Sünnə nədir?


Digərləri 07 Yan 2023 21:50:00 215 0

Sünnə nədir?

Sünnə, "yol, iz" mənasına gəlir. Ənənə dini mənsubları, sünnə dedikdə peyğəmbərimiz Muhəmməd əleyhissəlamın ağzından çıxan sözlər və davranışlar olaraq başa düşürlər. Yəni, onun buraxdığı "yol, iz" olduğuna qənaət gətirirlər. Halbuki, biz Qurana baxanda bunun həqiqətə tam zidd olduğunu görməkdəyik. Quranda peyğəmbərin sünnəsindən bəhs etməz. Əksinə Allahın sünnəsindən bəhs edər. Peyğəmbər də onun bu sünnəsini əvvəlki elçilər kimi insanlara çatdıran şəxsdir. Buna görə də Quranda peyğəmbərin şəxsindən və ona məxsus söz və davranışlarından bəhs ediləndə "Nəbi" deyə müraciət edilir. Amma Allahın ona göndərdiklərini insanlara çatdırma vəzifəsini üstlənəndə  "Rəsul" deyə müraciət edilməkdədir. Bunu daha rahat başa düşməyiniz üçün aşağıdakı kimi təqdim edirik:

Nəbi     və     Rəsul

↓                          ↓

Hədis/Söz      Sünnə/İz                     

Quranda keçən kəlimələrin heç biri gəlişi gözəl sıralanmayıb. Əgər bu kəlimələrin mənasını və əhəmiyyətini idrak etməzsək, yəni kəlimələrin haqqını verməzsək nə Allahın kitabını nə də peyğəmbərini doğru dəyərləndirə bilmərik.

Nəbilik, bir məqamdır. Allah, bəndələrinin içindən ləyaqətli birini seçib həmin məqama yüksəldir. Nəbi, xəbərçi mənasına gəlir. Yəni, Allahın dediklərini xəbər verən. Amma Nəbinin hər dediyi, elədiyi Allahdan gələn xəbər deyil. Çünki, hər insan kimi onun da özünəməxsus işi, sözü, ailə həyatı, sevdiyi və sevmədiyi şeyləri olur. Bu səbəblə Quranda Nəbiyə itaətlə əlaqəli bir ayə yoxdur. Amma rəsula itaət şərtdir. - Rəsulluq, elçilik etmək deməkdir. Hər Nəbinin Rəsulluq/Elçilik vəzifəsi vardır. Yəni, Allahdan gələn xəbəri çatdırmaq vəzifəsi. Allahdan gələn xəbəri çatdıran rəsula itaət etmək, inanmaq şərti var. Bu barədə Quranda çox ayə var. Məsələn: "Kim Rəsula itaət edərsə, Allaha itaət etmiş olar. Kim üz döndərsə (bil ki), Biz səni onların başına gözətçi göndərmədik." (Nisa 80)

Çünki, rəsul/elçi öz sözünü deyil, Allahın sözünü çatdırır. Bunu bir misalla belə izah edə bilərik: Müəllim, dərs verən, öyrədən anlamına gəlir. Müəllimə dərs əsnasında verdiyi dərsə qulaq asmalıyıq, çünki dərsdə öyrədilənlər öz sözləri deyil. Amma dərsdən sonra digər insanlar kimi etdiyi və dedikləri bizə aid olmaya bilər və biz onun hər dediyinə qulaq asmaya da bilərik.

Peyğəmbərimiz dövründə səhabə də belə etmişdir. Nəbimiz bir şey dediyi və etdiyi zaman bunu sənə Allahmı dedi yoxsa şəxsi fikrindi? Əgər Nəbimiz "yox bu mənim şəxsi fikrimdi" deyərdisə, o zaman səhabə, bildikləri sahədə öz fikirlərini və ya etirazlarını dilə gətirərdilər.

İndi gəlin, Quranda Sünnə kəliməsinin nə mənada keçdiyini və nə olduğunu öyrənək:

Sünnə qavramı Quranda 16 dəfə keçir: 1. Allahın Sünnəsi, 2. Rəsulun Sünnəsi, 3. Keçmiş Cəmiyyətlərin Sünnəsi.

Allahın Sünnəsi: Quranda üç ayədə Sünnətullah/Allahın sünnəsi şəklində. Yəni, Allahın qoyduğu iz, yol/qayda anlamında. Məsələn:

سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِنْ قَبْلُ

Öncə gəlib-gedənlər haqqında da Allahın sünnəsi/Allahın qayda-qanunu belə idi. (Əhzab 38)

Digər Əhzab 62 və Fətih 23-cü ayələrində də oxşar ifadələr keçər.

Rəsulun Sünnəsi: Bütün elçilərin sünnəsi; Allahın göstərdiyi tək bir yolu, tək bir qayda-qanunu olmuşdur ki, onun da adı İslamdır. İnsanları da bu yola dəvət etmişlər. Bu yola tabe olanlar hidayətə, olmayanlar da zəlalətə düçar olmuşlar. İnananları mömin, inanmayıb göz yumanları da kafir adlanmışdır. Quranda bu haqda belə deyilir:

سُنَّةَ مَنْ قَدْ اَرْسَلْنَا قَبْلَكَ مِنْ رُسُلِنَا وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْو۪يلً

"Səndən əvvəl göndərdiyimiz elçilərə də tətbiq etdiyimiz sünnə/qanun budur. Sən Bizim qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən" (İsra 77.)

