ABŞ Konqresi: "erməniləri sevməyən adam"
Siyasət 07 Yan 2023 10:23:00 548 0
ABŞ Konqresinin Nümayəndələr Palatası 15 uğursuz cəhddən sonra özünə yeni spiker seçə bilib.
Bu xəbəri də oxu: İlham Əliyev təyyarədə olarkən Vladimir Putinə zəng edib
Səsvermənin nəticələrinə görə, respublikaçı konqresmen Kevin MakKarti qalib gəlib.
Birləşmiş Ştatların bütün aparıcı telekanallarının birbaşa translyasiya etdiyi səsvermənin sonuclarına görə, MakKartinin lehinə 216 səs verilib. Onun əsas rəqibi, demokrat Hakim Cefris 211 konqresmenin dəstəyini alıb. 6 konqresmen isə bitərəf qalıblar.
Palatanın spikeri postunda MakKarti kaliforniyalı demokrat, aşkar ermənipərəst Nensi Pelosini əvəzləyəcək.
Konqresdə 8-ci səlahiyyət müddətini icra edən MakKarti indiyədək Nümayəndələr Palatasındakı respublikaçı azlığın lideri idi.
Nümayndələr Palatasının spikeri postu ABŞ-da prezident və vitse-prezidentdən sonra önəminə görə 3-cü vəzifə sayılır. Son günlərdə spiker seçimi baş tutmadığından Nümayəndələr Palatasının fəaliyyəti iflic durumda idi: konqresmenlər andiçmə mərasimi keçirmədiklərindən fəaliyyətə başlaya bilmirdilər.
Kaliforniya ştatını təmsil edən 57 yaşlı Kevin MakKarti Azərbaycan və Türkiyəyə qarşı aqressiv mövqeyi ilə seçilməyib. O, Cənubi Qafqazdakı siyasi proseslərə neytral yanaşması ilə seçilir.
Bu səbəbdən də Birləşmiş Ştatlardakı erməni diasporu və lobbinq təşkilatları K.MakKartiyə antipatiya bəsləyirlər. Ölkədəki ermənilərin ən böyük və nüfuzlu təşkilatı olan "Amerika Erməni Milli Komitəsi" (Armenian National Committee of America, ANCA" konqresmen MakKartini dəfələrlə "zərərli siyasətçi, erməniləri sevməyən adam" adlandırıb.
Orxan Hun Son.az
Müğənninin Nazənin Salayevanın plastik əməliyyatdan sonrakı görüntüs�
Ağdaşda iri və xırda buynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.
Səhnəyə gəldiyi ilk gündən cəsarətli addımları ilə seçilən Xalq art
Pnevmoniya zamanı fiziki müalicə metodlarından az istifadə edilir. Halbuki
Rusiya Prezidenti Vladimir Putin Milad bayramını Kremldə keçirilən ayinlə
"Azərbaycan "Türk axını" təbii qaz layihəsində iştirakç�
Ermənilərin Bakının başı üzərindən Ermənistanla birbaşa hava əlaqəs
Xəstəliyin inkubasiya dövrü 3-10 gündür. Xəstələrdə bu zaman ümumi ha
Milad atəşkəsi? Sonra nə var? Atəş? Elə isə gözləyin, Lavrovun əlalt�
Artıq dördüncü aydır ki, İranda davam edən gərginlik rejimin səbir kasa
Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etm
Amöbiaz yoğun bağırsaqlarda yaraların olması, qaraciyər, ağciyər və di
ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin müalicəsi üçün &qu
Ermənistan tərəfi Azərbaycanla sərhəd kənddə meşə yanğını ilə bağ
Xəstəliyə hər yerdə rast gəlinir. Törədicisi öküz soliteri olub, iri b