz elədiyi və eləmədiyi işlərdən hesaba çəkiləcəkdir. Öldükdən sonra onun adına edilən ibadətlərin bir mənası yoxdur.
Təəssüf ki, Allahın insanlar üçün qoyduğu bu qanuna zidd bir çox uydurma hədislər rəvayət edilmişdir. Bunlardan bir qismi aşağıdakı kimidir:
Peyğəmbər əleyhissəlam (güya): "Kim, üzərində oruc borcu olaraq ölərsə, vəlisi onun yerinə oruç tutar" buyurmuşdur.[1]
Bir qadın Peyğəmbərə gələrək; "Ey Allahın Elçisi! Anam həcc etməyə niyyət etmişdi. Lakin, həcc edə bilmədən öldü. Onun yerinə həcc edimmi? deyə soruşdu. Bunun üzərinə Peyğəmbər (ə.s) "Bəli! Onun adına həcc et. Necə yəni? Sənin ananın (başqa) borcu olsa onu ödəməzsənmi? Allah haqqını yerinə yetirin, Allah vəfa göstərilməyə ən çox haqq sahibi olandır."[2]
Şiə mənbələrində; Əgər ata namazını qılmazsa, qeyd ediləcək şərtlər daxilində ehtiyata əsasən, böyük oğula vacibdir ki, onun vəfatından sonra həmin namazı qılsın, yaxud onun üçün əcir (muzdlu) tutsun." (Əli Hüseyni Sistani)
Halbuki, İslamda bir müsəlmanın özünün belə bilərək, heç bir məcburiyyət olmadan qəzaya buraxdığı namazlarının sonradan qəzasını qılması deyə, bir şey yoxdur. Bunun nə Quranda nə də hədislərdə bir əsası yoxdur. Qaldı ki, övladın öz atasının qılmadığı namazlarının qəzasına, bu sonradan bidatçıların uydurduğu cəfəngiyyatlardan biridir ki, əhli şiədə bu çox yayğındır. Allah bu barədə belə buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideyni naminə heç bir şey ödəyə bilməyəcəyi gündən çəkinin. Bilin ki, Allahın vədi bir həqiqətdir. Olmaya, bu dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın." (Loğman, 31/33.)
Bir insanın günahını, savabını və ibadət borcunu, bir başqası öz üzərinə ala bilməyəcəyi barədə çox sayıda ayələr var.[3] Hətta axirətdə çox insan öz günahını başqasının üstünə yıxmağa çalışacaqdır.
Ölkəmizdə və din anlayışı təhrif olunmuş bir çox yerlərdə, insanlar öz ölülərinin bağışlanması üçün dirilərə nazil olan Quranı ölülərinə oxumaqda və bunun ölüyə bir xeyri olacağını düşünməkdədirlər. Bu barədə bir neçə rəvayət də uydurmuşlar və ən məşhur uydurmalardan biri belədir: "Ölülərinizə Yasin surəsini oxuyun."[4]
Sizə yuxarıda təqdim ediln hədislərin hamısı uydurma və Qurana zidd rəvayətlərdir.
Sosial şəbəkələrdə Azərbaycanda azyaşlı oğlana siqaret çəkdirilməsi
Qərb ölkələrinin Ukraynaya yeni hərbi yardım paketi verməsi Kiyev hakimiy
Rusiya 2022-ci ilin oktyabrında səfərbər edilən 300 min əsgərdən əlavə
Xeyr. Mələklər iradəli varlıqlardır. Bunu Allahın kitabında görməkdəy
ABŞ-ın Minnesota ştatında Hamline Universitetinin professoru Məhəmməd Pey
Bakıda elektronika əşyaları almaq istəyən qadın dələduzluqla üzləşib
Müğənni Hadisə dünən gecə paparazzilərin obyektivinə tuş gəlib. Onun
Virciniya Universitenin (ABŞ) tədqiqatçıların rəyinə görə, insan beyini
Baş dərisində təxminən 100 min ədəd saç teli var. Daramaqdan və yumaqda
"Bu il pensiya artımlarında iki mühüm yenilik tətbiq olunacaq. Pensiya
İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühu
Son illərdə ürək xəstəliklərindən ölüm gəncləşib.
Vasif Talıbovun Naxçıvanın Ali Məclisi sədri vəzifəsindən istefa vermə