Şəfaətlə əlaqəli uydurma hədislər


Digərləri 07 Yan 2023 21:55:00 199 0

Şəfaətlə əlaqəli uydurma hədislər

Şəfaətlə əlaqəli uydurma hədislər.

Biz müsəlman olaraq, Allahın bizə şəfaət edəcəyinə inanırıq. Çünki Qurani Kərimdə bundan bəhs edən açıq aydın ayələr var. Bununla bərabər, Quranda bildirildiyi kimi şəfaətin təkcə Allaha məxsus olduğuna da iman gətirdik. Lakin bütün məzhəblər, axirətdə Allahdan başqasının da şəfaət edəcəyinə inanmaqdadır. Bu inanc eynilə təhrif olunmuş dinlərdə də mövcuddur, xüsusilə Xristianlıqda İsa əleyhissəlamın şəfaət etməsi bir iman məsələsidir.[1]

Özlərini müsəlman görənlərin də əksəriyyəti axirətdə Muhəmməd əleyhissəlamın və başqa bir çox insanların özlərinə şəfaət edəcəklərinə inanmaqdadır. Onları bu kimi düşüncələrə sövq edən əsas amil, Qurani Kərimdəki bəzi ayələrin səhv yorumlanaraq (oraya üçüncü şəxsi əlavə edərək)  təhrif edilməsi və ya səhv tərcümələr olmuşdur. Biz bunları saytımızın bu linkində video dərs şəklində göstərmişik: https://www.youtube.com/watch?v=MoY_uPBNTGo&t=1s&ab_channel=KuranlaAyd%C4%B1nlanmak

İndi bu şəfaətlə əlaqəli Qurana tərs və uydurulan hədislərdən bir neçəsini sizə təqdim edirik:

Peyğəmbər əleyhissəlama nisbət edilən hədislərin birində: "Mənə şəfaət etmək haqqı verildi. Mən də bu haqqı axirətə saxladım. Axirətdə digər peyəmbərlərdən fərqli olaraq mən ümmətimin böyük günahlarına (şəfaəti uzma) şəfaət edəcəyəm."[2]

"Müəzzinin əzan oxuduğunu eşidəndə, onun dediklərinin eynisini siz də təkrar edin. Sonra mənə salavat gətirin. Çünki, kim mənə salavat gətirirsə, Allah buna qarşılıq ona on dəfə salat/kömək edər. Daha sonra mənim üçün Allahdan Vəsilə istəyin. Vəsilə, cənnətdə Allahın qullarından bir tək insana nəsib olacaq bir məqamdır. O qulun mən olacağımı ümid edirəm. Kim mənimüçün vəsiləni istərsə, ona şəfaətim vacib olur."[3]

"Mənim şəfaətim qiyamət günündə ümmətimdən böyük günah işləyənlərədir."[4]

"Qiyamətdə ya Rəbb!, zərrə qədər imanı olanı cənnətə qoy!"- deyəcəyəm. Hamısı şəfaətimlə cənnətə girəcək."[5]

Bu hədis Allahın kitabına tam tamına zidd hədisdir. Çünki Allah, Quranda müşriklərin də Allaha inandıqlarını hətta namaz qıldıqlarını, oruc tutub həcc etdiklərini bildirir. İblis belə Allahın varlığını inkar etməmişdir. Demək ki, məsələ iman edib etməmək deyil, inandım deyənlərin bu inancına sadiq qalıb əməl etməkləridir.

"Qəbrimi ziyarət edənə, şəfaətim vacib olur."[6]

"Mədinədə vəfat etməyə gücü çatan orada vəfat etsin! Çünki mən, orada vəfat edənə şəfaət edərəm."[7]

"Kim Quranı oxuyar, onu gözəl şəkildə əzbərləyər, halal haramını qəbul edər və bunlara rəayət edərsə, Allah bu sayədə onu cənnətə qoyar. Ailəsindən hamısı cəhənnəmlik olan on nəfəri şəfaət etmə haqqı verilir."[8]

Bu hədisin ilk cümləsi çox doğru və Qurana tam tamına uyğun bir hədisdir. Lakin ikinci cümlə isə ilk cümləyə və Qurana tam ziddir. Çünki Allah kitabında belə buyurur:

"O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!" (İnfitar, 19)

"Qorxun o gündən ki, heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kimdən fidyə qəbul edilməyəcək, şəfaətin heç kimə faydası olmayacaq və heç kimə köməklik göstərilməyəcəkdir." (Bəqərə, 123)

Məzhəblərin hamısı peyğəmbərdən başqa, ailmlərin, şəhidlərin, salih insanların da şəfaət edəcəyinə inanmaqdadır:

"Ümmətimdən elə alim, şəhid, saleh kəslər var ki, kimisi bir çox qəbilələrdən ibarət bir camaata şəfaət edər, kimisi bir qəbiləyə şəfaət edər, kimisi bir dəstə adama şəfaət edər, kimisi də bir nəfərə şəfaət edər və onların cənnətə girməsinə vəsilə olar"[9]

Şiəyə görə əsas şəfaəti əhli-Beyt imamları və Fatimə anamız edəcəkdir. İmam Baqir (güya) Peyğəmbərdən (s) belə nəql edir: "Qiyamət günü Allah tərəfindən nida ucalar ki, ey Fatimə, nə istəsən, kimə şəfaət istəsən qəbuldur".

