Xocalı aeroportunun açılacağı tarix
Siyasət 07 Yan 2023 08:27:00 330 0
Ermənilərin Bakının başı üzərindən Ermənistanla birbaşa hava əlaqəsi qurmasının sirri və "Üçan xalça" nağılına inananlar...
Bu xəbəri də oxu: Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İlham Əliyevə başsağlığı verib
"25 gündür blokadadayıq" deyib hay-haray salan separatçı ermənilər dünyanın ən müxtəlif ölkələrindəki adamlarını üstümüzə hürdürməkdə davam edirlər. Bir gün əvvəl isə qondarma parlamentlərinin sədri Artur Tovmasyan da daxil "deputatları" Minsk Qrupunun həmsədr ölkələrinin liderləri Vladimir Putinə, Co Baydenə və Emmanuel Makrona ya Laçın dəhlizinin açılması və ya Xankəndi (onlar hələ də Stepanakert deyir) hava limanının fəaliyyət göstərməsi istiqamətində yardım istəyiblər.
Son.az musavat.com-a istinadən bildirir ki, Azərbaycan ekofəalların tələbləri aydındır, dəhliz humanitar yüklər üçün də açıqdır, yəni heç bir blokadadan söhbət gedə bilməz. Əlbəttə, daha istədikləri kimi istifadə edə bilmirlər-Azərbaycanın yeraltı sərvətlərini qanunsuz daşıyıb apara, silahlı dəstələri Ermənistana və ya əks istiqamətdə hərəkət edə bilmirlər. İndi isə daha bir xam xəyala düşərək Putin, Bayden və Makrondan "uçan xalça" istəyəcəq qədər ağıllarını itiriblər.
Xocalı qəsəbəsinin yaxınlığında yerləşən, o vaxtlar "Stepanakert aeroportu" adlandırılan aeroport 1974-cü ildə istifadəyə verilib. Kiçik "YAK-40" təyyarələrini qəbul edə bilən mülki aeroport Dağlıq Qarabağda yeganə hava limanı idi. Aeroport Bakı və əksinə reysləri üçün nəzərdə tutulmuşdu.
1971-1987-ci illərdə Ermənistanın mülki aviasiya idarəsinin rəisi olmuş Dmitri Adbaşyanın xatirələrində bu məsələ ilə bağlı tarixi etiraflar edib, bu barədə yerli media da yazıb. İndi yenidən xatırlamaqda fayda var ki, ermənilər Bakının başı üzərindən necə oldu ki, Ermənistana birbaşa uçuş icazəsi aldı.
Məlum olur ki, aeroportun rekonstruksiyasının və oradan Ermənistana birbaşa uçuşlar təşkil edilməsini hələ 1979-cu ilin əvvəllərində yazıçı Zori Balayanın yaratdığı Qarabağla bağlı gizli komitədə təşkil edilib. Adbaşyan aeroportun rekonstruksiyası və Xankəndidən Ermənistana uçuş xətti almaq üçün əlaqələrini işə salıb. Azərbaycan SSR Mülki Aviasiya İdarəsinin rəhbərliyinin bu təklifin əleyhinə olmasına baxmayaraq, ermənilər SSRİ mülki aviasiya naziri Boris Buqayevlə şəxsi münasibətlərindən istifadə edərək, istəklərinə çatıblar.
Beləliklə, aeroportun rekonstruksiyasından sonra bədnam Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistanın şəhərləri arasında birbaşa hava əlaqəsi yaranır. "Yak-40" təyyarələri gündə bir neçə dəfə İrəvan aerportundan Xankəndi və geriyə uçuşlar ediblər. Uçuşlar 90-cı illərin əvvəllərinə qədər beləcə maneəsiz davam edib.
SSRİ rəhbərliyi DQMV-də fövqəladə vəziyyət elan edildikdən sonra hava limanın mühafizəsi, yüklərin və sərnişinlərin şəxsi əşyalarının yoxlanılması funksiyalarını SSRİ daxili qoşunlarının bölməsinin nəzarəti altında olub. Sonradan Xocalı milsinin(polisini) nəzarəti ələ alıb və bu şəhərə xain hücumanadək davam edib.