Keçmiş Cəmiyyətlərin Sünnəsi: Adəm əleyhissəlamdan bu yana göndərilən tək bir din, göstərilən tək bir yol vardır ki, adı İslamdır. Keçmiş cəmiyyətlərin sünnəsindən də qəsd edilən məhz budur. Məsələn:

يُرِيدُ اللّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

"Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi sünnəni/yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir!" (Nisa 26)

Ayələrdən də gördüyümüz kimi Sünnə, Allahın Adəm əleyhissəlamdan son Muhəmməd əleyhissəlama qədər bizə buraxdığı yol və qanunların cəmi, yəni, İSLAMDIR.

Təəssüf ki, məzhəblərin hamısı Sünnəni, peyğəmbərimizin söz və davranışları kimi qələmə verir və Allahın dinində ikinci bir mənbə olaraq qəbul edirlər. Rəsul və Nəbi kəlimələrini bir birindən ayırd etmədikləri üçün peyğəmbərimizi dinimizdə ikinci bir səlahiyyət, hökm sahibi kimi görürlər. Buna da ən çox Qurandan aşağıdakı ayəni misal göstərirlər:

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

"Rəsul, sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin." (Həşr 7).

Halbuki bu ayə onların əksinə bir dəlildir. Çünki, ayədə "Rəsul" kəliməsi keçər. Rəsul da yuxarıda ifadə edildiyi kimi, elçi mənasını daşıyır. Elçi də öz sözünü deyən deyil, başqasının sözünü çatdıran şəxsə deyilir. Rəsulun verdiyi də Allahın xəbərləri yəni vəhyidir. O vəhydə sizə nə verilirsə, onu götürün, nəyi qadağan edirsə ondan da çəkinin" buyurulur.

Əgər insanlar Qurandakı kəlimələrə diqqət etməzlərsə, nə Allahı nə kitabını nə də peyğəmbərini doğru anlamayacaqlar. Mövcud məzhəblər kimi dində yeni mənbələr, səlahiyyətli şəxslər icad edərək Allahın dininə paralel yeni yollar icad edəcəklər. Məhz Sünnə anlayışı da bunlardan biridir.

Lunatizm irsi xəstəlikdir like
  • 07 Yan 21:45  
Digərləri Lunatizm irsi xəstəlikdir

ABŞ-ın alimləri lunatizm xəstəliyinin irsi olmasını təsdiq etdilər.

arrow Ətraflı
Nəticəsindən asılı olmayaraq dua etmək like
  • 07 Yan 21:40  
Digərləri Nəticəsindən asılı olmayaraq dua etmək

Qəbuldan daha mühüm duanın özü və Allah ilə raz-niyazdır. Baxmayaraq ki

arrow Ətraflı
Antibiotik qəbul edən gün hansı qidaları yeməli? like
  • 07 Yan 21:35  
Digərləri Antibiotik qəbul edən gün hansı qidaları yeməli?

Antibiotiklə müalicə kursu zamanı bir neçə qidalanma qaydasına əməl ets

arrow Ətraflı
Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım like
  • 07 Yan 21:30  
Digərləri Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım

Dəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan

arrow Ətraflı
BMT təşkilatı Vardanyanın əməlləri ilə bağlı like
  • 07 Yan 21:26  
Siyasət BMT təşkilatı Vardanyanın əməlləri ilə bağlı

BMT-nin Parisdə yerləşən "CAP Freedom of Conscience" QHT Qarabağd

arrow Ətraflı
Gecə yata bilməyənlər bu vitaminləri yoxlatsın like
  • 07 Yan 21:25  
Digərləri Gecə yata bilməyənlər bu vitaminləri yoxlatsın

Bəzi vitaminlərin çatışmaması yuxusuzluq verə bilər.

arrow Ətraflı
Bu bankların əmlakları like
  • 07 Yan 21:21  
Digərləri Bu bankların əmlakları

Yanvarın 11-i və 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv pros

arrow Ətraflı
Nifaq və ikiüzlülük like
  • 07 Yan 21:20  
Digərləri Nifaq və ikiüzlülük

Ən xoşagəlməz əxlaqi xüsusiyyətlərdən biri də "nifaq və ikiüzl�

arrow Ətraflı
Şəki sakini ov tüfəngi ilə like
  • 07 Yan 21:19  
Digərləri Şəki sakini ov tüfəngi ilə

Şəki sakini ov tüfəngi ilə özünü öldürüb.

arrow Ətraflı
Şuşa, Kəlbəcər və Laçında gözlənilən like
  • 07 Yan 21:16  
Digərləri Şuşa, Kəlbəcər və Laçında gözlənilən

Yanvarın 8-i və 9-u Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şər

arrow Ətraflı
Manna sıyığının bilmədiyiniz ZİYANLARI. Teztez yemək olmaz! like
  • 07 Yan 21:15  
Digərləri Manna sıyığının bilmədiyiniz ZİYANLARI. Teztez yemək olmaz!

Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, В1, В2

arrow Ətraflı
İmam Əli adından uydurulan hədislər hansılardır? like
  • 07 Yan 21:10  
Digərləri İmam Əli adından uydurulan hədislər hansılardır?

İmam Əli haqqında uydurma rəvayətlər olduqca çoxdur. Biz burda onların �

arrow Ətraflı
Bu içki xərçəng riskini azaltmağa kömək edir like
  • 07 Yan 21:05  
Digərləri Bu içki xərçəng riskini azaltmağa kömək edir

Hamımız uşaqlıqdan qəhvə içməyin zərərli olduğunu eşitmişik.

arrow Ətraflı
İlan sancmaları zamanı ilk tibbi yardım like
  • 07 Yan 21:01  
Digərləri İlan sancmaları zamanı ilk tibbi yardım

İlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət ol

arrow Ətraflı
Bu ölkəyə getməyin! like
  • 07 Yan 20:56  
Dünya Bu ölkəyə getməyin!

Çində hər gün koronavirusa on milyonlarla yoluxma qeydə alınır.

arrow Ətraflı