Hətta Allaha məxsus olan cənnət və cəhənnəmin Fatimə anamıza mehir olaraq verildiyini iddia edən rəvayətlər vardır. İmam Sadiq (ə) istinad edilən rəvayət belədir: "Həzrəti Fatimənin mehriyyəsi behişt və cəhənnəmdir. O həzrət dostlarını behiştə və düşmanlarını cəhənnəmə göndərəcək"[10]

Görüldüyü kimi bu məzhəblər və onların din xadimləri, dini və bütün səlahiyyətləri hətta cənnət və cəhənnəmi Allahdan alıb öz əllərinə keçirmişlər. İnsanları bu şirk dolu xürafələrinə inandırmaq üçün də bütün bunların "Allahın icazəsiylə" olacağını qeyd edərlər.

[1] Xristianlıqdakı inancına görə bütün xristianlar İsa əleyhissəlamın şəfaəti/xilas etməsi ilə cənnətə girəcəklər. Xristianlar, şə­faət əvə­zi­nə "xi­las­kar­lıq" sö­zün­dən is­ti­fa­də edir­lər.

[2] Buxari, Davet, 1; Müslüm, İman, 334.

[3] Müslüm, Salât, 11.

[4] Tirmizi, "Sünən"; İbn Macə, "Sünən".

[5] Buxari, "Şəfaət". Müsned, 3/144

[6] Heysəmi, IV, 2; Beyhaki, Şuab, III, 488/3862.

[7] Tirmizi, Mənakib, 67/3917.

[8] Tirmizi, Fəzail-Quran, 13/2905; Əhməd, I, 148.

[9] Tirmizi, Qiyamət, 11.

[10] Biharul Ənvar, 43/472.

Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA: Sibir soyuqları like
  • 07 Yan 21:53  
Digərləri Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA: Sibir soyuqları

"Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir

arrow Ətraflı
Sünnə nədir? like
  • 07 Yan 21:50  
Digərləri Sünnə nədir?

Sünnə, "yol, iz" mənasına gəlir. Ənənə dini mənsubları, sün

arrow Ətraflı
Lunatizm irsi xəstəlikdir like
  • 07 Yan 21:45  
Digərləri Lunatizm irsi xəstəlikdir

ABŞ-ın alimləri lunatizm xəstəliyinin irsi olmasını təsdiq etdilər.

arrow Ətraflı
Nəticəsindən asılı olmayaraq dua etmək like
  • 07 Yan 21:40  
Digərləri Nəticəsindən asılı olmayaraq dua etmək

Qəbuldan daha mühüm duanın özü və Allah ilə raz-niyazdır. Baxmayaraq ki

arrow Ətraflı
Antibiotik qəbul edən gün hansı qidaları yeməli? like
  • 07 Yan 21:35  
Digərləri Antibiotik qəbul edən gün hansı qidaları yeməli?

Antibiotiklə müalicə kursu zamanı bir neçə qidalanma qaydasına əməl ets

arrow Ətraflı
Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım like
  • 07 Yan 21:30  
Digərləri Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım

Dəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan

arrow Ətraflı
BMT təşkilatı Vardanyanın əməlləri ilə bağlı like
  • 07 Yan 21:26  
Siyasət BMT təşkilatı Vardanyanın əməlləri ilə bağlı

BMT-nin Parisdə yerləşən "CAP Freedom of Conscience" QHT Qarabağd

arrow Ətraflı
Gecə yata bilməyənlər bu vitaminləri yoxlatsın like
  • 07 Yan 21:25  
Digərləri Gecə yata bilməyənlər bu vitaminləri yoxlatsın

Bəzi vitaminlərin çatışmaması yuxusuzluq verə bilər.

arrow Ətraflı
Bu bankların əmlakları like
  • 07 Yan 21:21  
Digərləri Bu bankların əmlakları

Yanvarın 11-i və 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv pros

arrow Ətraflı
Nifaq və ikiüzlülük like
  • 07 Yan 21:20  
Digərləri Nifaq və ikiüzlülük

Ən xoşagəlməz əxlaqi xüsusiyyətlərdən biri də "nifaq və ikiüzl�

arrow Ətraflı
Şəki sakini ov tüfəngi ilə like
  • 07 Yan 21:19  
Digərləri Şəki sakini ov tüfəngi ilə

Şəki sakini ov tüfəngi ilə özünü öldürüb.

arrow Ətraflı
Şuşa, Kəlbəcər və Laçında gözlənilən like
  • 07 Yan 21:16  
Digərləri Şuşa, Kəlbəcər və Laçında gözlənilən

Yanvarın 8-i və 9-u Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şər

arrow Ətraflı
Manna sıyığının bilmədiyiniz ZİYANLARI. Teztez yemək olmaz! like
  • 07 Yan 21:15  
Digərləri Manna sıyığının bilmədiyiniz ZİYANLARI. Teztez yemək olmaz!

Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, В1, В2

arrow Ətraflı
İmam Əli adından uydurulan hədislər hansılardır? like
  • 07 Yan 21:10  
Digərləri İmam Əli adından uydurulan hədislər hansılardır?

İmam Əli haqqında uydurma rəvayətlər olduqca çoxdur. Biz burda onların �

arrow Ətraflı
Bu içki xərçəng riskini azaltmağa kömək edir like
  • 07 Yan 21:05  
Digərləri Bu içki xərçəng riskini azaltmağa kömək edir

Hamımız uşaqlıqdan qəhvə içməyin zərərli olduğunu eşitmişik.

arrow Ətraflı