İşğal illərində Ermənistan rəhbərliyi hərbi helikoptellərlə Qarabağa qanunsuz uçuşların qarşısını Azərbaycan ona görə ala bilmirdi ki, o istiqamətdə hava məkanı tam ermənilərin nəzarətində idi. Diasporunun ianələri hesabına aeroport 2009-2012-ci illərdə aeroport yenilənmişdi və ermənilər onu yenə sərnişin daşınması üçün istifadəyə verməyə çalışırdılar. 17 milyon dollara 55 yerlik mülki təyyarə də alınmışdı. Hətta Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyan İrəvan -Xankəndi reysinin ilk sərnişini olacağını elan etmişdi. Amma bütün cəhdlərə baxmayaraq, ermənilər aeroportla bağlı məqsədlərinə çatmadılar. Azərbaycan Beynəlxalq Mülki Aviasiya Administrasiyasına müraciətiətindən sonra aeroportun fəaliyyətinə imkan verilmədi. Bu həm də bir mesaj idi ki, Xocalı aeroportundan ilk reys İrəvana deyil, yalnız Bakıya mümkün olacaq.
Aeroportun açılması Rusiya sülhməramlılarının regionda yerləşdirilməsindən sonra yenidən gündəmə gəldi. Hətta bildirilirdi ki, uçuş-enmə zolağının iri hərbi-nəqliyyat təyyarələrinin enib-qalxması üçün genişləndirilməsi üçün də işlər görülür. İddia edilirdi ki, sülhməramlı kontingentin təchizatı üçün aeroportun açılmasına icazə veriləcək. Lakin Bakının birbaşa nəzarəti olmadan aeroportunun açılmasının mümkün olmayacağı zatən bəlli idi. Qarabağdan Ermənistana və hətta sülhməramlıların "qanadı altında" Rusiyada ermənilərin sıx yaşadığı şəhərlərə birbaşa hava əlaqəsi yaratmaq arzusu beləcə xəyal olaraq qaldı. İlin son mətbuat konfransında Mariya Zaxarovadan da erməni jurnalistlər bu barədə soruşdular. "Aeroportdan istifadə XİN-in səlahiyyətinə aid olan məsələlər deyil" deyə, Zaxarova bildirib.
"Dövlət naziri" Vardanyan Milad bayramı münasibətilə bu gün ermənilərə müraciətində də yenə nağıl danışıb, sonra "biz əminik ki, hava dəhlizinin açılması vəziyyəti həqiqətən də köklü şəkildə dəyişə biləcək qərardır" deyib. Onun sözlərinə görə, Xankəndi hava limanı orta ölçülü təyyarələri qəbul etməyə hazırdır. "Bu, daha çox siyasi məsələdir. Beynəlxalq təşkilatların, Avropa ölkələrinin və ABŞ-ın təzyiqləri böyük əhəmiyyət kəsb edəcək. Bu vəziyyətdə qış aylarında normal şəraitdə yaşamağa imkan verəcək yeganə çıxış yolu hava körpüsünün açılmasının mümkünlüyüdür", - R.Vardanyan bildirib.
Qarabağdakı torpaqlarımızda yaşamaq istəyən erməni xalqı gerizəkalı "liderlər"lə üzlüşməyincə, heç nə dəyişməyəcəyini anlamalıdırlar. Amma belə görünür ki, onlar hətta "Uçan xalça" nağıllarına inanmaqda davam edirlər...
Xəstəliyin inkubasiya dövrü 3-10 gündür. Xəstələrdə bu zaman ümumi ha
Milad atəşkəsi? Sonra nə var? Atəş? Elə isə gözləyin, Lavrovun əlalt�
Artıq dördüncü aydır ki, İranda davam edən gərginlik rejimin səbir kasa
Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etm
Amöbiaz yoğun bağırsaqlarda yaraların olması, qaraciyər, ağciyər və di
ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin müalicəsi üçün &qu
Ermənistan tərəfi Azərbaycanla sərhəd kənddə meşə yanğını ilə bağ
Xəstəliyə hər yerdə rast gəlinir. Törədicisi öküz soliteri olub, iri b
Rusiya Balkanlarda Ukrayna müharibəsi üçün muzdlu əsgərlər toplayır.
Ukrayna 2022-ci ildə beynəlxalq tərəfdaşlardan təxminən 1 trilyon qrivna
Laçın yolunda baş verənlər 10 noyabr Üçtərəfli Bəyanatın nəticəsidi
2022-ci ildə Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 5 dəfə ar
Dünyada olan buzlaqların yarısı əsrin sonunadək yox olacaq. Bu, hətta ort